10. Nəzirli, Ş. 1920-ci ildə Qarabağ döyüşləri.-Bakı, 2009.-480 səh.
Yazıçı-publisist Şəmistan Nəzirlinin bu kitabında general Murad Gəray bəy Tlexas, general Həbib bəy Səlimov, general-leytenant Məmməd bəy Sulkeviç, general Hüseyn xan Naxçıvanski və digərlərindən söhbət açılıb, o cümlədən Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci illərin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri, həmin dövrün bir sıra tarixi faktları haqqında məlumat verilib.
11. Paşayev, A. Cümhuriyyət parlamentinə gedən yol. - Bakı, Adiloğlu, 2005.- 88 s.
Milli Arxiv İdarəsinin fondunda olan Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurasının tarixinə dair sənədklər əsasındac”Zaqafqaziya Seymində müsəlman fraksiyası”, “Azərbaycan Cümhuriyyətinin Milli Şurasının Tiflis və Gəncə dövrü fəaliyyəti” “Azərbaycan Milli Şurasının Bakı dövrü” adlı fəsillərində Azərbaycan Tarixinin Xalq cümhuriyyəti və onun parlamentinin yaranması ərəfəsində mövcud siyasi şərait haqqında olan məlumatlar nəşrdə öz əksini tapmışdır.
12. Rəsulzadə, M. Ə. Əsərləri (1909-1914). C.2.- Bakı, Şirvannəşr, 2004.- 528 s.
Bu cildə türk dünyasıının tanınmış şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövrü mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri daxil edilmişdir.
13. Həsənov, C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920).-Bakı, Azərnəşr, 1993.-362 s.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə mövcud beynəlxalq münasibətlər sistemin ədaxil olması uğrunda apardığı mübarizəyə həsr olunmuşdur. Burada Türkiyə, Almaniya, İngiltərə, ABŞ, Fransa, İtaliya və İran kimi dövlətlərin Azərbaycana münasibətləri dərindən araşdırılmışdır. Birinci dünya müharibəsi, Fevral və Oktyabr inqilabları dövründə baş verən tarixi hadisələr təhlil edilmişdir.
14. Yaqublu,N. Məmməd Əmin Rəsulzadə.-Bakı, Gənclik, 1991.-306 s.
Bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən bəhs edilir. Burada eyni zamanda M.Ə.Rəsulzadənin müxtəlif illərdə İ.Stalinlə, S.Şaumyanla, A.Hitlerlə münasibətini əks etdirən yazılarda öz əksini tapmışdır.
Dostları ilə paylaş: |