33
Bu seçmənin digər seçmə üsulları ilə müqayisədə əsas üstünlüyü
ondan ibarətdir
ki,burada
reprezentativlik
xətasının
qiyməti
xeyli
dərəcədə
az
olur.
Stratalaşdırılmış seçmənin 3 növü vardır:
1) proporsional seçmə - seçmənin məcmunun quruluşu baş məcmunun quruluşuna
proporsionaldir.
2) bərabər seçmə - təbəqələr üzrə seçmə məcmusunun
vahidlərinin bərabər
yerləşdirilməsidır
3) optimal seçmə - hər bir təbəqə üzrə dispersiyanin qiymətinə proporsional olan
hissələrin seçimidir.
Proporsional seçmənin
əhəmiyyəti ondan ibarətdir ki, seçmə məcmusunda baş
məcmuda olduğu kimi stratalar arasi nisbətlər qorunub saxlanır. Məsələn, əgər 10%-li
seçmə aparılarsa, onda hər bir stratada seçmə 10%-li olmalidir.Hər tip üzrə bərabər
həcmli seçmə, yəni seçmə vahidlərinin bərabər yerləşməsinə misal göstərək. Məsələn,
seçmənin ümumi həcmi 3600 vahiddirsə və baş məcmu 8 təbəqəyə (tipə) bölübsə,
onda hər tipdə seçmənin həcmi 450 vahid təşkil etməlidir. Baş məcmuda təbəqələrdə
vahidlərin sayinin differensiyasi zamani bərabər yerləşmə üstünlük təşkil edir.
Optimal seçməyə Neyman metodu da deyilirr.Belə ki, bu üsul ilk dəfə Neyman
tərəfindən irəli sürülüb. Optimal seçmənin nəzəri əsasini araşdiraq.
Baş məcmu
yekcins olmadıqda reprezentativlik xətası daha böyük qiymət alir. Beləliklə,
reprezentativ xətanin qiymətinin stratalar üzrə hamarlaşdirilmasi
üçün seçmə
məcmusunun tərkibində dispersiyasi yüksək olan strataların həcmini artırmaq
lazimdir. Lakin bu növ seçmənin tətbiqi bəzən layihələşdirmə mərhələsində hər bir
strata üzrə dispersiya haqqinda məlumatin məlumatin
olmamasi üzündən mümkün
olmur. Yalniz müayinə aparildiqdan sonra optimal seçmənin tətbiqinin nə dərəcədə
məqsədəuyğun olduğunu söyləmək olar.
Stratalaşdirilmiş seçmədə hansının seçilməsi üçün
əvvəlcədən hesablamalar
aparılır və hansı ölçüdə seçmə məlumatlarının dəqiqliyinin artmasının baş verməsi
məsələsi müəyyən edilir.
34
Tipik seçmə bir çox hallarda bir neçə mərhələdən (pillədən)keçir.
Lakin
mərhələdə seçmənin öz vahidi olur. Buna çoxpilləli seçmə deyilir. Deyilənləri
sənayenin müxtəlif sahələrində çalışan işçilərin ev təsərrüfatları
büdcələrinin seçmə
üsulu ilə statistik öyrənilməsi misalında izah edək.Əvvəlcə öyrənməyə cəlb olunan ev
təsərrüfatlarının sənayenin müxtəlif sahələri arasında bölüşdürülür.Bu seçmənin
birinci mərhələsidir. Bu mərhələdə müxtəlif sənaye sahələrinin təmsil olunması təmin
edilir. Burada seçmə vahidi sənayenin ayrı – ayrı sahələridir. Sonra sənayenin hər
bir sahəsində müəssisələr seçilir. Bu seçmənin ikinci mərhələsidir. Bundan sonra hər
müəssisədə çalışan işçilərin ümumi sayından tədqiqata cəlb olunan işçilərin sayı
müəyyən edilir və i.a. Bu seçmənin növbəti mərhələsidir. Bu proses tədqiqatın
məqsədindən asılı olaraq davam etdirilir və işçilərin ailə büdcəsi tədqiq olunur.
Bununla da iqtisadiyyatın müxtəlif sahələrində çalışan
işçilərin həyat tərzinə
xarakteristika vermək olar.
Kiçik müəssisələr əsasən çoxpilləli tipik seçmə əsasında müşahidəyə cəlb
edilir.
Seryalı seçmə
Dostları ilə paylaş: