Metodik vəsait «iqtisadiyyat» ixtisası üzrə



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix15.02.2023
ölçüsü1,05 Mb.
#123411
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Azərbaycan-iqtisadiyyatı-Əhmədova-Sədaqət-Elman-qızı-2015

M ö v z u 1 5
AZƏRBAYCANIN İQTİSADİ TƏHLÜKƏSİZLİK 
MƏSƏLƏLƏRİ 
Mövzunun çatdmimcisı istiqamətində iki nəzəri və 
praktiki istiqamətlər biri birini tamamlamalıdır: 
• 
Dövlətin 
iqtisadi 
təhlükəsizliyi 
onun 
milli 
təhlükəsizliyin çox vacib tərkib hissəsidir. Dünya təcrübəsi 
göstərir ki, iqtisadi təlrlükəsizliyin təmin edilməsi ölkənin 
müstəqilliyinin zəmanətçisi, sabitliyin və cəmiyyətin səmərəli 
fəaliyyə- thlin mühüm şərtidir. Buna görə də iqtisadi 
təhlükəsizliyin təmin edilməsi və formalaşdırılması mühüm 
milli 
prioritetlərin 
sırasma 
aiddir. 
Qərb 
iqtisadi 
ədəbiyyatmda 
iqtisadi 
təhlükəsizlik 
adətən 
milli 
iqtisadiyyatın 
dünya 
iqtisadi 
böhranları 
şəraitinə 
dözümlülüyünün təmin edilməsi kimi izah edilir. Son 
onilliklərdə, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında 
qloballaşıria prosesi ilə əlaqədar baş verən dərin struktur 
dəyişiklikləri nəticəsində iqtisadi təhlükəsizlik anlayışma 
milli iqtisadiy^^atm və ya onun aparıcı sahələrinin dünya 
bazarlarında rəqabət qabiliyyətliliyinin təmin edilməsi kimi 
vacib əlamət də əlavə edilmişdir. Digər tərəfdən, «bazar 
modeli»nin bir sıra tərəfdarları hesab edir ki, cəmiyyətin 
normal (ekstremal yox) inkişafı şəraitində «iqtisadi 
təhlükəsizlik» cinlayışmdan istifadə etməyin mənası yoxdur, 
çünki, 
«iqtisadi 
təlılükələr»in 
mövcudluğu 
bazar 
iqtisadiyyatının inkişcifmm zəruri şərtlərindən biridir. 
İqtisadi təhlükəsizlik mürəkkəb daxili struktura malikdir və 
bu strukturda üç əsas elementi cjeyd etmək olar: 
1) İqtisadi müstəqillik. İqtisadi müstəqillik mütləq xa 
w



rakter kəsb etmir, çürrki, beynəbcalq əmək bölgüsü müli 
iqtisadiyyatları bir-birlərindən qarşılıqlı asılı vəziyyətə gətirib. 
Belə şəraitdə iqtisadi müstəqillik milli resurslar üzərində 
nəzarət imkanı, həmçinin ölkənin rəqabətqabiliyyətliyini 
təmin edən və dünya ticarətində, kooperasiya əlaqələrində və 
elmi-texniki nailiyyətlərlə mübadilədə bərabər surətdə iştirak 
etməyə imkan verən istehsal, səmərəlilik və məhsul keyfiyyəti 
səviyyəsinin əldə edilməsi deməkdir. 
2) Milli iqtisadiyyatm sabitliyi və dayanıqlığı. Bu, bütün 
formalarda mülkiyyətin müdafiə olunmasmı, sahibkarlıq 
aktivliyi üçün etibarlı şəraitin, yaradılmasmı, mövcud 
situasiyanı qeyri-sabit edə biləcək amillərin (iqtisadiyyatda 
kriminal strukturlarla mübarizə, gəlirlərin bölgüsündə ciddi 
fərqlərə yolverməmə və s.) qarşısmm aimmasmı nəzərdə 
tutur. 
3) Özünü inkişaf və tərəqqi bacarığı. İnvestisiyalar və 
innovasiyalar üçün münbit mülıitin yaradılması, işçilərin 
peşəkar, təhsil və ümummədəni səviyyələrinin yüksəldilməsi 
müli iqtisadiyyatm dayanıqlığı və özünü qoruması üçün 
zəruri və mütləq şərtlərə çevrilmişdir. Beləliklə, iqtisadi 
təhlükəsizlik milli iqtisadiyyatm müstəqilliyini, sabitliyini və 
dayanıqlığını təmin edən, ona daxil yenilənməyə və özünü 
təkmilləşdirməyə imkan verən şərt və amillər məcmusudur. 
İqtisadi təhlükəsizliyin mahiyyətini daha yaxşı başa düşmək 
üçün onun «inkişaf» və «dayanıqlıq» anlayışları ilə əlaqəsini 
aydm etmək lazımdır. İnkişaf iqtisadi təhlükəsizliyin 
komponentlərindən biridir. İqtisadiyyat inkişaf etmirsə, onun 
daxüi və xarici təhlükələrə qarşı müqaviməti kəskin aşağı 
düşür. Dayanıqlıq və təhlükəsizlik iqtisadiyyatın bir vahid 
sistem kimi vacib 


xüsusiyyətlərin dən dir. Onları qarşı-qarşıya qoymaq olmaz, 
onlarm hər biri özlüyündə iqtisadiyyatın vəziyyətini 
xarakterizə 
edir. 
İqtisadiyyatm 
dayanıqlığı 
onun 
elementlərinin, sistem daxilində şaquli, üfüqi və digər 
əlaqələrin möhkəmliyini və etibarlığmı, daxili və xarici 
«yüklərə» dözmək qabiliyyətini göstərir. 
• İqtisadi təhlükəsizbh fenomeni və Azərbaycan Res- 
publikasmm iqtisadi təhlükəsizlik mühitinin sistemli təhlili. 
Azərbaycan Respublikasmm iqtisadi təhlükəsizliyinin təmini 
istiqamətində dövlət siyasətinin institusional tənzimlənməsi 
xüsusiyyətləri. İqtiscidi müstəqilliyin təmin edilməsi və 
diversifikasiyalaşmış iqtisadi struktur vasitəsilə davamlı 
iqtisadi inkişafa nail olunması. İqtisadi təhlükəsizliyə 
təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması. 
'İqtisadi təhlükəsizliyə təhdidlərin qabaqlanması üzrə strateji 
tədbirlərin hazırlanması və reallaşdırılması. İqtisadi tə- 
hlükəsizlih sahəsində həyata keçirilən tədbirlərin effektiv 
monitorinq sisteminin qurulması. İqtisadi təhlükəsizlik 
göstəricilərinin müəyyənləşdirilməsi və bu göstəricilər üzrə 
kritik hədlərin hesablanması və s. Müvafiq dövlət institutları 
tərəfindən milli iqtisadi təlılükəsizliyə mümkün daxili və 
xarici təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və 
proqnozlaşdırılması. 
Mümkün 
təhdidlərin 
aradan 
qaldırılması istiqamətində müvafiq dövlət institutları 
tərəfindən 
operativ 
qısa, 
orta 
və 
uzunmüddətli 
neytrallaşdırma ssena- rüərinin işlənilib hazırlanması. Milli 
iqtisadi təhlükəsizliyi təmin edən qüvvə və vəsaitlərin 
formalaşdırılması 
və 
hazır- 
hğmm 
təmin 
edilməsi. 
Azərbaycan 
Respublikasmm 
beynəlxalq 
öhdəliklərinə 
müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin 
olunmasında iştirakı. Azərbaycan 



Respublikasının milli iqtisadi təhlükəsizliyinin təmin 
olmıması ilə əlaqədar tədbirlər. Azərbaycam Respublikasının 
milli iqtisadi təlılükəsizlik sistemini təkmilləşdirilməsi ilə 
bağlı 
müvafiq 
istiqamətlərdə 
təkliflər. 
Azərbaycan 
Respublikasının milli iqtisadi təhlükəsizliyi sahəsində 
qanunlara və digər normativ hüquqi aktlara riayət olımması. 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin