Qeyd edək ki, işçi vərəqdən sətr və ya sütunu sildikdə və ya yenisin əlavə etdikdə sətr və sütunların sayı dəyişmir.
Excel proqramında işçi sahənin hər bir xanasının ünvanı var. Xananın ünvanında sütunun adı-birinci koordinat və sətrin nömrəsi-ikinci koordinat kimi daxil edilir. Məsələn: A7, B5, C25, AAA12, DGH134 və s. Sonuncu sütunun adı XFD, sonuncu xananın ünvanı XFD1048576 ilə işarə olunur.
Bir işçi vərəqdə 16384X1048576 sayda xana vardır.
Sonuncu sütuna keçmək üçün eyni zamanda Ctrl+ düymələrini birgə sıxmaq lazımdır.
Birinci sütuna qayıtmaq üçün eyni zamanda Ctrl+ düymələrini birgə sıxmaq lazımdır.
Sonuncu sətrə keçmək üçün eyni zamanda klaviaturada Ctrl+ düymələrini sıxmaq lazımdır.
Birinci sətrə qayıtmaq üçün klaviaturada Ctrl+ düymələrini birgə sıxmaq lazımdır.
Kitabın bir vərəqindən digərinə keçid işçi sahənin sol aşağı küncündə yerləşən vərəq yarlıqları vasitəsi ilə həyata keçirilir. Bunun üçün kursoru müvafiq yarlığın üzərinə qoyub siçanın sol düyməsini sıxmaq kifayətdir. İnformasiyalar klaviaturadan xanalara və ya düstur sətrinə daxil edilir.
Elektron cədvəllərdə istifadə olunan verilənlərin tipləri: rəqəm, mətn, düstur şəkilində olur:
mətn- istənilən simvollar ardıcıllığından ibarətdir;
ədəd-muxtəlif rəqəmlərdən ibarət olur, tam hissəsi ilə kəsir arasında “.” (nöqtə) qoyulur;
düstur-ədədlərdən, ədədi əməliyyatlardan (+, -, /, *) və müxtəlif funksiyalardan ibarətdir. (Məs. =(A4+C3)-EXP(4));
Xanaya informasiya yerləşdirmək üçün xananı seçib, sonra lazımi məlumatı daxil edib Enter düyməsini sıxmaq lazımdır.
Xanalarda ədədi tipli informasiya sağ tərəfə, mətn tipli informasiya isə sol tərəfə nizamlanır.
Daxil olmuş informasiyanı redaktə etmək üçün kursoru informasiya yerləşən xananın üzərinə qoyub siçanın sol düyməsini iki dəfə sıxmaq və sonra redaktə işini aparmaq lazımdır.
D axil edilmiş informasiyanı redaktə etmək üçün kursoru informasiya olan xananın üzərinə qoyub mausun sol düyməsini iki dəfə sıxmaq, sonra düzəliş aparmaq lazımdır. Düzəlişdən imtina etmək isə klaviaturadan Esc və ya düstur sətrində düyməsi vasitəsilə mümkündür. Müəyyən xananın yerləşdiyi sütun və sətrin adı birlikdə xananın ünvanı adlanır. Məsələn: B sütununu ilə 3-cü sətirin kəsişməsində yerləşən xananın ünvanı B3 olacaq. Bu ünvan düstur sətrinin sol tərəfindəki ad sahəsində əks olunur.
Excel proqramında 2 iş rejimi vardır: adi və düstur rejimləri.
Düstur rejiminə keçmək üçün seçilmiş xanada “=” işarəsi yazılır. “=” işarəsindən sonra lazımi düstur daxil edilir. Düsturlarda, əsas hallarda, rəqəmlərin özləri deyil, yerləşdikləri xanaların ünvanları göstərilir (yazılır). Məsələn: Kvadrat tənliyinin diskriminantının hesablanması düsturu d=b2-4ac aşağıdakı kimi yazılır:
Dostları ilə paylaş: |