Mədə-bağırsaq sisteminə kəskin qansızma
Digər növ qansızmalarla müqayisədə mədə-bağırsaq qanaxmaları
hemofiliyalı xəstələrdə nisbətən az hallada təsadüf olunan qanaxma
formasıdır. Hemofiliya zamanı profuz mədə-bağırsaq qanaxmaları
spontan olur. Onlar, adətən, aspirin, QSİƏP-nin qəbulu ilə əlaqədar
baş verir. Eləcə də mədə və 12 barmaq bağırsağın gizli xorası, eroziv
qastrit, babasil qansızma mənbəyi ola bilər. Müsariqə və piyliyə
qansızma qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliyini
xatırladır (kəskin appendisit, bağırsaq keçməzliyi və s.).
Əvvəlcə xəstədə lazimi faktor səviyyəsini təmin etməli, sonra isə
diaqnostika həyata keçirilməlidir.
Xəstənin qanında faktorun səviyyəsini təcili olaraq qaldırmaq,
etiologiya aydınlaşana və qanaxma dayanana qədər faktorun
səviyyəsini təmin eləmək (D)
40
(Cədvəl 5).
Dərhal faktor səviyyəsini hemofiliya A zamanı 80-100%;
hemofiliya B zamanı 60-80%-ə yüksəltmək lazımdır. Vəziyyət
stabilləşənə qədər faktor səviyyəsini hemofiliya A zamanı 50%-də,
hemofiliya B zamanı 30%-də saxlamaq lazımdır.
Mədə-bağırsaq traktına qansızma və ya kəskin qarın əlamətləri
müşahidə olunarsa, xəstə dərhal hospitalizə olunmalıdır.
Lazım gələrsə anemiya və ya şokun müalicəsi aparılmalıdır.
Qansızmanın səbəbi aradan götürülməlidir.
Əgər xəstədə VIII faktor əskikliyi varsa, müalicə zamanı Amikar
(EAT) və ya transamin turşusu istifadə oluna bilər.
Dostları ilə paylaş: |