(D)
69
.
Böyrəklərdə qansızma
Hematuriya spontan olaraq və ya bel nahiyəsinin travması ilə
əlaqədar yarana bilər. Hematuriya dizurik əlamətlər, böyrək sancısı
ilə müşayiət oluna bilər ki, sonuncu da sidikçıxarıcı yollarda əmələ
gəlmiş qan laxtaları ilə əlaqədar baş verir. Böyrəklərin müayinəsi
nəticəsində böyrək kapilyarlarının nekrozu, hidronefroz, pielonefrit
kimi nefroloji pozuntular da aşkar oluna bilər. Hemofiliyalı
xəstələrdə makrohematuriya sidik kisəsində daş, pieloektaziya,
hidronefrozla əlaqədar yaranır. Lakin bəzi hallarda hematuriyanın
səbəbini aşkar etmək mümkün olmur. Bəzən hematuriya
hidronefrozun erkən mərhələsinin yeganə simptomu olub, böyrək
ləyəni daxilində təzyiqin qəflətən və sürətlə enməsi nəticəsində
yaranır. İnhibitor formalı hemofiliyalı xəstələrdə hematuriya xüsusilə
ağır keçir. Hematuriyanın səbəblərinin diaqnostikası sonrakı müalicə
taktikasını (konservativ və ya cərrahi ) müəyyən etməyə imkan verir.
Antifibrinolitik dərmanların istifadəsi dayandırılmalıdır (D)
57
.
Ağrısız hematuriyanı 48 saat ərzində yataq rejimində və bol maye
qəbulu ilə (adi haldan 1,5 dəfə çox) müalicə etmək lazımdır.
Əgər hematuriya ilə yanaşı ağrı da müşahidə olunursa,
hemofiliya A zamanı faktor səviyyəsini 50%; hemofiliya B zamanı
isə 40%-ə yüksəltmək lazımdır.
Əgər hematuriya halları davam edərsə və ya təkrarlanarsa (makro
və ya mikroskopik), müayinələr aparılmalıdır.
Xəstənin qanında faktorun səviyyəsi qaldırılmalıdır. Əgər keçib
getməyən makroskopik hematuriya və ağrı varsa, qan laxtalarını,
sidik yollarının keçiriciliyini nəzarətdə saxlamaq lazımdır (D)
57
.
Dostları ilə paylaş: |