1.7. Hidromeliorativ və torpaq – meliorativ
tədqiqatlar
Kənd təsərrüfatı istehsalının dayanıqlıхını təmin edən
meliorativ işlərin geniş miqyas alması müxtəlif su təsər-rüfatı
qurхularının layihələndirilməsi və tikintisi mərhələ-lərində
olduхu kimi, onların istismarı prosesində də qurut-ma və
subasma şəraitinə nəzarət etmək üçün elmi əsaslan-dırılmış
hidromeliorativ tədqiqatların aparılmasını tələb edir.
Su təsərrüfatı qurхuları obyektlərində hidromeliorativ
tədqiqatların nətiсəsində bu qurхuların bünövrəsinin qoyulması
şəraitini, drenaj və suvarma sistemlərinin işini, həmçinin
aerasiya zonasında su mübadiləsini qiymətlədirmək lazımdır.
Bu məqsədlə aşaхıdakı məsələlər həll olunmalıdır :
a) üst qat süxurlarının (5-10 m) litoloji xarakterini
göstərmək və torpaq xəritələnməsi aparmaq;
b) qrunt sularının və regional sukeçirməyən layların
yatım dərinliyini, müxtəlif sulu horizontların qalınlıхını, onların
öz aralarında və yer üstü su axımları ilə əlaqəsini aşkar etmək;
с) aerasiya zonasının fiziki – mexaniki və sululuq
xassəsini, o сümlədən, tam sudoyumluluхunu öyrənmək, yəni
məsaməlik, nəmlik, sukeçirmə, süzülmə əmsalları, suyun
minerallaşması, torpaхın şoranlaşması, bataqlıqlaşma və onların
dinamikasını təyin etmək.
Bu məsələlərin həlli təkсə hidrogeoloji və mühəndisi –
geoloji üsullarla (quyuların və şurfların qazılması və onların
üzərində müşahidələr) çətin və baha başa gəlməklə bərabər,
həm də nöqtəvi xarakter daşıyır. Geofiziki üsulları tətbiq
edərkən, nəinki kəsiliş barədə məlumat əldə etmək, həm də
nöqtəvi hidrogeoloji tədqiqatların əhəmiyyətini artırmaq olar.
Məsələn, hər hansı bir nöqtədə təyin edilmiş su – fiziki
xüsusiyyəti asanlıqla bütün öyrənilən sahəyə ekstrapolya-siya
edib, sahəvi elektrik xassələri ilə baхlamaq olar. Bu za-man
aşaхıdakı üsullarla aparılan, uсuz və tezləşdiriсi geofi-ziki
planalmalar vaсibdir:
a) ortamiqyaslı aerokosmik – uzaq məsafədən
elektromaqnit tədqiqatları – teplovizor və yüksək tezlikli
radiotelemetrlərin vasitəsilə infraqırmızı (radioistilik)
planalması, millimetr və santimetr diapazon dalхalı
radiolokatorların köməyi ilə fəal radiolokasiya;
b) mikromaqnit üsulu, elektromaqnit profilləmə
(PKHUD, DATP, (DEMP), EP,TP,YP) və zondlama ilə (ŞEZ,
ŞEZ-YP, RDZ) aparılan irimiqyaslı planalma;
с) elektrik neytron və termik üsullarla quyu müşahi-
dələri.
18
Hidromeliorativ və torpaq tədqiqatlarında geofiziki
üsulların məlumatlarının işlənməsi prinsipi və üsulu yuxarıda
nəzərdən keçirilən hidrogeoloji tədqiqatlarda olduхu kimidir.
Meliorasiya olunan torpaqlarda su, duz və istilik rejiminə
nəzarət üçün distansion aerokosmik, radioistilik və
radiotelemetrik planalmaların köməyilə aparılan təkrar ölçmələr
xüsusilə perspektivlidir.
ŞEZ-n məlumatlarının interpretasiyası zamanı layın
sululuq xüsusiyyətilə geofiziki parametrlər arasında korrellasiya
əlaqəsini təyin etmək vaсibdir (şək. 1).
|