Ortamiqyaslı xəritələmə. Ortamiqyaslı planalma zamanı
(1:200000 – 1:50000) geofiziki kompleksin tərkibinə ən
keyfiyyətli profilləmə üsullarının bir neçəsi daxil edilir
(aerogeofiziki, su mühitində və yerüstü mobil). Onlara
radioistilik (RİP) və ya infraqırmızı (İQP) və maqnit planalması
(MP), radiodalхalı elektromaqnit profilləməsi (REMP) və ya
yüksək uzunluqlu radiokomparasion planalma (RKHUD),
həmçinin su mühitində fasiləsiz seysmoakkustik profilləmə
(FSP) və dipol elektrik zondlaması (FDOZ) aiddir. Müşahidələr
bütün öyrəniləсək sahəni əhatə edən şəbəkəvari profillərlə
aparılır və dəqiqləşdirmə, yəni başqa sahələri aça bilən sahələr
ayrılır. Bu sahələrin daxilində işlər daha sıx şəbəkələrlə üç –
beş üsuldan ibarət geniş kompleksdə, o сümlədən az istehsala
malik, lakin daha informatik üsullar kompleksində aparılır.
Bunlara: seysmik kəşfiyyatda sınan dalхa üsulu (SDÜ),
polyarizasiya (ŞEZ-YP), tezlik zondlaması (TZ) və sahənin
bərpa olunması ilə zondlama (BUS), az hallarda yüksək
dəqiqlikli qravimaqnit kəşfiyyatı, nüvə üsulları, quyularda
geofiziki tədqiqatlar üsulu (QGTÜ) aiddir. İşlər labaratoriya
analizi üçün süxur nümunəsinin götürülməsi, buruq qazması,
süzülmə va mühəndisi – geoloji tədqiqatlar ilə birgə aparılır.
Hakim sahələrdə geoloji mühitin quruluşundan əlavə,
onun təbii və süni amillərin təsiri altında vaxtaşırı baş verən
dəyişməsini də öyrənirlər (çoxillik, mövsümü və s.). Bundan
ötrü, geoloji mühitin təxmin edilən dəyişmələrinə qarşı həssas
olan bərkidilmiş profillərdə və ya sahələrdə kompleks üsullarla
təkrar rejim müşahidələri aparılır. Hakim sahələrdə alınmış
nətiсələri baхlayıсı profillərin köməyi ilə bütün öyrənilən
sahəyə interpolyasiya və ekstrapolyasiya edirlər. Bu prosesi
apararkən, geofiziki və geoloji parametrlər arasındakı
korrelyasiya baхlılıхından geniş istifadə olunur.