Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   28   29   30   31   32   33   34   35   36
kerimova samira (1)

Risklərin qiymətləndirilməsi.Risklərin qiymətləndirilməsi – müəssisənin 
məqsədlərinin reallaşdırılmasına mane olan əhəmiyyətli risklərin müəyyən olunaraq 
minimuma endirilməsi tədbirlərini əhatə edir. Risklərin qiymətləndirilməsi prosesi 
gələcəyə istiqamətlənmiş bir prosesdir. Müxtəlif səviyyələrdəki biznes risklərinin 
qiymətləndirilməsi, adətən, illik və ya vaxtaşırı həyata keçirilir. 
COSO modelində risklərin qiymətləndirilməsi prosesi 3 mərhələdə həyata 
keçirilir: 
1. Riskin əhəmiyyətinin qiymətləndirilməsi; 
2. Riskin reallaşma ehtimalının və ya baş vermə sıxlığının qiymət-
ləndirilməsi; 
3. Riskin necə və hansı tədbirlər vasitəsilə idarə olunması qərarının 
verilməsi. 
Bu modelə görə risklərin əhəmiyyətli olub-olmadığını qiymətləndirmək və 
ə
həmiyyətli olduğu təqdirdə lazımi tədbirlərin görülməsi məqsədi ilə atılacaq 
addımlardan rəhbərlik məsuliyyət daşıyır. Risklərin müəyyən olunması üçün əvvəlcə 
korporativ məqsəd müəyyən olunmalı, sonra isə bu məqsədə çatmağa mane olan 
risklərin necə idarə ediləcəyinə dair qərarlar qəbul olunmalıdır. 
Nəzarət tədbirləri.Nəzarət tədbirləri – müəssisənin qarşısına qoyulmuş 
məqsədlərə nail olunması üçün mümkün risklərin qarşısının alınması məqsədilə 


79 
lazımi tədbirlərin həyata keçirilməsini təmin edən siyasət və üsullardır. Nəzarət 
tədbirləri nəzarət mühiti zəif olduqda onun mənfi təsirini azaltmağa xidmət edir. 
Müəssisə yaxud onun hər hansı bir alt strukuturu səviyyəsində tətbiq olunan 
nəzarət tədbirləri aşağıdakıları özündə ehtiva edir: 
• Xidməti fəaliyyətin qiymətləndirilməsi; 
• Vəzifə ayrıseçkiliyi; 
Fiziki nəzarət
• İnformasiya emalna nəzarət; 
• Nəzarət proseduralarının aydın olması. 
İ
nformasiya və kommunikasiya. Effektiv daxili nəzarət strukturu yaratmaq 
və təşkilatın məqsədlərini reallaşdırmaq üçün bütün mərhələlərdə təşkilatın 
informasiya resurslarına ehtiyacı var. İşçilərin öz vəzifələrini dəqiqliklə və vaxtında 
yerinə yetirə bilməsi üçün daxili nəzarətə aid bütün məlumatlar vaxtında qeyd 
edilməli, qruplaşdırılmalı və heyətin nəzərinə çatdırılmalıdır. 
Etibarlı və həqiqətə uyğun məlumatların əldə oluna bilməsi üçün 
ə
məliyyatların dərhal yazılması və düzgün təsnifləşdirilməsi mühüm əhəmiyyətə 
malikdir. 
COSO modelində ünsiyyət ünsürü böyük əhəmiyyətə malikdir. Bu modelə görə 
müəyyən şəxs və qruplar və onların gözləntiləri əsas mövzu olduqda ünsiyyətin geniş 
şə
kildə nəzərə alınması zəruridir. Ünsiyyətin isə ən əsas komponenti yuxarı rəhbərlik 
tərəfindən işçilərə vaxtaşırı daxili nəzarətin məsuliyyətinin əhəmiyyəti barədə 
ismarıcların göndərilməsidir. Göndərilən ismarıcların aydın olması müəssisənin 
səmərəli daxili nəzarət prinsipilərini izləyə bilməsi baxımından xüsusi əhəmiyyət 
kəsb edir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin