80
Daxili nəzarət sistemləri müəyyən vaxt ərzində xarici faktorların
dəyişməsi,
yeni işçilərin işə götürülməsi, üsulların, sistem və
digər ünsürlərin dəyişməsi
səbəbindən səmərəliliyini itirə bilər. Daxili nəzarət strukturunun monitorinqi
müntəzəm yoxlama, yaxud xüsusi qiymətləndirmə, yaxud dahər iksinin istifadəsi ilə
reallaşırılır.
COCO (Criteria of Control Objectives)
modeli Kanada Mühasibləri
Nizamnaməsi İnstitutu tərəfindən 1995-ci ildə “nəzarət kitabçası” yaxud “nəzarət
üzrə təlimat” (Guidance on Control) adıyla nəşr olunmuşdur. Qısaca “COCO
Hesabatı” kimi də adlandırılan tədqiqatda daxili nəzarət sisteminin səmərəliliyini
ölçməyə imkan verən müxtəlif meyarlar təqdim olunmuşdur.
COCO modeli nəzarəti müəssisənin məqsədlərinə çatması
üçün işçiləri
dəstəkləyən və onları kollektivdə saxlayan səbəblər,
sistemlər, proseslər,
təşkilati
mədəniyyət, təşkilati quruluş, vəzifələr kimi əsas biznes
ünsürlərindən biri olaraq
qəbul etmişdir.
Nəzarət kitabçasının məqsədi idarəetmədə maraqlı tərəflər üçün müəyyən
çərçivə təyin etməkdir. Nəzarət kitabçasının yaradılmasına 3 əsas səbəb göstərilir:
Quruluşun (təşkilatın, müəssisənin və s.) audit fəaliyyətinin artırılması
üçün ümumi hesabata ehtiyac var;
Quruluşların bir çoxunda artan rəqabət mühiti və qlobal rəqabət mühiti
ilə əlaqədar nəzarət sistemlərinin dəyişilməsinə ehtiyac var;
Quruluşların dəyərlərin mübadiləsi və açıq ünsiyyət kanalları kimi fərqli
nəzarət mexanizmlərinə ehtiyacı var.
COCO nəzarət kitabçasında daxili nəzarətin məqsəd və funksiyalarının
qiymətləndirilməsində istifadə edilə biləcək 20 spesifik meyar müəyyən olunmuşdur.
Bu meyarlar 4 başlıq altında qruplaşdırılmışdır. Bura 5 meyardan ibarət olan məqsəd
(purpose), 4 meyardan ibarət olan məsuliyyət (commitment), 5
meyardan ibarət
kafilik (capability) və 6 meyardan ibarət monitorinq və təlim (monitoring and
learning) daxildir. Bu model qeyd olunan meyarların daxili nəzarətin istənilən
komponentinin effektiv qiymətləndirilməsinə zəmanət verir.
81
COCO modelində qeyd olunan 4 qrup meyar nəzarət prosesinin davamlı
olduğunu əks etdirə bilməsi üçün bir-birini dairəvi olaraq təqib edən bir proses kimi
qiymətləndirilməlidir. Bunu əyani olaraq aşağıdakı sxemdə göstərə bilərik.
Dostları ilə paylaş: