1989-cu ildə yaradılan 32 bitli İNTEL 80486 DX MP əvvəlki modeldən I səviyyəli keş-yaddaşın soprosessorun kristala daxil edilməsi ilə fərqlənmişdir. Sürətin artırılması üçün CISC ( mürəkkəb əmirlər sisteminə malik arxitektur) prosessorunda RISC (bəsit əmrlər sisteminə malik arxitektur) nüvəsi yaradılmışdır.
64 bitli verilənlər şininə malik və V nəslə aid edilən Pentium MP 1993-cü ildə layihə edilmişdir. İşçi tezliyi 60/66 MHs olmaqla, tranzistorların sayı 3.1 mln-a çatır. Bu model əvvəlkilərdən süpersalyar arxitekturu ilə (bir takt siqnalı dövründə 2-yə qədər əmrin y/yetirilməsi) ilə fərqlənir. 1994-cü ildə yaranan 75,90, 100 MHs tezlikli Pentium MP-ləri bu seriyadan olan superskalyar prosessorların II nəslini təşkil edir. Bundan əlavə mobil kompyuterlərdə tətbiq etmək üçün miniatür korpuslu 75MHs tezlikli Pentium prosessorları meydana gəlmişdir. 1995-ci ildə isə 150, 166, 200 MHs tezlikli Pentium prosessorları yaradılmışdır. Pentium seriyalı prosessorların inkişafı ilə yanaşı MP-lərin VI nəslinin başlanğıcı olan Pentium Pro prosessorları da layihələndirilmişdir. Bu prosessorların əsas arxitektur xüsusiyyətləri əmrlərin dinamik olaraq y/y-sidir. Bunda məqsəd eyni zamanda icra edilən əmrlərin sayının artırılmasıdır. Onları fərqləndirən digər xüsusiyyət ikinci səviyyəli keş-yaddaşın prosessorla bir gövdədə gerçəkləşdirilməsidir. Bu keş-yaddaş nüvə tezliyində işləməklə bərabər ilkin məlumat həcmi 256 KB olmuşdur. Sonrakı inkişaf prosesində II səviyyəli keş-yaddaş həcmi 512 KB-a çatdırılmışdır.
Dostları ilə paylaş: |