Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)


Mikroprosessor sistemlərinin şinləri



Yüklə 1,87 Mb.
səhifə15/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   11   12   13   14   15   16   17   18   ...   64
Mikroprosessor sistemlərinin şinləri.

Mikroprosessor sisteminin magistralına (sistem şininə) 3 əsas şin daxildir: verilənlər, ünvan və idarəetmə. Verilənlər şini (Data Bus) – bu əsas şindir və bütün sistemin ana xəttini təşkil edir. Onun mərtəbələrinin sayı (əlaqə xəttlərinin sayı) informasiya mübadiləsinin sürətini və effektivliyini və həmçinin əmrlərin mümkün maksimal sayını müəyyən edir. VŞ-ni həmişə ikiistiqamətlıdir, çünki, informasiyanın hər iki istiqamətdə ötürülməsi nəzərdə tutulur. Şinin xətləri üçün 3 daxili vəziyyətə malik olan çıxış kaskadlarindan istifadə olunur. VŞ-ni əsasən 8, 16, 32 və ya 64 mərtəbəli olur. Bir mübadilə tsiklində 64 mərtəbəli şın vasitəsi ilə 8 baytlı informasiya, 8 mərtəbəli şin vasitəsilə isə 1 baytlı informasiya ötürülə bilər. VŞ-nin mərtəbələrinin sayı bütün magistralın mərtəbələrinin sayını müəyyən edir. Məs, 32 mərtəbəli sistem magistralı dedikdə 32 mərtəbəli VŞ-nin oldugu nəzərdə tutulur.



Ünvan şini ( Adress Bus)- mikroprosessor sisteminin mümkün ola bilən maksimal mürəkkəbliyini ( yaddaüın həcmi və uygun olaraq, mümkün maksimal yadda saxlanilan verilənlərin həcmi) müəyyən edən 2-ci vacib şindir. ÜŞ tərəfindən təmin olunan ünvanların sayı 2N kimi qiymətləndirilir, N- ünvan mərtəbələrinin sayıdir. 16 mərtəbəli ünvan şini 65 536 ünvana müraciəti təmin edir. ÜŞ biristiqamətli və ya ikiistiqamətli ola bilər.əsasən ünvan xətlərində çıxış kaskadlarının üçvəziyyətli və ya ikivəziyyətli növlərindən istifadə edilir. ÜŞ-də də müsbət məntiqli və ya mənfi məntiqlı sxemlərdən istifadə oluna bilər.

İdarəetmə şini (Control Bus)- idarəetmə siqnallarının cari tsiklin növünü və tsiklin müxtəlif hissələrinə və ya mərhələlərinə uygun gələn zaman anlarını müəyyən edən köməkçi şindir. Bundan başqa, idarəetmə siqnalları prosessorun işini yaddaş və ya daxiletmə/ xaricetmə qurgularının (icraçı qurgular) işi ilə uygunlaşdırılmasını təmin edir. İŞ-ı həmçinin sorgu və kəsilməyə icazəyə, sorgu və yaddaşa birbaşa müraciətə xidmət edir. İŞ-nin siqnalları müsbət məntiqdə (az hallarda) oldugu kimi, mənfi məntiqdə (əksər hallarda) də ötürülə bilər. Çıxış kaskadlarının növləri çox müxtəlif ola bilər: iki vəziyyətli (biristiqamətli xətlər üçün), üç vəziyyətli (iki istiqamətli xətlər üçün), açıq kollektorlu (ikiistiqamətli və multipleksləşdirilmiş xətlər üçün). Ən əsas idarəetmə siqnalları mübadilə stroblarıdır, yəni prosessor tərəfindən formalaşan siqnallardir ki, verilənlər şini ilə verilənlərin ötürülməsi zaman anlarını təyin edir. Magistralda ən çox 2 müxtəlif mübadilə strobu: yazma strobu (xaricetmə), oxuma strobu (daxiletmə) siqnallarından istifadə edilir.

İstifadə olunan mübadilənin növünə gorə MPS-nin magistralları həmçinin sinxron və asinxron növlərə bölünürlər.




Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin