Island detection method (ştrixləmə yarıqlarının tapılması metodu) daxili qaplı konturların sərhəddə qoşulmasını idarə edir. Flood (doldurma) daxili kontur sərhəddə qoşulur. Ray casting (şüa ilə) daxili kontur sərhəddə qoşulmur.
Düzbucaqlı, onun daxilində çevrə və onu kəsən çevrəni kontura çevirmək üçün Boundary daxil edilir. Açılan Boundary Creation pəncərəsindən Pick Points düyməsi basılır. AutoCAD ekrana qayıdır şəkildə üstəgəl işarəsi yerləşən nöqtə seçilir və həmin şəkildəki qırıq-qırıq xətt kontura çevrilir.
Nəticədə AutoCAD yaradılmış polixətlərin və ya oblastların sayını verəcək.
OblastIn ştrİxlənməsİ və rənglənməsİ
Ştrixləmə daxili konturları göstərməklə və materialdan asılı olaraq müxtəlif cür olur. AutoCAD –da, təkrarlanan xətlərdən və şablondan ibarət bir neçə ştrix tipi vardır. Bundan başqa verilmiş oblastı bir rənglə də rəngləmək mümkündür.
Ştrixləmə iki xassəyə malikdir:
- birincisi ştrix blokdur, yə'ni bütün xətlər bir obyektdir;
- ikincisi ştrix assosativ ola bilər, yə'ni obyektin konturu dəyişən kimi avtomatik ştrix yenilənir və yeni konturu əhatə edir.
Ştrixləmə qapalı oblastları ştrixləyir, ona görə də çalışmaq lazımdır ki, çəkilmiş kontur qapalı olsun. Bunun üçün BOUNDARY (kontur) və Region (oblast) komandalarından da istifadə etmək məsləhətdir.
Ş trixi yaratmaq üçün DRAW (çəkmək) alətlər lövhəsindənHATCH (ştrixləmə) aləti işə salınır və nəticədə BHATCH- komandası aktivləşir Boundary Hatch (kontur boyu ştrixləmə) zolağın görünüşü dəyişir.
Zolaqda bir neçə alət lövhəsi durur. Boundaries lövhəsindən ekrandan ştrixlənəcək kontur seçilir.
Pattern (şablon) lövhəsində materialların qrafiki işarəsi yerləşir.
Properties (xassələr) lövhəsində ştrixlənəcək sahənin bəzi xassələri idarə edilir.
Origin (başlanğıc) ştrixin, konturun hansı nöqtədən başlayaraq vurulması idarə edilir.
Options (parametrlər) əlavə bəzi parametrləri idarə edir. Məsələn, annotasiyalar, ştrixin şablonunun ötrülməsi və s.
Close (bağla) ştrixləməni bitirir.
Options pəncərəsində bu düymə vurularsa Hathc and Gradient adında yeni pəncərə açılır. Buradakı sazlamalar zolaqdakı sazlamalardan daha zəngindir.
Bu pəncərədə bir neçə sahə vardır. Bunlardan Type (nümunənin tipi) siyahısından üç altkomanda vardır.
- Predefind (əvvəlcə tə'yin edilmiş) mövcud ştrixlərdən birini seçməyə imkan verir;
- User-defined (istifadəçi) – istifadəçi özünün istədiyi kimi ştrix xəttinin tipini, bucağını, aralarındakı məsafəni verərək öz nümunəsini yarada bilər.
Dostları ilə paylaş: |