Ministry of agriculture of azerbaijan republic


Hesabat dövründə aşağıda qeyd olunan tədbirlər keçirilmişdir



Yüklə 1,09 Mb.
səhifə9/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
#55924
1   ...   5   6   7   8   9   10   11   12   13

Hesabat dövründə aşağıda qeyd olunan tədbirlər keçirilmişdir:

- ADA Universiteti ilə əməkdaşlıq əlaqələri çərçivəsində Niderland Krallığının Rabobank, Foss Eugenia, Limburgse Landen Tuinbouwbond,  PETC+ şirkətinin nümayəndələri və ADA Universitetinin sahibkarlıq, ticarət və innovasiya mərkəzinin icraçı direktoru Tariyel Mirzoyev ADAU-ya səfər ediblər. Qonaqlarla görüşdə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü 08 mart 2016-cı il tarixində ADAU-da səfərdə olmuşdurlar. Qonaqlarla rektor İbrahim Cəfərov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər və perspektivlər, ADA Universiteti ilə əlaqələr, tədris və istehsal sahələrinin interqasiyasının əhəmiyyəti barədə məlumat vermişdir. 

- 10 mart 2016-cı il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən icra olunan "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi" Layihəsi (KTRQGL) çərçivəsində bitki sağlamlığı və fitosanitariya sisteminin təkmilləşdirilməsi sub-komponenti üzrə “Zərərverən orqanizmlərə qarşı inteqrə olunmuş mübarizə tədbirləri” (ZQİMT) mövzusunda fermerlər üçün təlimlərin keçirilməsinə Azərbaycan Dövlət Aqrar Universitetindən başlanılıb. 

Tədbirdə ADAU-nun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlərin və Layihələrin İdarə Olunması üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin (DFNX), Bitki Mühafizə və Texniki Bitkilər (BMTBETİ), Əkinçilik, Üzümçülük və Şərabçılıq, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının əməkdaşları, eləcə də bu istiqamətdə çalışan mütəxəssislər iştirak etmişlər.

- 08 aprel 2016-cı il tarixində Gəncə-Qazax bölgəsinin 42 nəfər fermerin iştirakı ilə seminar keçirilmişdir. Seminarda aşağıdakı mövzularda məruzələr edilmişir.



  • Qarğıdalının becərilmə texnologiyası (məruzəçi dosent F.Qurbanov)

  • Torpağın münbitliyi və onun yaxşılaşmasında biopreparatların və müasir torpaq becərmə sistemlərinin rolu (məruzəçi dosent F.Ələkbərov)

  • Azərbaycanda meyvəçiliyin innovativ üsullarla becərilməsi ( məruzəçi dosent H.İdrisov)

  • Üzümdə məhsula düşməni tezləşdirmək üçün sürətli forma vermənin tətbiqi. (məruzəçi dosent M.Ələkbərova)

  • Fertiqasiya və yarpaqdan gübrələmə.( məruzəçi dosent V.Bəşirov)

  • Dənli taxıl bitkilərinin müasir becərilmə üsulları (məruzəçi dosent Q.Məmmədov).

- 09 aprel 2016-cı il tarixində Akademik Ziyad Səmədzadə ADAU-nun doktorant və dissertantlarına “Ölkə iqtisadiyyatının stimullaşdırılmasında elmin rolu” mövzusunda mühazirə oxumuşdur.

- 17 may 2016-cı il tarixində ADAU-da məzun yarmarkası keçirilmişdir. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri ilə yanaşı 36 rayondan 130-a yaxın müəssisə, təşkilat, Şirkət və fermer təsərrüfatları iştirak etməklə 700-dən artıq vakant iş yerləri təklif olunmuşdur.

- 25 may-03 iyun 2016–cı il tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycanda həyata keçirdiyi “ Seçilmiş məcburi köçkün icmalarında məşğulluq imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində ADAU-nun dəstəyi ilə Gəncədə bal arısı xəstəliklərinin nəzarətdə saxlanılması üzrə intensiv təlim kursları keçirilmişdir.

Aqrar Universitetin əməkdaşlarının və tələbələrinin 2016-cı ildə beynəlxalq konfranslarda, simpoziumlarda və təcrübə mübadilələrində iştirakları.

- “Maliyyə və iqtisadı nəzəriyyə” kafedrasının müdiri, professor Hüseynov Məhərrəm Cəlal oğlu və “Bitkiçilik və bitki mühafızəsi” kafedrasının müdiri Məmmədov Qurban Yusif oğlu 18-22.01.2016-cı il tarixlərində Almaniyanın Qrayfsvolt Universitetində layihə çərçivəsində müştərək elmi-tədqiqat işinin aparılmasında iştirak etmişlər.

- “Bitkiçilik və bitki mühafızəsi” kafedrasının assistenti Quliyev Sahil Rəhman oğlu və “Maliyyə və iqtisadı nəzəriyyə” kafedrasının assistenti Məmmədov Niyaz Nizami oğlu 18-29.01.2016-cı il tarixlərində Almaniyanın Qrayfsvolt Universitetində layihə çərçivəsində müştərək elmi-tədqiqat işinin aparılmasının müzakirəsində iştirak etmişlər.

- Tədris işləri üzrə prorektor Hətəmov Anar Nizami oğlu 09-11.02.2016-cı il tarixlərində İngiltərədə Birləşmiş Krallıq Universitetlərinin təşkil etdikləri forumda iştirak etmişdir.

- Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri, fizika və riyaziyyat kafedrasının professor əvəzi Cəfərov Məntiq Bahadur oğlu 10-22.02.2016-cı il tarixlərində Rusiya federasiyası Sankt-Peterburq Politexnik Universitetində elmi-tədqiqat işlərinin yekun müzakirəsində iştirak etmişdir.

- Aqrar iqtisadiyyat fakültəsi, maliyyə ixtisasının 4-cü kurs tələbəsi Hacızadə Hüseynxan Saleh oğlu 22-25.02.2016-cı il tarixlərində Gürcüstanın Rustavi şəhərində “Gələcəyə Körpü Gənclər” İctimai Birliyinin toplantısında iştirak etmişdir.

- Aqrar iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasının 4-cü kurs tələbəsi Zeynalova Aysun Gülağa qızı 22-26.02.-2016-cı il tarixlərində Bolqarıstanın Varna şəhərində Gəncə Avropanın Gənclər paytaxtı-2016 ümumi yığıncağında iştirak etmişdir.

- Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Quliyev Sahil Rəhman oğlu 13-18.03.2016-cı il tarixlərində Türkiyə Cumhuriyyəti, Samsun şəhəri Ondokuz Mays Universitetində ADAU ilə bağlanmış müqaviləyə əsasən birgə aparılmış elmi-tədqiqat işlərinin qiymətləndirilməsində iştirak etmişdir.

- Aqrar iqtisadiyyat fakültəsinin Menecment (Alman proqramı) ixtisaslaşması üzrə I kurs magistri İbrahimov İlkin Şakir oğlu 10.01-01.03-2016-cı il tarixlərində Polşanın Varşava Təbiət Elmləri Universitetində ERASMUS+ proqramının I çərçivəsində magistr səviyyəsində təhsil almışdır.

- Baytarlıq təbabəti və zootexniklik fakültəsinin “Yoluxmayan daxili xəstəliklər” ixtisaslaşması üzrə I kurs magistri Süleymanova Çiçək Vəli qızı 01-30.03.2016-cı il tarixlərində Türkiyənin İstanbul Universitetində təcrübə keçmişdir.

- Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri professor Abdullayev Qəmbər Qara oğlu 22-27.03.2016 tarixlərində Rusiya Dövlət Qiyabi Aqrar Universitetində keçirilmiş elmi-praktik konfransda iştirak etmişdir.

- Aqrobiznes və idarəetmə fakültəsinin ( alman menecment ixtisasının) 2-ci kurs tələbələri Fariz Nəsibli və Elvin Paşayev 28.04-15.09.2016 cı il tarixlərində Almaniyada istehsalat təcrübəsi keçmişlər.

- Elmi işlər üzrə prorektor professor N.Y.Seyidəliyev 17-22.05.2016-cı il tarixlərində Qırğızıstanın Bişkek şəhərində yerləşən Manas Universitetində Qafqaz Ölkələri Universitetləri birliyinin VI elmi-praktik konfransında iştirak etmişdir.

- Bitkiçilik və bitki mühafizəsi kafedrasının dosent əvəzi N.N.İsmayılzadə 14-23.05.2016-cı il tarixlərində Polşa Respublikasının Varşava Təbiət Elmləri Universitetində təcrübə mübadiləsində olmuşdur.

- Kənd təsərrüfatı texnikası kafedrasının dosent əvəzi U.T.Tağıyev 15.05-04.06.2016-cı il tarixlərində Cənubi Koreya 825 Daewangpangyoro, Sujeonggu, Seongnamsi, Gyeonggido, 461-833, Koreyada təşkil olunmuş “Eko kənd təsərrüfatı texnikasının Təkmilləşdirilməsi” istiqamətində təlim kursunda iştirak etmişdir.

- Rektor professor Cəfərov İbrahim Həsən oğlu və Magistr hazırlığı mərkəzinin rəhbəri Aydın İsayev 20-24.06.2016-cı il tarixlərində Alma-Ata şəhərində Qazaxıstan Milli Aqrar Universitetində MDB ölkələrinin rektorlarının toplantısında iştirak etmişdirlər.

- Aqrotexnologiya fakültəsinin professoru Mövsümov Elman Məhəmməd oğlu 27.06-01.07.2016-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Orq Xim-2016” Beynəlxalq konfransında 2 məqalə ilə çıxış etmişdir.

- “Meliorasiya və hidrotexniki qurğular kafedrası”-nın müdiri, dosent Mirnaib Mirqoca oğlu Mirsalahov və həmin kafedranın assistenti Mahir Həmid oğlu Bayramov 17-25.07.2016-cı il tarixlərində Qazaxıstanın Milli Aqrar Universitetində (KazNAU) təcrübə mübadiləsində olmuşlar.

- Bitkiçilik və bitki mühafizəsi kafedrasının doktorantı Quliyev Sahil ACİP layihəsnin xətti ilə 01.06.2016-cı il tarıxındın ABŞ-n İllinois Universitetində elmi-tədqiqat işlərinin mübadiləsini aparmışdır.

- Aqrar sahənin iqtisadiyyatı kafedrasının dissertantı Hüseynov Raqif Tofiq oğlu Varşava Təbiət Elmləri Universitetində təhsilini davam etdirir.

- Baytarlıq təbabəti və zootexniklik fakültəsinin 5-ci kurs tələbəsi Kendir Şakir Sabati 15.09.2016-cı il tarixdən 31.01.2017-ci il tarixədək Türkiyənin İzmir Baytarlıq Klinikasında təcrübə keçmişdir.

- Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının baş müəllimi Elnur Heydərov 26.06.2016-cı il tarixdən 26.02.2017-ci ii tarixədək Erasmus Mundus “Homeria” layihəsinin xətti ilə İtaliyanın Tuscia Universitetində təcrübə mübadiləsi keçir.

- Baytarlıq təbabəti və zootexniklik fakültəsinin 5-ci kurs tələbələri Əkbərov Suliddin, Sultanov Mirdamət, Məlikov Cəlal, Rzayev İsmət və Xıdırlı Sabir 06 iyul 2016-cı il tarixdən 06.08.2016-cı il tarixədək Türkiyənin İstanbul Universitetində təcrübə keçmişlər.

- Aqronomluq fakültəsinin tələbələri Paşayeva Könül və Mirzəyev Adəm 19 iyun 2016-cı il tarixdən 19 avqust 2016-cı il tarixədək Türkiyənin Toxum Sənayeçiləri və Ürəticiləri Alt Birliyində təcrübə keçmişlər.

- ADAU-nun Beynəlxalq şöbəsinin əməkdaşı Cəfər Cəfərov və Mühasibat uçotu audit kafedrasının baş müəllimi Şəfiyev İsa Erasmus Mundus layihəsinin xətti ilə 10- 20 oktyabr 2016-cı il tarixədə Macarıstanın Dunaivarus Universitetində təcrübə mübadiləsində olmuşlar.

- Elm şöbəsinin müdiri İsmayılov Abbas və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı Məmmədova Küşvər Erasmus “Nizami layihəsi” xətti ilə 25-30.09.2016-cı il tarixədə İsveçin Uppsala Universitetində təcrübə keçmişlər.

- Aqromühəndislik fakültəsinin magistrantı İbrahimli Ülvi 22.09.2016-cı il tarixdən 22.09.2017-ci li tarixədək Türkiyənin Uludağ Universitetində magistratura təhsilini davam etdirir.

- Universitetin magistrantı Kərimov Mehman 01.09.2016-cı il tarixdən 01.09.2018-cı il tarixədək Macarıstanın Kapoşvar Universitetində təhsilini davam etdirəcəkdir.

- Universitetin magistrantı İdrisli Pərvin Dövlət sifarişi əsasında 01.09.2016-cı il tarixdən 01.09.2018-ci il tarixədək Macarıstanın Debrecen Universitetində təhsilini davam etdirəcəkdir.

Aqromexanika ET İnstitutunda 3 problem, 7 mövzu üzrə elmi-tədqiqat işi aparılmışdır. 4 istehsalat təcrübəsi, 4 tətbiq işləri yerinə yetirilmiş, 1 nəfər fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün müdafiə etmişdir.

Elmi-tədqiqat işlərinin nəticəsinə dair 30 məqalə (ondan 10-u xaricdə) nəşr edilmişdir.

6 ədəd ixtiraya patent almaq üçün sənədlər hazırlanaraq ərizə ilə müraciət olunmuşdur. Bunlardan 1 ədədi milli patent agentliyinə, 5 ədədi isə Rusiya Federasiyasına göndərilmişdir. Artıq Rusiya Federasiyasından iki ixtiraya patent alınmışdır. Bunlardan: a) Qarğıdalı dənini qıçadan ayıran; b) Yağın alınması üçün mexaniki nehrədir.

REGİONAL AQRAR ELM VƏ İNFORMASİYA MƏSLƏHƏT MƏRKƏZLƏRİ
Hesabat ilində regional aqrar elm və informasiya məsləhət mərkəzləri (RAEİMM) yerləşdikləri regionda (əhatə dairələrinə daxil olan rayonlarda) rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının dayanıqlı artımına nail olmaq üçün bölgədə elmi nailiyyətlərin, o cümlədən mütərəqqi istehsal texnologiyalarının, yeni məhsuldar sortların tətbiqi və fermerlərin maarifləndirilməsi məqsədi ilə müvafiq elmi-tədqiqat institutları ilə əməkdaşlıq şəraitində nümayiş-sərgi əkinlərinin qoyulması, seminarların keçirilməsi, həmçinin kənd təsərrüfatı bitkilərinin toxumçuluğu və tingçiliyi istiqamətində fəaliyyətlərini davam etdirmişlər.

Quba RAEİMM 2016-cı ildə Quba-Xaçmaz bölgəsində elmi nailiyyətlərin tətbiqi və fermerlərin maarifləndirilməsi məqsədilə Əkinçilik ET, Tərəvəzçilik ET, Meyvəçilik və Çayçılıq ET İnstitutları ilə əməkdaşlıq şəraitində fermerlərə və digər torpaq mülkiyyətçilərinə köməklik göstərilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Hesabat ilində RAEİMM-in balansında cəmi 115 ha, o cümlədən 112,7 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur.

Mərkəzin balansında 71,6 ha meyvə bağı vardır ki, bunun da 59,32 hektarı məhsuldar anaclıq (çiliklik) meyvə bağıdır. Cari hesabat ilində məhsuldar meyvə bağlarında 155,0 ton meyvə məhsulu istehsal edilmiş, 18,0 ha taxıl sahəsindən 48,6 ton buğda məhsulu götürülmüşdür. Hektardan orta məhsuldarlıq 27,0 sentner təşkil etmişdir.

Nümayiş sahəsində Rusiyanın Bezostaya-1 buğda sortu ilə yanaşı Əkinçilik ET İnstitutunun Qobustan, Azəri və Şəki-1 buğda sortları əkilmiş və bu sortlardan məhsuldarlıq orta hesabla hektardan 22,2-32,8 sentner arasında olmuşdur.

Tərəvəzçilik ET İnstitutunda yaradılmış pomidorun – “İlkin”, “Leyla”, “Vətən-1”, “Elim”, xiyarın “Azəri”, soğanın “Sabir” və lobyanın “Sevinc” sortlarının sərgi əkinləri aparılmışdır.

Quba RAEİMM-in əməkdaşlarının yaxından köməkliyi və bilavasitə iştirakı ilə vegetativ üsulla Quba rayonunun Dağlı kəndində 1,0 ha gilas bağı, II Nügədi kəndində 8 ha gilas bağı, Qusar rayonu Qalacıq kəndində 70,0 ha torpaq sahəsində intensiv tipli alma, gilas, gavalı, şaftalı, armud, badam və qoz bağları, Xaçmaz rayonu Çarxı kəndində 1,0 ha gilas bağı, Ləcət kəndində 8,0 ha alma bağı, Seyidli kəndində 4,0 ha fındıq bağı salınmışdır.

Quba rayonunun Alekseyevka və Xucbala kəndlərində və Qusar rayonunun Çubuqlu kəndlərində qərb texnologiyası ilə 10 ha sahədə yeni intensiv tipli meyvə bağları salınmışdır. Bölgədə belə bağların ümumi sahəsi 2000 hektardan çoxdur.

RAEİMM tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə aid 44 seminar və çoxlu səyyar görüşlər keçirilmişdir.

Mərkəz əməkdaşları tərəfindən 3 elmi və 10 elmi-populyar məqalə dərc edilmişdir.

Elmi biliklərin təbliği və fermerlərin maarifləndirilməsi məqsədi ilə Mərkəzi və yerli televiziya kanallarında 81 dəfə çıxışlar olmuşdur.

Hesabat ilində FAO-nun Azərbaycan üzrə ofisinin rəhbəri, həmçinin Rusiya Federasiyasının Dağıstan Respublikasının F.Q.Kisriyev adına Dağıstan ET Kənd Təsərrüfatı İnstitutunun, İngiltərənin Jeremy şirkətinin, Ukraynanın Meiosis LTD firmasının, Almaniyanın DVA Agro Gmbh firmasının, İspaniyanın Viveros Veron şirkətinin, İsrailin Netafim şirkətinin və Avstriyanın AGROSERVİCE şirkətinin nümayəndələri Mərkəzdə olmuş və müvafiq sahə üzrə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Gəncə RAEİMM-də Bitki Mühafizə və Texniki Bitkilər ET, Tərəvəzçilik ET, Aqromexanika ET İnstitutları, Milli Aviasiya Akademiyası tərəfindən taxıl, pambıq, tərəvəz, yem və s. bitkilərin sortlarının nümayiş-sərgi əkinləri təşkil edilmiş, tədqiqat işləri aparılmışdır.

Mərkəzin sahəsində Əkinçilik ET İnstitutunun “Qobustan”, “Aran” buğda sortları əkilmiş və bölgə fermerlərinə bu sortlar haqqında ətraflı məlumat verilmişdir.

Tərəvəzçilik ET İnstitutunda yaradılmış 3 pomidor (“Alsu”, “Zərrabi”, “Elim”), 1 şirin bibər (Murad), 1 acı bibər (Göygöl), 1 kələm (“Azərbaycan”) sortlarının nümayiş əkinləri 1,0 ha sahədə aparılmışdır.

Mərkəzin pambıq sahələrində Aqromexanika ET İnstitutunun əməkdaşlarının hazırladıqları pambıq çöpünü xırdalayan aqreqatın təsərrüfat şəraitində sınağı aparılmışdır.

Milli Aviasiya Akademiyası ilə Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu tərəfindən qarşılıqlı razılaşma əsasında ozonlaşma proqramı ilə əlaqədar olaraq 1 ha sahədə pambıq bitkisinin əkini aparılmışdır.

2016-cı ildə 7 seminar-müşavirə keçirilmişdir.

ADAU-nun və Azərbaycan Texnologiya Universitetinin tələbələri hesabat ilində Gəncə RAEİMM-də istehsal təcrübələri keçmişdir.

Mərkəzin əhatə dairəsində fəaliyyət göstərən elit taxıl toxumu verilmiş 5 rayonda (Samux, Göygöl, Şəmkir, Tovuz və Ağstafa) fermerlərlə görüşlər keçirilmiş, məsləhətlər verilmişdir.



Tərtər RAEİMM bölgədə kənd təsərrüfatı istehsalının elmi təminatını yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET, Tərəvəzçilik ET, Bitki Mühafizə və Texniki Bitkilər ET və Meyvəçilik və Çayçılıq ET institutları ilə əməkdaşlıq şəraitində elmi nailiyyətlərin tətbiqi və fermerlərin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Mərkəz tərəfindən Tərəvəzçilik ET İnstitutunda yaradılmış 5 tərəvəz (pomidor, xiyar, badımcan, bibər və lobya) və 8 pambıq sortunun nümayiş-sərgi əkinləri aparılmışdır. Həmçinin qarabaşağın Orlienta sortu 0,2 ha sahədə səpilmiş və fermerlərə nümayiş etdirilmişdir. Eyni zamanda Milli Aviasiya Akademiyası və Genetik Ehtiyatlar İnstitutu tərəfindən göndərilmiş ozonlaşmış pambıq toxumundan istifadə edilməklə nümayiş əkini aparılmışdır.

Mərkəz əməkdaşlarının iştirakı ilə 3 seminar keçirilmişdir.

Şəki RAEİMM Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatı istehsalının elmi təminatını yaxşılaşdırmaq məqsədi ilə Əkinçilik və Tərəvəzçilik elmi-tədqiqat institutları ilə əməkdaşlıq şəraitində elmi-nailiyyətlərin yayılması və fermerlərin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Mərkəz tərəfindən Əkinçilik ET İnstitutunda yaradılmış 22 buğda və arpanın sortu əkilmişdir. Bununla yanaşı, RAEİMM-in əməkdaşları Tərəvəzçilik ET İnstitutu tərəfindən yaradılmış tərəvəz sortlarının toxumlarının bölgədə yayılması ilə də məşğul olmuşlar.

Şəki, Zaqatala Qax, Oğuz və Qəbələ rayonlarının elit taxıl toxumu almış 15 toxumçu fermerləri ilə daim əlaqə saxlanılmış, əkinlərə baxış keçirilmiş, vaxtaşırı müvafiq tövsiyələr verilmişdir.

RAEİMM tərəfindən bölgə fermerlərinin iştirakı ilə “Taxıl bitkilərinin quraqlığa davamlı sortlarının nümayişi, yüksək məhsuldarlığı və keyfiyyəti şərtləndirən becərmə texnologiyalarının üstünlükləri” mövzusunda 1 seminar-müşavirə keçirilmişdir.



Salyan RAEİMM-in əkin sahələrində Əkinçilik ET İnstitutunda yaradılmış “Fatimə”, “Tale-38” buğda və “Qarabağ-22” arpa sortlarının super elit toxumları əkilmiş və hər hektardan 36,1 sentner məhsul alınmaqla 313,15 ton elit taxıl toxumu əldə olunmuşdur. Tədarük edilmiş toxumlar bölgü əsasında respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə satılmışdır.

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda yaradılmış “Gəncə-110” pambıq sortunun orijinal, super elit və elit repsoduksiyalı toxumların əkin sahəsinin hər hektarından 28,6 sentner orta məhsuldarlıq alınmışdır.

Eyni zamanda Əkinçilik ET İnstitutunda yaradılmış “Abşeron” və “Ağstafa-1” yonca sortlarının 40 hektarda səpini aparılmış və hər hektardan orta məhsuldarlıq 41,8 sentner olmuşdur.

Hesabat ilində Mərkəzin mütəxəssisləri tərəfindən aqrar sahə işçilərinə kömək və onları maarifləndirmək məqsədi ilə 13 adda buklet nəşr etdirilərək təsərrüfatlara paylanmışdır.

RAEİMM-in iş planına uyğun olaraq Saatlı, Sabirabad, Neftçala, Biləsuvar və Salyan rayonlarında fəaliyyət göstərən fermer və özəl toxumçularla mütəmadi olaraq görüşlər keçirilmiş, onlarla fikir mübadiləsi aparılaraq müvafiq elmi məsləhətlər verilmişdir.

2 elmi-praktiki seminar keçirilmişdir.



Kürdəmir RAEİMM-in istifadəsində olan 910 ha torpaq sahəsinin 638 hektarı 2016-cı ildə əkin altında olmuşdur ki, bunun da 455 hektarı toxumluq taxıl (super elit, elit, R1, R2 ), 12 hektarı elit pambıq (Gəncə-110) və 78 hektarı texniki pambıq əkinləri olmuşdur. RAEİMM tərəfindən Əkinçilik ET İnstitutunda yaradılmış “Cəlilabad-19” arpa sortunun 33 sentner, “Aran” buğda sortunun 46,2 sentner elit toxumu istehsal edilmiş, yoncanın “Abşeron” sortu əkilmiş 90 ha sahənin hər hektarından 80 sentner yonca otu tədarük olunmuşdur. 12 hektar elit pambıq toxumu əkilmiş sahədən yüksək məhsul alınmış, 17 tona qarşı 24 ton xam pambıq yığılmışdır.

RAEİMM-in 3 ha sahəsində Tərəvəzçilik ET İnstitutunun “Sevinc” lobya, “Vətən” pomidor, “Sabir” soğan və “Mərcan” qarpız sortlarının nümayiş sahələri yaradılmışdır.

Mərkəzin əməkdaşlarının iştirakı ilə 2 tarla seminar-müşavirəsi keçirilmişdir.

Lənkəran RAEİMM 2016-cı ildə bir sıra elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlığı davam etdirmiş, əldə olunmuş elmi nailiyyətlərin bölgədə tətbiqi istiqamətində fəaliyyət göstərmişdir.

2014-cü ildə Beynəlxalq Çəltikçilik Mərkəzindən gətirilmiş 13 sortdan tezyetişkənliyinə görə seçilən 3 sort müəyyən edilmiş və dövlət sort sınağına təqdim edilmişdir.

Bölgə fermerlərinin iştirakı ilə çəltik və tərəvəz sortlarının nümayişi və onların mütərəqqi texnologiya ilə becərilməsinə dair elmi-praktiki seminar keçirilmişdir. Seminarın gedişi haqqında Mərkəzi və yerli televiziya vasitəsi ilə məlumat verilmişdir.

Mərkəz Rusiya Federasiyasının Çəltikçilik İnstitutu ilə elmi əməkdaşlıq edir. 2016-cı ilin sentyabrında Mərkəzin direktoru Təyyub Rzayev Kuban Çəltikçilik İnstitutunun 85 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştitak etmişdir.

RAEİMM-də 2016-cı ildə 10 ton elit reproduksiyalı buğda toxumu istehsal olunub və bölgü əsasında fermer təsərrüfatlarına güzəştli qiymətlə satılmışdır.

Mərkəzin əməkdaşları tərəfindən 2016-cı ildə Region TV-də 6 dəfə, Lider TV-də 3 dəfə, Xəzər TV-də 2 dəfə, Lənkəran qəzetində 5 dəfə çıxışlar edilmişdir.



Beyləqan RAEİMM-in 100 ha torpaq sahəsinin 65 hektarında taxıl, 10 hektarında pambıq bitkisi əkilmiş, 25 hektarı isə “Aran” yonca sortunun ötən ilki əkinləri altında olmuşdur. 2016-cı ildə Əkinçilik ET İnstitutunda yaradılmış “Qırmızıgül”, “Zirvə-85” və “Qobustan” buğda sortlarının super elit və elit toxumlarının səpinindən cəmi 192,5 ton buğda istehsal edilmiş, orta məhsuldarlıq 35,0 sentner olmuşdur. Bundan başqa 10 hektarda əkilən super elit “Qarabağ-33” arpa sortundan 22,2 ton elit arpa istehsal edilmişdir. Ümumilikdə 117,07 ton elit taxıl toxumu istehsal edilmişdir ki, bunun 101,99 tonu elit buğda və 15,08 tonu elit arpa toxumları olmuşdur.

Beyləqan RAEİMM-də Əkinçilik ET İnstitutu ilə birlikdə 11 mart 2016-cı il tarixdə “Taxıl əkinlərində yaz qulluq işlərinin vaxtında aparılması məhsuldarlığı şərtləndirlən başlıca amillərdəndir” mövzusunda, 26 iyul 2016-cı il tarixdə “Qarğıdalı sortlarından yüksək keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyasının tətbiqi” mövzusunda və 06.09.2016-cı il tarixdə Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu ilə birlikdə “Rayonlaşmış aborigen pambıq sortları və pambıq əkinlərində irriqasiya eroziyasının azaldılması yolları” mövzusunda elmi- praktiki seminarlar keçirilmişdir



Mərkəz əməkdaşları tərəfindən Mərkəzin əhatə dairəsində yerləşən 4 rayonda (Beyləqan, Ağcabədi, İmişli və Füzuli) elit taxıl və pambıq toxumu almış fermerlərə keyfiyyətli toxum istehsalına dair vaxtaşırı məsləhətlər verilmişdir.
Cədvəl 1

2016-cı ildə Elmi-tədqiqat müəssisələrinin əsas göstəriciləri




ET İnstitutlarının adları

Problem

Mövzu

Genofond

Standartlar, təlimatlar, patent

Preparatlar

Vaksinlər

İstehsal təcrübə sınağı

Tətbiq olunub

Yeni emal məhsulu

Metodik göstəriş

Bitki

Heyvan

1

Əkinçilik ET İnstitutu

6

13

11486

-

-

-

-

-

1







2

Tərəvəzçilik ET İnstitutu

1

7

914

-

-

-

-

-

-







3

Üzümçülük və Şərabçılıq ET İnstitutu

1

9

340

-

2

1

-

5

5

10

1

4

Meyvəçilik və Çayçılıq ET İnstitutu

3

11

7075

-

2

-

-

-

6

2

-

5

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu

1

4

-

-

-

-

-

-

-







6

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu

2

19

820

-

-

-

-

-










7

Heyvandarlıq ET İnstitutu

2

7

310

82 ipək q.,

5 hey-van c., 2 arı c.



-

-

-

17

4

1.

3

8

Baytarlıq ET İnstitutu

3

4

-

-

-

260

122

3

3

-

-




Cəmi:___19___74'>Cəmi:


19


74

20945

82 ipək q.

5 hey-van c.

2 arı c.


4 pat.


261


122


25


19


13


4




Azərbaycan Dövlət Aqrar Universiteti

6

25

274

2

4

-

-

30

24

5

186




Aqromexanika ET İnstitutu

3

7

-

-

4

-




4

4

-

-




Cəmi:

9

32

274

2

8

-

-

34

28

5

186

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin