Zalımların tapdadıqları ləyaqətin, fironların ayaq altına atdıqları qürurun qaytarılmasına böyük rəğbətimiz bizi belə mövqelərə vadar edirdi. 131
Bütün bunlardan əlavə, Əbdülnasirin adı bizim düşüncəmizdə müsəlman ərəb qardaşlarımızın bölgənin sionist və mürtəce dövlətlərinə qarşı müqavimətlərilə eyniləşmişdi. Hərçənd, onun islamçılarla mübarizəyə səbəb olan siyasətlərindən əzab çəkirdik. 131
İranda şah rejiminin təbliğat maşını Əbdülnasir əleyhinə mənfi fikir yaratmaq üçün səfərbər olunmuşdu. Əbdülnasirin vəfatını eşidəndə məni daha çox incidən amil həmin hərbçinin bu xəbəri vermə tərzi oldu. O, bu xəbərə görə sevinirdi, amma nə üçün sevindiyini, Əbdülnasirin kim olduğunu bilmirdi, ancaq və ancaq hakimiyyətin əks-təbliğatından təsirlənmişdi. 132
Kiçik bir radiom vardı. Onu mülayim nəzarətçilərin növbəsində mənə ötürmüşdülər. Həbsxanada radiodan istifadə qadağan olunduğuna görə onu tələbkar nəzarətçilərdən gizlədirdim. Əbdülnasirin ölümünü eşidəndən sonra işim "Sout əl-ərəb" radiosuna qulaq asmaqdan ibarət oldu. O günlərdə ən böyük təsəllim həmin radiodan yayımlanan Quran qiraətləri idi. Onların hamısını indi də xatırlayıram. Yadımdadır, böyük Misir qiraətçiləri olan Əbdülbasit, Mustafa İsmayıl və Mahmud Əli əl-Bənna bu ayəni oxuyurdular: "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar; Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah dözümlü olanları sevər!" Onların biri bu ayəni oxuyur və "bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar" hissəsini yenidən təkrarlayırdı. Mən qiraətlərini dinlədiyim qiraətçilərin adlarını Quranın arxasına yazırdım. 132