Hərəkatın əvvəlindən başlayaraq mən Qumdan gedənə qədər, yəni təxminən bir il yarım ərzində bir neçə təşkilat yaratdıq. Onların bəzisi eyni zamanda yaradıldı. 63
Hərəkatın əvvəlindən başlayaraq mən Qumdan gedənə qədər, yəni təxminən bir il yarım ərzində bir neçə təşkilat yaratdıq. Onların bəzisi eyni zamanda yaradıldı. 63
Qum Alimləri Təşkilatı bir çox din alimlərini özündə birləşdirirdi. Bu təşkilat sonradan Qum Elm Hövzəsinin Müəllimlər Cəmiyyəti adlanmağa başladı. Cəmiyyətin indiki üzvlərinin bir çoxu bu təşkilatın yaradılmasında mənim rolumdan xəbərsiz idilər. Ağa Əmini bunu onlara söyləyəndə bəziləri təəccübləndilər. 63
On bir nəfərdən ibarət başqa bir təşkilat da vardı. Onlar aşağıdakılardan ibarət idi: Haşimi Rəfsəncani, qardaşım Seyid Məhəmməd, Misbah Yəzdi (o, həm də iclasların katibi idi), Əmini, Meşkini, Müntəziri, Qüddusi, Azəri Qumi, Hairi Tehrani, Rəbbani Şirazi və mən. 63
Misbah Yəzdi iclasların protokolunu özünün ixtira etdiyi sirli dildə və qədim dualara oxşayan xətlə yazırdı. O, iz azdırmaqdan ötrü dəftərin üstünə belə yazmışdı: "Qəribə elmlərə dair tapdığım və üzünü köçürdüyüm kitab". Həmin dəftər bəlkə indi də qalır. 64
Bu on bir nəfərin və əlavə olaraq, ağa Rəbbani Əmləşi ilə Şeyx Əli Əsgər Mirvaridin də üzv olduğu başqa bir qrup da vardı. Bu qrupun işi təbliğat proqramı hazırlamaq idi. Şah rejiminin cinayətlərini ifşa etmək məqsədi ilə Qum şəhərində baş tutmuş 15 Xordad qiyamından sonrakı ilk ramazan ayında müxtəlif şəhərlərdə ruhanilərin dini çıxışları üçün proqram layihəsini həmin qrup hazırlamışdı. Mən bu proqrama əsasən Zahidana getmək qərarına gəldim və orada həbs olundum. 64
Gənclikdə İmam Xomeyninin çağırışına qoşulub zalım hakimiyyət əleyhinə mübarizəyə başlayanda bu yolun göz yaşı və qanla dolu olduğunu bilirdim, mənəvi baxımdan hər bir əzab və işgəncəyə hazır idim. Bircənd şəhərində ilk məhbusluq təcrübəsi ilə üzləşəndə bu hazırlıq açıq-aşkar özünü göstərdi. Həbslərə, təhdidlərə, müxtəlif psixoloji və fiziki işgəncələrə baxmayaraq, həmin hazırlıq nəticəsində, Allahın lütfü və yardımı ilə yolu davam etdirə bildim. 64
1962-ci ildə İslam hərəkatı başlayandan inqilabın qələbəsinə qədər altı dəfə həbs olundum, bir dəfə də saxlanıb sürgünə göndərildim. İstintaq və dindirmə məqsədi ilə dəfələrlə SAVAK-ın binasına çağırılmışam. 64
Giriş üçün deməliyəm ki, mövcud qanunlar insani məsləhətə uyğun olaraq, həbsxana məsələsini yaddan çıxarmayıblar. İslam şəriətində həbsxananın xüsusi hökmləri var. İslam respublikasında da həbsxana var, amma bəzi acı səhvlərə rəğmən, orada dustaqların islahına, tərbiyəsinə və bəzən təhsilinə çalışılır ki, azadlığa çıxandan sonra ləyaqətli həyat yaşaya bilsinlər. 64
Şahın həbsxanalarında isə belə deyildi. O zindanlar ya qisas almaq üçün idi, ya da dustağın fəaliyyətinə mane olmaq üçün. Mən əzab-əziyyət dolu tağut zindanlarında bu reallığı yaşamışam. 65