Mirvariyə çevrilən ürək qanı


Bu girişdən sonra ilk həbsxana xatirəsini söyləyim. 66



Yüklə 1,52 Mb.
səhifə160/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   156   157   158   159   160   161   162   163   ...   239
Bu girişdən sonra ilk həbsxana xatirəsini söyləyim. 66

Yeddinci fəsil: Müqəddəs göz yaşları 67

1963-cü ilin iyununda Tehranda və digər şəhərlərdə qırğın törədiləndə, yüzlərlə insan qətlə yetiriləndə mən Bircənddə idim. Səfərdə məqsədim hakimiyyəti ifşa etmək, rejimin Qum şəhərinin Feyziyyə mədrəsəsində din alimlərinə və ruhanilərə qarşı hörmətsizliyi və müsəlman İran xalqının dini kimliyini məhv etməyə yönəlmiş proqramları haqda xalqa məlumat vermək idi. 67

Bircənd şəhəri Əmir Əsədulla Ələmin qalası sayıldığına görə oranı seçmişdim. O, nazir olsa da, səlahiyyətləri olduqca geniş idi, ölkənin ən qüdrətli fiqurlarından biri hesab olunurdu. Fərdustun xatirələrinin ikinci cildində Ələmin İrandakı mövqeyi barədə məlumat verilmişdir. 67

Söhbət General-polkovnik Hüseyn Fərdustun “Pəhləvi şahlığının yaranması və süqutu” adlı xatirələr kitabından gedir. 67



Ələmlər ailəsi ingilislərə səmimi xidmətlərinə görə bu səlahiyyətləri əldə etmişdilər. Xorasanda tiryəkin yayılmasında bu ailənin böyük rolu olmuşdu. Əcnəbilərə muzdurluqda da böyük keçmişləri vardı. 67

Mən həmin səfərdən öncə iki dəfə Bircəndə getmiş, onun oradakı nüfuzunu görmüşdüm. Dini mərasimlərdə Ələmin adına xütbə oxunurdu. Bütün din alimləri onun məclislərində iştirak etməli idilər. Hansı alim iştirak etməsəydi, evini yıxardı. Bir dəfə məhərrəmlikdə bir ruhaninin minbərdən ərəbcə Ələmi təriflədiyini özüm eşitdim. Ruhaninin ucadan dediyi cümlə indi də yadımdadır: "Qılınc və qələm sahibi, Əmir Əsədulla Ələm!" 67

Bircəndin əksər böyükləri birbaşa və ya dolayısı ilə Ələmin xidmətçi və nökərləri idilər. Hətta Kiş adasının keçmiş icra başçısı kimi bəzi məşhur simalar da onun nökərlərindən sayılırdılar. Şah istirahət eləmək istəyəndə Bircəndə Ələmin bağlarından birinə gedirdi. Onun bağları öz şərabları və mahir aşpazları ilə məşhur idi. 68

Bircənddə dostlarım vardı, öncəki iki səfərdə tanış olmuşdum. Məhərrəmin üçündə Bircəndə çatdım. Əlbəttə, təbliğata gedən ruhani üçün məhərrəmin üçü gecdir. Ruhani məhərrəmlikdən bir qədər qabaq təbliğat yerində olub məclislərə hazırlaşmalıdır. Üstəlik, dostlar mənə bir neçə məsciddə təbliğat imkanı yaratmışdılar. 68

Məhərrəmin yeddisi gəldi. İmam Xomeyni tapşırmışdı ki, həmin gündən şah rejimi əleyhinə çıxışlar başlansın. Cümə günü idi. Çalışdım ki, həmin gün müsəlla məscidində keçirilən böyük məclisdə olum. Axşama qədər çıxış imkanı yaranmadı. Məndən öncə başqa bir ruhani minbərdə moizə edir və söhbətini qeyri-adi tərzdə uzadırdı. Bu dəyərli fürsətin əldən çıxacağına görə narahat idim. O, axşam namazından iyirmi dəqiqə öncə söhbətini bitirdi və mən minbərə çıxdım. 68

Ürəyimdə nə sözüm vardısa, izdiham qarşısında söylədim, əcnəbilərin dinin həyatdan çıxarılmasına dair planlarını açdım, şah rejiminin İslam, müsəlmanlar və din alimləri əleyhinə təxribatlarını ifşa etdim. Feyziyyə mədrəsəsindəki 22 Mart faciəsi barədə danışanda camaat ağladı və məclisdə böyük həyəcan yarandı. Adət üzrə çıxışı İmam Hüseynin (ə) müsibətlərindən biri ilə bitirdim. Lakin camaat İmam Hüseynə (ə) Feyziyyə müsibətindən çox ağlamadı! 68

Tasua günündə həbs olunana qədər belə çıxışları davam etdirdim. Həmin gün məni polis bölməsinə apardılar. Bu, polis dindirməsinə dair ilk təcrübəm idi. O vaxta qədər polis bölməsinin içərisini görməmişdim. Məni leytenant rütbəli gənc bir zabitin yanına apardılar. O, boynunun damarlarını şişirdib məni sərt şəkildə danlamağa başladı. Ona sakitcə cavab verdim: "Sən mənə edamdan artıq heç nə edə bilməzsən! Heç buna səlahiyyətin də çatmır. Odur ki nə istəyirsən, elə. Mən hazıram. Mən evdən çıxanda ölümə hazırlaşmışam, özünü yorma!" 69

Leytenant belə bir cavab gözləmirdi. Heyrətdən donub qaldı, qəzəbi yatdı, səs tonunu dəyişib bir neçə dəfə təkrar elədi: "Mən sizə nə deyim?!" Bir qədər sakit qalandan sonra dedi: "Sizin ata-ananız, həyat yoldaşınız varmı?" Dedim ki, ata-anam var, amma ailəli deyiləm. Yenə təəccüblə dedi: "Mən sizə nə deyim?!" Ona dedim: "Sənin öz tapşırığın var, mənim öz tapşırığım. Sən öz tapşırığına əməl et, mən də öz tapşırığıma". 69

Aşura günü günortaya qədər polis bölməsində qaldım. Bayırda nə baş verdiyindən xəbərsiz idim. Sonradan öyrəndim ki, bütün İranda vəziyyət gərgin imiş. Bircənddə dəyərli şəxsiyyət, müctəhid, ədib, natiq və cəsarətli insan olan Ayətullah Təhami sonradan mənə dedi ki, sən həbs olunanda Bircənddə vəziyyət çox gərginləşdi. O mənə dedi: "Camaat səni azad etmək üçün polis bölməsini mühasirəyə almış, polislərlə vuruşmağa hazırlaşmışdı. Əza heyətləri də bununla bağlı mənə müraciət edirdilər". 69

Güman ki rəsmi qurumlar vəziyyətdən xəbər tutmuş, Tehranda və İranın digər şəhərlərində baş tutmuş izdihamlı ümumxalq etirazlarının Bircənddə də baş verəcəyindən qorxmuş və Şəhər Şurasında fövqəladə iclas keçirmişdilər. Bu şura sürgün hökmünə səlahiyyətli orqan idi və mənim öz şəhərim Məşhədə sürgün hökmümü çıxardı. Güman ki sürgündən öncə xalqın qəzəbini yatırtmaq istəyirmişlər. Məni azad etdilər və şərt kəsdilər ki, xütbə söyləməyim. 70

Bircənd əhalisi mənimlə həmrəyliklərini bildirir, sevgilərini ifadə edirdilər. Ələmin qüdrətinə baxmayaraq, əhalinin İslam təbliğatçılarına belə duyğusal dəstəklərini görüb sevinirdim. 70

Həbsdən sürgünə, yəni məhərrəmin 9-dan 15-ə qədər bütün İranda hakimiyyət əleyhinə güclü etiraz və nifrət dalğası hökm sürdü, Tehranın rövzə məclisləri inqilabi növhəxanlıqlara çevrilib tağutu qorxuya saldı. Aşura günü İmam Xomeyni Qumda şah rejiminin sonunun başlanğıcı olan tarixi çıxışını etdi və 1963-cü ilin 3 iyununda həbs olundu. 70

Həmin günlərdə polkovnik rütbəli bir hərbi müstəntiq Məşhəddən Bircəndə gəlib məni görmək istədi. Mən indiyə qədər onun tapşırığının nə olduğunu bilmirəm. Dedi ki, sizi Məşhədə göndərəcəyik, amma orada da vəziyyət qarışıqdır, çoxları həbs olunublar və Məşhəd həbsxanalarında yer yoxdur. O, Məşhədin vəziyyətini təsvir etməklə məni qorxutmaq istəyirdi. Bundan sonra mənə dedi: "Yaxşısı budur ki, vəziyyət sakitləşənə qədər bir neçə gün Bircənddə qalasız". 70

Böyük ehtimalla onun tapşırığı təkcə bu cümləni mənə çatdırmaq idi. Lakin bundan ötrü nə üçün Məşhəddən bir nəfər göndərilməli idi? Bunu Bircənddəki məmurların biri də söyləyə bilərdi. Həm də nə üçün o, polkovnik olmalı idi. Güman ki dövlət qurumlarının təşvişi yüksək həddə çatıbmış və hər şey barədə min cür fikirlər edirmişlər. 70

Məhərrəmin on beşində məni üç polis məmurunun nəzarəti altında Məşhədə göndərdilər. Bircənddən Məşhədə qədər məsafə 540 km-dir. Bizi aparan hərbi SUV avtomobili bu məsafəni çox sürətlə və dayanmadan getdi. Yolda yalnız bircə dəfə yemək üçün bir qəhvəxananın önündə azca dayandıq. Yolda bir neçə şəhərdən, o cümlədən Qain, Günabad və Türbət-Heydəriyyə rayonlarından keçdik. 71

Polislər qorxu içində idilər. Məşhəddə məni bir polis bölməsinə təhvil verdilər. Orada çətin bir gecə keçirdim. Polis patrulları atla küçələrdə gəzişirdilər. Gecə bölmənin həyəti növbətçi polislərlə dolu olurdu. Onlar orada yatırdılar. Mənə yatmağa yer tapılmadığına görə dar və kiçik bir otağa apardılar. Səhər çağı məni SAVAK-a təhvil verdilər, oradan da Məşhədin qarnizon zindanına göndərdilər. Oradakı dustaqların çoxu ya mitinqdə iştirak etmiş, bəyanat paylamış gənclər idilər, ya da natiqlər, hövzə və universitet tələbələri. Onların arasındakı bəzi şəxslər sonradan fəal siyasi mübarizəyə qoşuldular. Onların biri Pərviz Puyan idi. O, altmışıncı illərin sonlarında solçu silahlı hərəkat rəhbərlərindən oldu və silahlı bir əməliyyatda öldürüldü. Həmçinin sonralar İslami Şura Məclisinin üzvü olan ağa Fakir də orada idi. 71

O, 10 fevral 2010-cu ildə dünyasını dəyişdi. 71



Kameraya girəndən sonra ilk saatlarda özümü qərib və yalqız hiss edirdim. Ora sonralar həbs olunduğum kameralar kimi deyildi. Qonşu otaqlardakı məhbusların kim və neçə nəfər olduqlarını bilmirdim. Yandakı otaqlarda olsalar da, özümü onlardan çox-çox uzaqda hiss edirdim. 72

Bir qədər sonra qonşu otaqda bir beyt şeir oxundu; həm ritmi gözəl idi, həm də şeirin xüsusi mənası vardı. O vəziyyətdə belə bir avazı eşitmək insanı rahatladır, iradəsini gücləndirirdi. Şeir Mövlanadan idi: 72


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin