Təyyarədə mühafizə altında Tehrana uçarkən müxtəlif məsələlər barədə fikirləşirdim: İslam hərəkatının gələcəyi, hərəkatın lideri olan İmam Xomeyni, Tehrana müalicəyə getmək üçün mənə ehtiyacı olan və gözlərinə mirvari suyu gəldiyinə görə görmə qabiliyyətini itirməkdə olan atam, məni gözləyən tale və s. Allah-Taaladan başqa heç kəsin bilmədiyi bu məsələlər barədə fikirlərdən daşınıb bir jurnal götürdüm və vərəqləməyə başladım. Jurnaldakı bir qəzəldən xoşum gəldi. Adətən, bəyəndiyim şeirləri Qəzəl gəmisi adlandırdığım dəftərə yazırdım. Gördüm ki, yanımdakı SAVAK əməkdaşları boylanıb nə yazdığıma baxırlar. Onlara fikir vermədən yazmağa davam etdim. Onlar da baxmağa davam etdilər. Şeiri bitirəndən sonra aşağısından yazdım: "Bu beytləri iki mehriban məmurla Zahidandan naməlum yerə aparıldığım zaman yazdım". Bu sözlər onların hər ikisinə müsbət təsir etdi. 87
Təyyarə gecə vaxtı Tehranın səmasına çatdı. Şəhərin işıqlı mənzərəsi gözəl idi. Mənim kimi SAVAK əməkdaşları da Tehranın mənzərəsinə baxmağı sevir və paytaxta çatdıqlarına görə sevinirdilər. Onların biri daha çox sevinirdi. Ona dedim: "Qədrimi bil, mənə görə təyyarə ilə Tehrana gəldin. Əgər dustaq başqa birisi olsaydı, səni avtomobillə Xaşagöndərəcəkdilər, gecədən səhərə qədər bərəhut çölündə olacaqdın". Çox məmnunluğunu ifadə edən tərzdə ürəkdən güldü. 88
Sistan və Bəlucistan vilayətində bir şəhərdir. 88
Təyyarədən endik. SAVAK maşını trapın önündə gözləyirdi. Maşına mindik və Tehranın xiyabanlarına yola düşdük. Mən arxada oturmuşdum, bayıra baxa bilmirdim, lakin keçdiyimiz bəzi xiyabanları uzaqdan tanıdım. Çox soyuq bir gecə idi, qar yağırdı. Boş bir məhəlləyə çatdıq. Bir qədər həyəcanlandım, fikirləşdim ki, bəlkə də bu boş yerdə məni öldürmək istəyirlər. 88
Bir qədər sonra "dur" səsini eşitdim. Maşın dayandı. Bildim ki, hərbi qarnizona gəlmişik. Məmurların biri yerə enib keşikçiyə bir kağız verdi. Yol açıldı və biz içəri girdik. Sonradan bildim ki, ora Səltənətabad qarnizonuimiş. 89
Səltənabad qarnizonu Tehranın əsas qarnizonlarından idi, qədim Tehranın şimalında eyni adlı bölgədə yerləşirdi. 89
Nəzarət-buraxılış məntəqəsinin önündə maşından endik. Keşikçi zabit məni yoxlayıb təhvil aldı, SAVAK əməkdaşları isə qayıtdılar. Məni içində iki çarpayı və bir soba olan təmiz və böyük bir otağa saldılar. 89
Zabit məndən soruşdu: "Şam yemisən?" Dedim ki, yox. Mənə yemək gətirdi. Şam yeməyi yeyib namaz qıldım, sonra isə dərin və rahat bir yuxuya getdim. Hər yer qaranlıq olduğuna görə bayırı görmürdüm. 89
Sübh çağı yuxudan oyanıb namazımı qıldım. Sonra bir nəfər gəlib səhər yeməyi istəyib-istəmədiyimi soruşdu. Səfərdə olduğuma görə oruc deyildim; dedim ki, istəyirəm. Mənə böyük bir fincanda çay və ordu çörəyi gətirdi. Bu çörək adətən, bir qədər yağ, şəkər və azca kafurla bişirilirdi, qalın və çox dadlı olurdu. Çörəyin yanında bir qədər kərə yağı da vardı. Ac idim, hamısını ləzzətlə yedim. 89
Pəncərədən bayıra baxanda qar hər yeri bürümüşdü. Biz Tehrana çatanda xəfif qar yağırdı, amma gecə boyu yağıb yerə ağ və təmiz don geyindirmişdi. Bir zabit gedib-gəlirdi. Bildim ki, otağım zindanın yanındadır, həmin zabit də nəzarətçidir. Bir saatdan sonra məni çağırdılar. Həmin iki SAVAK əməkdaşı gəlmişdi. Onlarla bir maşına minib qədim Şimiran yolundakı bir binaya getdik. Ora SAVAK-ın gizli mərkəzlərindən idi. Həmin iki nəfər mənimlə sağollaşanda üzlərində şəfqət cizgiləri gördüm. "Bir sifarişin varmı?" – deyə soruşdular. Dedim ki, ağa Kəfəmiyə salam söyləyin. Bununla Tehranda olduğumu bilmələrini istəyirdim. 89
Məni böyük bir otağa apardılar. Bir müddət orada qaldım. Həmin əsnada bir nəfər qapını açıb mənə tərs-tərs baxdı və getdi. Bir qədər sonra ikinci adam gəlib eyni işi təkrar etdi. Bu iş bir neçə dəfə təkrar olundu, axırıncısı isə dedi ki, gəl, gedək. 90
Məni yenidən iki SAVAK əməkdaşı ilə bir avtomobilə mindirəndə təəccübləndim. Avtomobil şəhərin xiyabanlarını dolaşmağa başladı. Onun sonradan Elizabet bulvarı, inqilabdan sonra isə Əkinçi bulvarı adlanan yerdən keçdiyini görəndə Tehranın qərbinə doğru getdiyimizi bildim. Mən o xiyabanı yaxşı tanıyırdım. İraq səfirliyi orada yerləşirdi. 1957-ci ildə İraqa getmək üçün oradan viza almışdım. Həmin xiyabandan keçdik və avtomobil şimal-qərbə döndü. Nəhayət, heç bir binanın olmadığı bir yerə çatdıq. Təəccübüm artdı və məni hansı taleyin gözlədiyini düşünməyə başladım. Avtomobil bir qədər gedəndən sonra sağa döndü, bir keşikçinin nəzarət etdiyi hündür bir maneənin yanından keçdik. Maneənin o tərəfində qarla örtülmüş bir meydança gördüm. Avtomobil meydançanın bir hissəsində dayandı. Biz maşından endik. Qarşıda təxminən on metr hündürlüyündə bir divarla əhatələnmiş böyük bir qala vardı. Bir yanda sarı rəngli alçaq hərbi tikililər görünürdü. Başqa yanda isə yeni bir bina yerləşirdi. Məmurların biri yeni binanın içinə girdi, ikincisi isə avtomobilin motorunu və təkərlərini yoxlamağa başladı. Yolda danışıqlarından onların türkdilli olduqlarını öyrənmişdim. Oranın hara olduğunu bilmək üçün oradakı məmura türkcə dedim: "Bura haradır?" Türkcə verdiyim bu sual öz təsirini buraxdı. Məmur qorxa-qorxa sağa-sola baxdı, türk ləhcəsilə dedi: "Qızıl qala". 90