Biz məşhur Qızıl qala zindanında idik. Mən bu zindan barədə eşitmişdim. Deyirdilər ki, orada qalmaq çətindir, dustaqlarla qəddarcasına rəftar edirlər. 91
Biz məşhur Qızıl qala zindanında idik.Mən bu zindan barədə eşitmişdim. Deyirdilər ki, orada qalmaq çətindir, dustaqlarla qəddarcasına rəftar edirlər. 91
İnqilabdan sonra bu zindan söküldü və yerində meyvə-tərəvəz bazarı tikildi. 91
İçəri girmiş məmur qayıtdı. Hər ikisi yola düşdü, mən də onların arxasınca qalaya doğru getməyə başladım. Qalanın qapısı açıldı, içəridən bir əsgər çıxdı və qarın üstü ilə bizə doğru qaçmağa başladı. Mənə işarə ilə soruşdu: "Budur?" Məmurlar cavab verdilər ki, hə, özüdür. Sonra əsgər üzünü mənə tutub dedi: "Mənimlə gəl". Mən onun arxasınca getdim. Sonradan onunla da tanış oldum. Yaxşı bir şirazlı gənc idi, hərbi xidmətini orada keçirirdi. 91
Əsas qapıdan girəndən sonra bir metr irəlidə başqa bir hündür divar gördüm. Onun da qapısını açdılar. Böyük bir meydan vardı, zindan onun ortasında yerləşirdi. Zindana tərəf getdik. Qalanın dəmir zəncirlərlə bağlanmış böyük və qorxunc qapısı açıldı. İçəridə dar bir koridor, onun hər iki tərəfində də kameralar yerləşirdi. Məni kameraların birinə saldılar. 91
Üstümdə Quran, təsbeh, telefon dəftərçəsi, qəzəl dəftəri, bir də "Təzkirətül-müttəqin" kitabı vardı. Bu kitab bir qrup böyük din aliminin şəriət irfanı barədə risalə və zikrlərindən ibarətdir. Onu mənə Kirmanda Seyid Kamal Şirazi vermiş, Zahidanda çox oxumuşdum. Həmçinin cibimdə dörd tümən iki qran pul vardı. Zahidanda olanda bütün pulum beş tüməndən ibarət idi. Onun səkkiz qranı ilə Zahidan SAVAK-ında çörək və yumurta almışdım. 91
Məni bir kameraya saldılar. Kamera eni-uzunu iki metr olan kvadrat bir otaq idi. Yarısı bir qədər hündür idi; oturmaq və yatmaq üçün nəzərdə tutulmuşdu, üstündə samandan bir döşək vardı. Mənə iki ədyal verdilər. İlk dəfə idi belə kiçik bir otaqda saxlanırdım. Bir müddət oturub təəccüblə ətrafıma baxdım. Divarda kiçik bir baca vardı, nəzarətçi dustağa göz qoymaq üçün onun önündə gəzişir, baxırdı. Qapının üstündə də bir baca vardı, üstünü örtmüşdülər. Digər küncdə zəif bir lampa yanırdı, işığı 15 vatdan çox olmazdı. 92
Bir neçə dəqiqədən sonra kameranın qapısı açıldı və bir hərbçi içəri girdi. Sonradan bildim ki, Gizir Zamanidir. Eyni rütbədə olan beş hərbçi də növbə ilə zindana nəzarət edirdi. Onların ikisi məhbuslar arasında çox məşhur idi: Biri bu Gizir Zamani idi, digəri də onların başçısı olan Gizir Saqi. Onun barəsində danışacağam. 92
Gizir Zamani içəri girib dedi: "Üstündə nə var?" Dedim ki, axtara bilərsən. Üstümü axtarmağa başladı. Quranı çıxarıb baxdı və dedi: "Bu, Qurandır; eybi yoxdur, saxlaya bilərsən". Deyəsən, cibimdəki pulun azlığını görüb mənə yazığı gəldi. Sonra “Təzkirətül-müttəqin” kitabı haqda maraqlanıb dedi: "Bu, dua kitabıdır?" Məndən müsbət cavab alıb kitabı da qoymaq istəyirdi. Amma ona dedim: "Bu, irfan kitabıdır..." Sözümü kəsib dedi: "Bəli, dua kitabıdır, dua kitabıdır, eybi yoxdur, qala bilər!" Bu rəftarı aydın göstərirdi ki, mənə kömək etmək istəyir. O, yalnız telefon dəftərçəsini alıb getdi və mən tək qaldım. 92
Qurana sığınıb ucadan oxumağa başladım. Mənim qiraətimdə fars ləhcəsi yoxdur, eşidən ərəb olduğumu zənn edir. Oxuduğum yerdə bir nəfər qapının kiçik dəliyinin örtüyünü çəkib mənə baxdı. Ondan sonra başqa biri gəldi, sonra da daha birisi. Mən onları nəzarətçi sanırdım, amma biri mənimlə xuzistanlılara xas ərəb ləhcəsi ilə danışanda nəzarətçi olmadıqlarını anladım. Nə dediyini başa düşməyib cavabını da vermədim. Başqa birisi gəlib ərəbcə soruşdu: "Sən əhvazlısan?" Dedim ki, xeyr, məşhədliyəm. Onlar getdilər və daha qayıtmadılar. Sonradan öyrəndim ki, Ərəb Azadlıq Cəbhəsininüzvləridir. Bu cəbhəni əvvəlcə Camal Əbdülnasir dəstəkləyirdi, sonra İraq bəəsçiləri himayələri altına aldılar və İslam inqilabına qarşı istifadə etməyə başladılar. Onların anti-ərəb və anti-islam şah rejimini devirmiş bir inqilabla vuruşmaları qəribə idi. 93
Ərəb Azadlıq Cəbhəsi 1968-ci ildə ərəb milliyyətçiliyi, sosializm ideologiyası və silahlı mübarizə strategiyası əsasında Mübariz Fələstin Cəbhəsi olaraq yaradılmış, öz silahlı fəaliyyətlərinə İordaniyadan başlamışdı. 93
Camal Əbdülnasir (1918-1970) Misirdə şah rejimi devriləndən sonra ikinci prezident olmuşdu. O, ərəb milliyyətçiliyi və ərəb ölkələrinin birliyi nəzəriyyəsilə məşhurlaşmışdı, qərb ölkələrindən uzaqlaşıb Şərq blokuna, xüsusən də keçmiş SSRİ-yə yaxınlaşmaq siyasətini rəhbər tuturdu. 1956-cı ilin iyulunda Süveyş kanalının milliləşdirilməsi, Misir, Suriya və Yəmən ölkələrindən vahid ərəb respublikasının yaradılması, 1967-ci ildə İsraillə müharibə və Qoşulmama Hərəkatının yaradılmasında rolu onun ən mühüm addımlarından sayılır. Nasir prezidentlik dövründə ən sevimli ərəb və müsəlman lider, Amerikanın və Qərb dünyasının əsas düşmənlərindən biri sayılırdı. Buna görə də, Qərbdən zülm görənlər və Qərb düşmənləri tərəfindən sevilirdi. O, 1970-ci ilin sentyabrında 52 yaşında vəfat etdi. 93
Əlbəttə, Xuzistan ərəbləri dindardırlar, Peyğəmbər Əhli-beytini (ə) sevirlər. Mən bu dindarlığı onlarda inqilabdan öncə gördüm, inqilabdan sonra isə daha çox şahid oldum. Xüsusən müharibə başlayandan sonra xuzistanlı kişi və qadınlar İslam vətənlərini Bəəs rejiminin işğalından qorumaq üçün qəhrəmancasına mübarizə apardılar, onların əməkdaşlığına ümid bəsləyən bəəsçiləri məyus etdilər. Xuzistanlılar müharibə vaxtı özlərinin dinlə və İslam quruluşu ilə ideoloji bağlarını sübuta yetirdilər; qəhrəmancasına müqavimət göstərdilər, karvan-karvan şəhid verdilər, bombardman altındakı şəhərlərindən didərgin düşdülər, Allahın razılığından ötrü çoxlu əzab-əziyyətlərə dözdülər. Buna görə də, bəəsçilərə bağlı olan həmin irqçi və laik qrup İslam inqilabından sonra sürətlə Xuzistan əhalisindən təcrid olundu, indi də diqqətəlayiq təşkilatları yoxdur. 94
Həbs olunandan sonra bir neçə gün koridora çıxmaq məsələsində çətinlik yaratmadılar. Odur ki bu adamlarla tanış oldum, qarşılıqlı ünsiyyət qurduq. Hamısı iranlı olduqlarına görə farsca bilirdilər, ancaq mən ərəb dilini çox sevdiyimə görə onlarla bu dildə danışırdım. 94
Onların arasında şeir və ədəbiyyatla tanış olan, çoxlu şeirlər bilən bir kişi vardı. Ondan eşitdiyim şeirlərin bir çoxunu yadda saxlamışam. Adı Seyid Baqir Nəzari idi. Zindandakı ərəb qardaşlar həmçinin Əbu-zəyyə adlı yerli şeir üslubunda da oxuyurdular. Onların arasında Ali-Nasir əl-Kəbi adlı savadlı və aydın bir gənc də vardı. Artıq onun haqqında danışmışam. 94
Seyid Baqir Nəzari həm də dindar idi. Yadımdadır, hər gün ucadan Aşura ziyarətnaməsini oxuyur, Əhli-beytə (ə) salavat deyir, düşmənlərini lənətləyirdi. Sonra da zikr deyə-deyə dəhlizdə gəzişirdi. 94
Onlardan Şeyx Hənəş adlı biri qonşu kamerada qalırdı. "Şeyx" onun qəbiləsindəki mövqeyini göstərirdi. Digər tərəfdəki qonşum həmin təşkilatın 20-30 yaş arasında olan gənc üzvü Şeyx İsa idi. Yaraşıqlı və vüqarlı gənc idi. Öyrəndim ki, ailənin yeganə oğludur və qəbiləsində böyük nüfuzu var. Onların başqa birisi Şeyx Dəhrab əl-Kəbi idi. O da qəbiləsinin şeyxi idi, digər dustaqlar ona hörmət edirdilər. Yadımdadır, xuzistanlı qardaşlar açıq havada gəzinti zamanı bəzən zarafatlaşır, bir-birlərini vururdular. Lakin onlardan hansı Dəhraba sığınsaydı, heç kim ona yaxınlaşmazdı. Onlardan biri də Əbdülzəhra Behişti idi və öndəki kamerada qalırdı. 95