Bir neçə dəqiqədən sonra imamın evindən çıxdım. 104
Doqquzuncu fəsil: Ağ ev 105
1967-ci ilin baharında üçüncü dəfə həbs olundum. Həmin il İran islamçıları üçün ağır il oldu, hakimiyyət ruhanilərə qarşı çox sərt tədbirlər gördü. Həbsimdən bir neçə gün öncə Məşhədin böyük alimlərindən olan Hacı ağa Həsən Qumi Zabula sürgün olunmuşdu. İyun məğlubiyyəti və altıgünlük müharibə həmin ildə baş vermiş, möminlərin qəlbini parçalamışdı. İranda bizi daha çox incidən məsələ hakimiyyətin təbliğat kampaniyası idi. Hakimiyyət mediası ərəblərin, xüsusən də Camal Əbdülnasirin başına gələnlərdən sevindiyini tez-tez büruzə verirdi. Əmiraninin "Xandəniha" jurnalındakı yazıları yadımdan çıxmaz. Mən onun düşməncəsinə yazdığı məqalələri həbsxanada oxuyurdum. Onun faciəli məğlubiyyət barədə tənəli sözləri və açıq sevinci bütün islamçıların və müsəlman İran xalqının qəlbini ağrıdırdı. 105
O, 2007-ci ildə dünyasını dəyişdi. 105
Sionist rejimi 5 iyun 1967-ci ildə, ərəblərlə altıgünlük müharibənin ardından Qəzzə zolağını, qərb sahillərini, Beytülmüqəddəsin şərqini, Misirdə Sinay yarımadasını və Suriyada Colan yüksəkliklərini işğal edib fələstinliləri vətənlərindən didərgin saldı. Fələstinlilər həmin günü Nəksə günü adlandırırlar. 105
Giriş olaraq deməliyəm ki, 1964-cü ildə Qumdan Məşhədə qayıtdım və həmin ildə ailə qurdum. Məşhədə qayıdandan sonra yeni elmi və siyasi fəaliyyətlərə başladım. Məşhəddə rejimə müxalif şəxsiyyətlərlə, inqilabçı qüvvələrlə, habelə gənc hövzə və universitet tələbələri ilə sıx əlaqələrim vardı. Araşdırma, tədris və təbliğatla da məşğul olur, gələcək işlərlə bağlı iclaslar keçirirdim. Gənclərə İslam hərəkatı ilə əlaqəli din təlimləri dərsini tədris edirdim. İnqilabi fəaliyyətlərdən biri də mərhum şair Qulamrza Qüdsi, Şəhid Tədəyyün və başqa bir xorasanlı şəxslə birgə nəşriyyat təsis etməyimiz idi. Müəssisənin adını Sepidə qoymuşduq, inqilabi məzmunlu dini kitablar çap edirdik. Sonra Seyid Qütbün “Gələcək İslama məxsusdur” kitabını tərcümə edib məşhur Xorasan çapxanasında çapa hazırladıq. Kitabın çapına az qalmış qohumlarla birgə bir istirahət səfərinə çıxdıq. Bu səfər 1966-cı ilin aprelində baş tutdu. Oğlum Mustafa qırxgünlük idi. Tehrana, oradan Quma, oradan da İsfahana getdik. Məşhədə qayıdanda yenidən Tehrana döndük, mehmanxanada SAVAK-ın Xorasan çapxanasına hücum edib həmin kitabın bütün nüsxələrini müsadirə və Sepidə müəssisəsinin müdirini həbs etdiyini eşitdim. Mənə dedilər ki, SAVAK səni axtarır. Bir qədər sonra müəssisənin üzvlərindən başqa birinin də həbs xəbəri gəldi. 105
Şəhid Kazim Qulamzadə Tədəyyün Məşhəd şəhərinin təcrübəli və dindar müəllimlərindən idi, İmam Xomeyninin hərəkatına qoşulmuşdu və Ayətullah Xamenei kimi mübariz qüvvələrlə əməkdaşlıq edirdi. Yaşlı olmasına baxmayaraq, müqəddəs müdafiə zamanı cəbhəyə yollandı, altmış yaşında Səddam rejimi əleyhinə cəbhədə şəhadətə qovuşdu. 106
SAVAK-ın kitaba və tərcüməçisinə qarşı mövqeyinin ciddi olduğuna şübhəm qalmadı. Məsələni yoldaşıma və bizimlə səfərdə olan anasına danışdım. Təklif etdim ki, Məşhədə qayıdıb oradakı vəziyyət haqda mənə məlumat versinlər, Tehranda qalmağın, yoxsa Məşhədə qayıtmağın məsləhətli olduğunu söyləsinlər. 106
Beləliklə, özüm mehmanxanada tək qaldım. Bir neçə gündən sonra qardaşların biri həmin kitabdan əlli nüsxəsini mənə gətirdi. Onlar təhlükəni hiss edib SAVAK-ın basqınından öncə kitabın yüz nüsxəsini oradan çıxarmışdılar. 107
Kitabın çap olunduğuna çox sevindim. O, mənim çap olunan ilk əsərim idi. Həm də yaxşı çap olunmuşdu, gözəl cildi vardı. Həmin nüsxələri dostlara payladım, qalanını da qohumların birinə tapşırıb dedim ki, bunlar qadağan olunmuş kitablardır. 107
Bir neçə gündən sonra dostların biri məni məscidlərinə dəvət etdi. Məscidin tikintisi başa çatmamışdı, amma məhərrəmlikdə istifadə etmək istədiklərinə görə dövrəsinə dəmir hasar çəkib üstünə çadır salmış və mərasimə hazırlamışdılar. Dəvəti qəbul etdim. Məhərrəmin ilk on günündə orada pişnamaz oldum, namazdan sonra moizə etdim. İkinci və üçüncü ongünlüyə də başqa vaizlər çağırdım. Həmin məscid indi Nüsrət xiyabanında, Tehran universitetinin yaxınlığında yerləşir. Tikiləndən sonra Əmirəlmöminin (ə) məscidi kimi məşhurlaşdı. 107
Bir gün Tehran universitetinin yaxınlığında yolla gedərkən birdən ağa Haşimi Rəfsəncani ilə rastlaşdım. O, mənə təəccüblə baxırdı. Dedi ki, siz şəhərdə bu şəkildə necə də rahat gəzir və gizlənmirsiz?! 107
– Nə üçün gizlənməliyəm? Mən məsciddə pişnamazam, moizə edirəm. 107
– Siz təqib altındasız. On bir nəfərlik qrup ifşa olunub, Azəri Qumi tutulub, biz də Tehranda təqib altındayıq. Mən avtobusla gedirdim, sizi görüb endim ki, bu barədə məlumat verim. 108
– Çox gözəl. İndi nə etməliyik? 108
– Bu gün qrupun bəzi üzvləri ilə görüşüb bu barədə danışacağıq. 108
Dostları ilə paylaş: |