Gizir Zamani barədə 72 və ya 73-cü ildə Tehranın İşrətabad qarnizonunda ağa Haşimi Rəfsəncani ilə görüşümüzə dair bir hadisə danışmaq istəyirəm. 100
Yoldaşımla birgə ağa Haşimini ziyarət etmək qərarına gəldik. Siyasi dustaqlarla görüş çox çətin idi. Mən zindanlara dair təcrübələrimin köməyilə bu görüşə nail ola bildim. Əvvəlcə yoldaşım qarnizona girdi, mən də zərif bir hiylə ilə onun ardınca getdim. Ağa Haşimi ilə görüşəndə onu ziyarət etmək üçün seçdiyimiz üsula görə sevinib güldü. 100
Ağa Haşimi ilə danışanda yaxınlığımızda bir hərbçinin mənə baxıb gülümsədiyini gördüm. Mən də ona təbəssümlə cavab verdim. Görüşümüz bitənə qədər onun üzündən təbəssüm əskik olmadı və iti baxışlarla bizi süzdü. Ağa Haşimi sonralar azadlığa çıxanda dedi: "Sənə baxıb gülümsəyən adamı tanıdın?" Dedim ki, yox. Dedi: "O, Gizir Zamani idi, böyük ehtimalla sizi tanımışdı". Bəli, məncə də tanımışdı. Mən bir ay yarım Qızıl qala zindanında qalmışdım. Üstündən on il keçdiyinə və kökəldiyinə görə mən onu tanımamışdım. O isə məni tanımışdı, amma üz vurmur, heç nə demirdi. 100
Zindanda olduğum günlərdə ölkədəki vəziyyətin hakimiyyətin istədiyi kimi getmədiyini bildim. Bəzi məscidlərdə ramazan ayının qorxmaz İslam fəaliyyətlərinin ardınca həbs dalğası başlamışdı. 101
Bu dalğada həbs olunanlar arasında bizim həmkarlarımız da var idi. Onlardan biri Şəhid Bahünər idi. Şəhid Bahünər inqilabdan sonra, 1981-ci ildə Baş nazir olarkən münafiqlər tərəfindən törədilən partlayışda prezident Şəhid Rəcayi ilə birgə şəhadətə qovuşdu. Tehran ruhanilərinin bir qismi də həbs olunanlar arasında idi. Onlar da Qızıl qala zindanında saxlanırdılar, amma başqa korpusda olduqlarına görə onları görə bilmirdik. 101
Həftənin bəzi günlərində günəş altında təmiz hava almaq üçün təxminən 15 dəqiqə həyətdə gəzişirdik. Buna da istintaq bitəndən sonra icazə verilirdi. İstintaq ittihama uyğun olaraq, bəzən iki ay çəkir, bəzən də daha artıq uzanırdı. 101
Bir gün həyətdə gəzişəndə əlli-altmış yaşlı ucaboy bir kişinin ağır-ağır gəzdiyini gördüm. Təmiz və səliqəli geyimi mühüm şəxsiyyətlərdən olduğunu göstərirdi. Kimliyini soruşanda General-mayor Qərəni olduğunu dedilər. O, şah ordusunun yüksək rütbəli zabitlərindən idi, inqilabi və bəlkə də dini fəaliyyətləri olmuşdu. O, inqilabçı təqlid müctəhidlərindən olan ağa Milani ilə əlaqə saxlayıb ona müştərək inqilabi hərəkatın rəhbərliyini təklif etmişdi. Mən bu barədə eşitmişdim, ancaq təklif qarşısında ağa Milaninin mövqeyindən xəbərsiz idim. Ağa Milani ilə onun arasında ağanın bir qohumu vasitəçilik edirmiş. Sonda təklifin üstü açılmış, o vasitəçi həbs olunmuş və Qərəni üç il azadlıqdan məhrum edilmişdi. 101
Məhəmmədvəli Qərəni (1913-1979) 1958-ci ildə şah rejimi əleyhinə çevriliş planına görə ordudan ixrac və üç il azadlıqdan məhrum edilmişdi. Qərəni inqilabdan sonra İmam Xomeyni tərəfindən İnqilab Şurasının üzvü və general-leytenant rütbəsilə inqilab ordusunun qərargah rəisi təyin olundu. O, 1979-cu ildə terrorçu Fürqan qruplaşması tərəfindən evində şəhid edildi. 101
Qərəni İslam inqilabının qələbəsindən öncə İmam Xomeyni tərəfindən İnqilab Şurasına üzv təyin edildi, inqilabdan sonra ordunun müştərək qərargahının sədri vəzifəsində çalışdı və nəhayət, Furqan cəmiyyəti tərəfindən şəhid edildi. 102
Bir gün günorta namazından sonra zindanın koridorunda tək oturub nahar yeyirdim. Yadımdadır, yemək bozbaş idi. Birdən bir məmur məni səsləyib dedi: "Rəis sizi çağırır". Əbamı çiynimə salıb rəisin kabinetinə getdim. Məni görən kimi dedi: "Sən azadsan. Əşyalarını topla, çıx!" Sevincək kameraya qayıtdım. Bu sevincdə bir qədər narahatçılıq da vardı; zindanda gecə-gündüz mehriban ünsiyyətdə olduğum qardaşlardan ayrıldığıma təəssüflənirdim. 102
Əşyalarımı topladığım yerdə bir nəzarətçi ucadan qışqırdı ki, Xamenei azad olundu. Bütün dustaqlar kameralarından çıxıb Tehrandakı qohumlarımın gətirdiyi ədyal və bu kimi digər əşyaları toplamağa kömək etməyə başladılar. Nəzarətçi əşyaları götürüb bayıra apardı. Sonra ərəb qardaşlar toplaşıb öz tərzləri ilə atılıb-düşür və təkrarlayırdılar: "Ya səyyid, cəddukə viyyana". 102
Ağa Seyid, cəddin bizimlədir! 103
Zindanda olanda mənə görüşü qadağan etmişdilər, heç kimlə görüşə bilməmişdim. Azadlığa çıxandan bir neçə gün sonra isə həftəlik görüş vaxtı şirniyyat alıb zindana getdim və qardaşlarla görüşdüm. 103
Azadlığa çıxandan sonra müxtəlif təcridxanalarda saxlanan bəzi gənc ruhanilərin məndən bir neçə gün öncə azadlığa çıxdıqlarını və SAVAK-ın onları Qeytəriyyəyə İmam Xomeyni ilə görüşə apardığını eşitdim. SAVAK bu yolla ruhaniləri yumşaltmağa çalışırdı. 103
Dostları ilə paylaş: |