Yayda oraya getdiyimə görə bəzi adamlarını tanıyırdım. Ora adətən, izdihamlı olurdu. Bu dəfə isə boş idi. Çünki hələ hava soyuq idi və şəhər əhalisi gəlməmişdi. 110
Kənddə heç kimlə görüşmək istəmədim. Buna görə də, tanımadığım bir dükana getdim, ondan kirayə üçün bir otaq soruşdum. Mənə xoşgəldin deyib özü ilə bir evə apardı. Onun evində bir-iki gecə qaldım, sonra kəndi tərk etmək qərarına gəldim. Çünki qərib adam kənddə tez tanınır. Kəndi tərk edib Məşhədə yola düşdüm. 110
Məşhəddə bir gecə atamgildə, bir gecə də qayınatamgildə qaldım. Öz evimiz yox idi. Bir yerə getmək istəyəndə gecə yarısı sonra gedib-gəlirdim. Bu minvalla üç ay keçdi. On bir nəfərdən biri olan qardaşım Seyid Məhəmməd də atamgildə gizlənirdi. 110
Həmin ilin (1966) yayında Haşimi Rəfsəncani ailəsi ilə birgə Məşhədə gəldi. Qeyd etdiyim kimi, o da təqib altında idi. Onunla birgə bir yaylağa getdik. O səfərdən də gözəl xatirələrim var. Məşhəddə gizlənməkdən yorulub açığa çıxmaq qərarına gəldim. Tehrana getdim. Tehranın böyüklüyü, əhalisinin çoxluğu və tanınmamağım orada rahat şəkildə qalmama şərait yaradırdı. Odur ki ağa Haşimi ilə birgə bir ev kirayə edib növbəti ilin novruzuna qədər orada qaldım. 111
1967-ci ilin novruzu gəldi. Düşündüm ki, artıq çoxlu zaman keçib; Məşhədə qayıdım, amma ümumi yerlərə getməyim. Məşhədə qayıtdım. Lakin mənim kimi birisi kənarda dayanıb cəmiyyətdə baş verənlərə etinasız qala bilməzdi. Ağa Milani və ağa Quminin yanına gedir, cəmiyyətdə mövcud olan mənfi hallar barədə onlarla danışır, din alimlərinin sükutunu qınayaraq hansı dəlilə əsaslandığını soruşur, zalım hakimiyyətə qarşı qəti mövqe bildirməyə çağırırdım. Mən həbs olunandan sonra bildim ki, bütün sözlərim SAVAK-a çatdırılmışdır. Görünür, onların ətrafında SAVAK-la əməkdaşlıq edənlər varmış. 111
1967-ci ilin aprelində Hacı Şeyx Müctəba Qəzvini vəfat etdi. O, misilsiz alimlərdən, ləyaqətli, vüqarlı, hörmətli, mömin, abid və zahid bir kişi idi. Hətta ağa Milani də ona hörmət edirdi. Bu, böyük hadisə idi və mən evdə otura bilməzdim. Onun dəfn mərasimində yaxından iştirak etdim. Hacı Şeyx Müctəbanı dəfn edəndən və camaat dağılışandan sonra qardaşım Seyid Hadi ilə atamgilə yola düşdük. Onda anam həccə getmişdi, atam tək idi. Yolda SAVAK məmurları bizi mühasirəyə aldılar, mənə dedilər ki, SAVAK-a getməliyik. Dedim ki, getmirəm. Polislə köməkləşib məni və qardaşımı maşına mindirdilər. SAVAK-ın binasına çatanda qardaşımı buraxıb məni saxladılar. 111
Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasan Elm Hövzəsinin dəyərli alim və müəllimlərindən olmuş, Nəcəf və Qum hövzələrində Mirzə Məhəmmədtəqi Şirazi, Seyid Məhəmmədkazim Yəzdi, Mirzə Naini və Şeyx Əbdülkərim Hairi, Məşhəddə isə Mirzə Mehdi İsfahani, ağa Bozorg Həkim Şəhidi və Hacı ağa Hüseyn Təbatəbai Qumi kimi müəllimlərdən elm öyrənmiş, şəriətə bağlı haqq yolçularından olmuşdu. O, dini ayıqlığından və qeyrətindən irəli gələrək Pəhləvi rejimi əleyhinə mübarizə hərəkatının əvvəlindən ona qoşulmuş, onu gücləndirmək üçün Quma gedərək İmam Xomeyniyə beyət etmişdir. Ayətullah Xamenei onu və Ayətullah Hacı Şeyx Haşim Qəzvinini Məşhəd Elm Hövzəsinin iki parlaq ulduzu adlandırmışdır. 111
Məni SAVAK-dan bir hərbi həbsxanaya apardılar. Dördüncü həbsim orada keçdi. O zaman Məşhəddə siyasi dustaqlar üçün həbsxana yox idi. Ondan sonra bu məqsədlə bir həbsxana tikdilər və mən beşinci dəfə orada saxlandım. 112
Həbsxana təmiz və ağ bir binadan ibarət idi. Biz ona ağ ev və ağ otel deyirdik. Orada bir neçə təkadamlıq kamera və iki böyük zal vardı. Zalların biri adi əsgərlərə, digəri isə gizirlərə aid idi. Dustaq zabit olanda isə xüsusi otağa salırdılar. Ora siyasi dustaq kameralarına bənzəmirdi, içərisində hər bir şey var idi və otağın qapısı açıq olurdu. 112
Oranın dustaqları hərbçilərdən ibarət idi. Onların arasında Qasimi soyadlı məşhədli gənc bir tacirdən başqa mülki şəxs yox idi. Qasimi məni görüb çox sevindi. O, İraqdan qayıdanda İmam Xomeyni ilə bağlı vərəqlər gətirdiyinə görə həbs olunmuşdu. 112
Orada həyat yoldaşını öldürməkdə təqsirli bilinən gənc bir zabit vardı. Onu zabitlərə məxsus kameraların birinə salmışdılar. İstəyəndə bayıra çıxır, zindanın dəhlizlərində fəxrlə gəzişir, digər dustaqlara məhəl qoymurdu. Qasimi ilə mən də təkadamlıq kameralarda qalırdıq, ancaq bizim kameralarımız onunku kimi deyildi. Bizim kameralarda heç bir şey yox idi və daha çox qəfəsə bənzəyirdi. Digər dustaqlar da ümumi zallarda qalırdılar. 112
Dostları ilə paylaş: |