1.2. XIX əsrdə Azərbaycan geyimləri və xüsusiyyətləri Artıq bəhs edəcəyimiz mövzu Azərbaycanın keçmiş modasından bəhs edəcək. Azərbaycanın çar Rusiyasının tərkib hissəsinə qoşulması ticarət - iqtisadi əlaqələrin inkişafını artırdı. Maddi – mədəniyyətin yüksək olduğu bu vaxtda cəmiyyət arasında ictimai qruplar, sosial – zümrələr xalq arasında özünü göstərirdi. Geyimlərdə sinfi təbəqələrə görə fərqli idi. Feodal geyimləri milli burjuaziya olan zamanda artıq köhnə dəbdən çıxaraq Avropa geyimlərini mənimsəyirdi. Lakin bu keçid sakit dəyişilmədi. Milli geyimin Avropa geyimi arasında olan mübarizəsi XX əsrin əvvəllərindən başlamışdır. Saraylarda gündəlik həyata milli geyinən feodal ailələrdə bu dəbdən çıxmağa başlayırdı. Avropa geyimləri mənimsəyərək tətbiq edirdilər. Lakin demək olmaz ki, milli geyim tamamiylə sıradan çıxmışdır. Bayram mərasimlərində milli dəb özünü göstərirdi. Bu cür yerlərə xanımlar milli geyinirdilər səbəb isə daha dəbdəbəli görünmək özəllik idi ( şəkil 1.5.).
Milli geyimlərin özünə məxsus xüsusiyyətləri var idi. XIX əsrlərdə Azərbaycan milli geyimləri həmin insanın hansı işlə məşğul olduğunu və hansı təbəqədən olduğunu göstərirdi. Peşə mənsubiyyətinə görə geyimlər qruplara ayrılmışdır. XIX əsrin geyimləri dövrün etnik qaydalarına tamlıqla əməl edirdi və geyimlərdə bu özünü açıq – aydın şəkildə biruzə verirdi.