Moda dəyərinin strukturunun tədqiqi”



Yüklə 6,8 Mb.
səhifə11/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
Şəkil 1.4. Beau Brummel

Bəzən insanlar düşünürdülər ki kişi modası çox sadə və sıradandır. Əslində bu moda qadınların modasına baxdıqda daha uzun sürür. Əvvəllərdə olduğu kimi bu dövrdə də kişilər üçün geyim aksesuarı qalstuk, çətir idi. Lakin indi artıq bunlar dəb olmadığı üçün demək olar əsas aksesuar saatdır. Beau Brummelin stili bizə bir anlıq drijor kostyumunu xatırlada bilər. Napoleounun dövründə dəb olan ağ rəng artıq sıradan çıxırdı. Təbii olaraq çünki artıq onunda hakimiyyətinin sonu idi. Və məxməri və naxışlı parçalar da dəbdən kənarda qalırdı. Pariklər, şlyapalar da süquta uğramağa başlamışdı.

Bu dövrdə artıq kişi geyimi olan “dendi” dəbdə idi. Dendi – sadə, ideal, yaşıl, göy, boz, qəhvəyi tonlarda olan dəbli kişi geyimləri idi. Bu cərəyan İngiltərədə yaranmış və bir müddət sonra Avropada geniş yayılmışdır. Bəzən sadə olduğu qədər bahalı olan geyimlərdə moda olurdu. Dendi məhz bu cür idi sadə ama bahalı. Kostyumlar sadə olduğu üçün modelyerlər düşündülər ki geyimdə hər hansı bir aksesuar aksent olmalıdı. Dendi geyiminin aksenti qalstuk idi. Aksent sözünün mənası geyimdə ilk gözə çarpan hissə deməkdir. Demək olar dendi keçmişin brendi sayılırdı. Həmin dövrlərdə olduğu kim indiki modanın mərkəzi şəhərləri adlandırmaq olar.

Həmin dövrdə özünə fikir verən kişi gün ərzində bir neçə dəfə köynəyini dəyişməli idi. Qadın modası bu dövrdə hələ ampir cərəyanı ilə irəliləyirdi. Kişi geyimləri sadə və ciddi hakim mövqeyində idi. Kostyumların alt hissəsində geyinilən jiletlər fərqli rəngdə olurdu. Rənglərin bir birinə uyğunluqu əsas hesab edilirdi.  Materialı isə məxməri olmalı idi. Bir zamanlar paltonu feodallar geynirdisə artıq indi əhalinin böyük qismi geyinə bilərdi. Hətta cavan oğlanlarda artıq palto geyinə bilərdilər. Dendi geyimində üst pencək sadə parçadan , jilet güllü ya damalı parçadan tiklirdi. Qalstuk səliqəli bağlanmalı sərt olmalı idi. O zamanlar hər kəs əyində qalstuk bağlamağı bilirdi. Və ən önəmlisi gecələr ağ qalstuk taxan bəylə gündüzlər ağ qalstukdan istifadə edirdilər. Yalnız o zamanlar moda olan bu düşüncə demək olar ki yaşadığımız zamanda təkrarlanmayıb. O vaxt ki deyimlərə görə romantik kişilər əsasən qara qalstuk taxırdılar.

Artıq qadın geyimləri dəyişkənlik dövrünü yaşayırdı. Əvvəllər uzun geyinilən ətəklər bir az qısalaraq paltarın bədən hissəsi daha kip otururdu əyində. Qadın köynəkləri yarandı. Paltarların dar olmağına baxmayaraq korsetlərdən hələdə istifadə olunurdu.

Dərin dekolteli paltarlar qadınların boyun və baş hissələrini daha uzun göstərirdilər. Dekolte çiyinnən aşağı düşmüş formada olurdu. Lakin bu dəbdə uzun çəkmədi 1830 – cu illərdə dekolte tamamiylə aradan qalxdı. Paltarlar bir az daha darlaşdı. Tumanlar zaman keçdikcə daha qısa hala gəlirdi. Gündəmdə olan məxməri, güllü parçalarda demode hesab olunurdu artıq.

Mühəndis Timonye 1829 – cu ildə Parisə gələrək tikiş maşınını ixtira edir. Tikiş maşınının ixtirası artıq moda tarixi üçün böyük təkan sayılırdı. 1850 – ci ildə Krinolinlər yenidən məşhurlaşaraq ən yüksək səviyyəyə çatır. Lakin bu zaman krinolinlər formaca dəyişərək zəngəbənzər forma da olur, artıq sərt deyil yumşaq materiallı parçadan tikilirdi. Süni kriplinlər də bu dövrdə yarandı. 1867 – ci ildə dəbdən düşən krilonları insanlar geyinmək istəmədilər. Romantizm üslubunun hələdə qaldığı qadınların geyindiyi kip paltarlardan bilinirdi. Kişi kostyumları olduğu kimi qalmışdır. Dəyişən bəzi detallar dəbin dəyişilmədi demək deyildir. 1875 – ci ildən qadın geyimləri ki ciddi dəyişilərək kişi geyiminə oxşadılırdı. Bu artıq yeni cərəyanın başlanması demək idi. Bədənə kip oturan paltarlar artıq yoxa çıxdıqca onu “kollan” adli kip pencəklər əvəz edirdi. Kəşmir parçaların moda olduğu zamanda paltarların arxa hissələri boyunca uzanan şleflər hələdə qalırdı.


Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin