Bu kolleksiya podium üçün nəzərdə tutulmuş və dəbli kolleksiyaya aiddir. Kolleksiyaları mövsümlərə görə ayırmaq lazımdır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, podium geyimlərində mövsümi seçim yoxdur.
3.3. Azərbaycan modası və bu sahədəki nailiyyətəri Azərbaycan artıq XX əsrdə milli geyimləri öz plan yerini dəyişərək avropa geyimləri ilə əvəzlənir. Başlıca səbəb isə avropa geyimlərini funksional və daha rahat olmağı ilə cavablandırılır. Artıq Azərbaucanda da moda milliyi qorumaqla inkişaf etməyə başlayır. Yəni bu o deməkdir ki artıq Moda topluca inkişaf edir. Bizim modanı artıq dünyada tanıdan cavan modelyerlərimiz var. Ümumiyyətcə sovet birliyi dağıldıqdan sora moda demək olar ki standartlardan kənara çıxmağa başladı. Modelyerlə və dizaynerlər artıq bu dövrlərdən inkişafa başlayır. Artıq demək olar ki, yeni yaranmasına baxmayaraq kolleksiyalar yaradılmağa başlamışdır. 1990 – ci ildən başlayaraq yüksək moda və kütləvi moda üzrə işlərə başlayan modelyerlərimiz var idi. Onlardan G.Xəlilova, F.Xələfova, L.Əhmədova və R.Sərdarov gənc modelyerlərimiz adların çəkmək olar. Həmin dövrün ən müasir və dəbli geyim kolleksiyaları hazırlanırdı.Fəxriyyə Xələfova əsasən geyim kolleksiyalarında milli geyim ilə müasir geyimləri sintez edirdi. Başqa cür desək milli geyimin stilizə formasını geyimlərində əks etdirirdi. Bundan əlavə o həmin kolleksiyaları ilə moda müsabiqələrinə qatılmış və mükafatlara layiq görülmüşdür. Briliant qaşlarla bəzədilmiş qayçını modelyer Moskvada “Etno – Erato” müsabiqəsində almışdır. 2006 – ci ildə isə xanım modelyer məhz “misilsiz dəb – dəbə” kolleksiyası ilə bir çox müsabiqələrdə iştirak etdi. Tiflisdə, Astanada və digər ölkələrdə öz kolleksiyaları ilə müsabiqələr qatılmış və qalib olmuşdur. Onun iştirak etdiyi ölkələrdə əsas məqsədi milli geyimlərimizi, ornamentlərimizi digər ölkələrə tanıtmaq idi. Geyimlərin çox bir hissəsi demək olar kəsimlərində belə milli geyimlərdən götürülmüş komponentlər var. Geyimlərin bir çoxunda əl əməyindəndə istifadə olunub. Əsas ornamentləri zərli saplarla, muncuqlar və qaşlarla bəzədilirdi. Hətta model xanımların istfadə etdikləri aksesuarlar belə əsrlərin nümunəsi olan bəzək əşyalarına bənzədilirdi. Ondan əlavə ayaq geyimlərinə də xüsusi diqqət yetirirdi gənc modelyer. Onun iştirak etdiyi ölkələrdə ən çox verilən sual isə belə olurdu: niyə axi siz həmişə milli motivli geyimlərinizlə yarışmalara qatılırsız? Cavabda isə o bu cür söyləyir. Mən Azərbaycanlıyam bizim hər birimiz vətənpərvərik. Bu cavab bir çox mətbuat işçisinin başlığına çevrildi. Əsasən milli ruhlu kolleksiyaları ilə məhşurdur (şəkil 3.4.).