Hövzənin təcrid olunması ilə dinə ziyan dəyməsi
İkincisi, əgər ruhanilər kənarda və səkidə hərəkət edib təcrid olunsaydılar, dinə ziyan dəyərdi. Ruhani dinin əsgəri və xidmətçisidir; dinsiz halda kimliyi yoxdur. Əgər ruhani əsas məsələlərdən - bunun bariz nümunəsi möhtəşəm İslam inqilabıdır - kənara çəkilib laqeydlik göstərsəydi, şübhəsiz, din ziyan görərdi. Ruhaninin məqsədi isə dini qorumaqdır.
Düşmənin fəaliyyəti - agah hövzə tələbələrinin qurucu hərəkətlərini başladan amil
Üçüncüsü, əgər səhnədə olmaq düşmənlikləri təhrik edirsə də, bilmək lazımdır ki, bu düşmənliklər sonda xeyir amilləridir. Qeyrətləri və hissləri təhrik edən və canlı varlıq üçün imkanlar yaradan bu düşmənliklərdir. Harada ruhaniliyə, yaxud dinə qarşı bir ədavət və kin göründüsə, qarşısında ayıq və agah insanlar tərəfindən qurucu hərəkət başlandı. Mən bir dəfə dedim ki, bir təəssübkeş və antişiə yazıçı tərəfindən bir kitabın yazılması şiələrin bir neçə böyük mənbə kitabının yaranmasına bais oldu. Bu Qum şəhərində sekulyar təfəkkürlərə və vəhhabi görüşlərinə malik olan azğın bir insan tərəfindən Minillik sirlər kitabı nəşr olunmasaydı, bizim Böyük İmamımız gedib bir müddət dərsini tətil etməz və Sirlərin kəşfi ("Kəşf əl-əsrar") kitabını yazmazdı. Bu kitabda İslam hökumətinin və fəqih rəhbərliyinin əhəmiyyətinin ilk tumurcuqları müşahidə olunur. Böyük İmamın Sirlərin kəşfi kitabında bu mühüm fiqh və şiə təfəkkürünün istehsalı duyulur. Əgər qırxıncı illərdə və əllinci illərin əvvəllərində solçu və marksist təmayüllü partiyanın fəaliyyəti olmasaydı, Fəlsəfə prinsipləri və Realizm üsulu kimi həmişəyaşar bir kitab istehsal olunmaz və yazılmazdı. Odur ki, bu düşmənliklər bizim zərərimizə bitməmişdir. Harada ədavət olmuşsa, ayıq və agah olan elmi hövzə reaksiya vermiş və fürsətdən yararlanmışdır. Düşmənliklər fürsət yaradır; təbii ki, biz oyaq olduqda, canlı olduqda və yatmadıqda.
Rza xanın dövründə ruhaniliyə qarşı düşmən yönümlü hərəkət mərhum Seyid Əbülhəsən İsfahani kimi bir təqlid müctəhidinin şəriət ödənclərini din nəşriyyələrinin və dini jurnalların istehsalına xərcləməyə icazə verməsinə bais oldu. Bu, keçmişdə görünməyən bir şey idi; elə o zaman da qəribə görünürdü. Buna görə şəri ödənc pulları və imam səhmi ilə dini nəşriyyatlar təsis olundu, imam səhminin dəstəyi ilə dini təşkilatlar yarandı. Yəni Seyid İsfahani kimi bir şəxsiyyət bəzilərinin təsəvvür etdiyinin və etməkdə olduğunun əksinə olaraq, bizim ölkəmizin, Şiə dünyasının və Şiə ölkəsinin mədəni məsələləri barədə düşünürdü və belə bir iş üçün imam səhmindən istifadə etməyi icazəli sayırdı. Bunlar fürsətlərdir. Düşmənliklər belə böyük fürsətlər yaradır.
Dostları ilə paylaş: |