Morfologiya


Qrammatik norma. Nitq normalarının tarixiliyi



Yüklə 0,49 Mb.
səhifə30/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   26   27   28   29   30   31   32   33   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

6 Qrammatik norma. Nitq normalarının tarixiliyi.

Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.

Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır. Bu əlaqələr düzgün qurulmadıqda nitqdə qrammatik səhvlər meydana çıxır. Qrammatik normanın gözlənilməsi nitq mədəniyyətinin mühüm şərtlərindən biridir.

Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar.



  1. təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir. Beş kitab, on iki əsgər.

  2. Adlara (isim, sifət, say və s) əvvəl kəmiyyət, sonra mənsubiyyət, hal və xəbərlik əlaməti artırılır. Dost-lar-ımız-dan-dır, adət-lər-in-dən-dir

  3. Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə səxs şəkliçiləri artırılır: sön- dür- ül- məli- dir.

  4. Mübtəda ilə xəbər arasında şəxsə, qismən də kəmiyyətə görə qismən uzlaşma gözlənilir: sən tələbəsən. onlar şagirddirlər. Siz getməlisiniz.

  5. Adi intonasiya ilə deyilməli olan, yaxud deyilən cümlələrdə əvvəl mübtəda sonra tamamlıq və zərflik, sonda xəbər gəlməlidir. Təyin öz təyinolunanından əvvəl gəlməlidir. Bu sıralanma yalnız müəyyən üslubi məqsəd və situasiyadan asılı olaraq pozula bilər. Bu sadalanan qaydalara əməl olunmaması, yəni sözlər arasında sintaktik əlaqələnmənin düzgün qurulmaması qrammatik normanın pozulması ilə nəticələnir.

Fonetik norma sözün düzgün yazılışını və düzgün tələffüzünü, leksik norma sözlərin düzgün seçilməsini və onlardan mənasına uyğun istifadəsini tələb edirsə, qrammatik norma dil vahidlərinin bir – biri ilə düzgün əlaqələndirilməsini tələb edir.

Norma tarixi kateqoriyadır. Illər, əsrlər keçdikcə ədəbi dilin normalarında əvvəlkindən fərqli əlamətlər, keyfiyyətlər əmələ gəlir. Məsələn: 30 – cu illərə qədər ədəbi dilimizdə sağur “n” (nun) deyilən səs var idi. əlifbada bu səs xüsusi hərflə göstərilirdi. 30 – cu illərdən sonra həmin səs öz normativliyini itirdi. Və ya 2004 – cü ilin 5 avqust tarixli orfoqrafiya qaydalarına görə indi nəqarət, buynuznari, super – market, meyil, sanatori, profilaktori və s. yazılır. Halbuki əvvəllər məhz orfoqrafiya normalarına görə başqa cür yazılırdı.

Başqa bir misal: XX əsrin 80 – ci illərinə kimi fəal olan sosializm, sovet, kolxoz, komsomol, pioner kimi yüzlərlə leksik vahid qısa bir vaxtda öz işləkliyini itirdi.

Müəyyən sözlər dildən, lüğət tərkibindən şıxdığı kimi, xeyli söz də dilimizə daxil olmuş, işləklik qazanmışdır. Artıq bu yeni sözlərin (açıqlamaq, toplum və s.) işlədilməsi bir leksik normadır.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin