Morfologiya


Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. Nitq mədəniyyətinin ümumi və xüsusi



Yüklə 0,49 Mb.
səhifə26/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   22   23   24   25   26   27   28   29   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

2 Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. Nitq mədəniyyətinin ümumi və xüsusi məsələləri.

Nitq mədəniyyətinin əsas şərtləri bunlardır:

1) düzgünlük; 2) dəqiqilik; 3) ifadəlilik

Nitqin düzgünlüyü dilin fonetik, leksik və qrammatik qanunlarına əməl olunması ilə səciyyələnir. Bu, nitq mədəniyyətinin birinci şərtidir. Yəni, dilin sistemi pozulmamalıdır. Məsələn, “toyuq yumurta doğur” yox, “toyuq yumurtlayır”, “inək kişnədi” yox, “inək böyürdü” olar, yaxud “süz gəldüz?” yox, “ siz gəldiz?” olar və s. deməli, nitqi düzgün qurmaq əsasdır.

Nitqin dəqiqiliyi də əsasdır, yəni fikir dəqiq ifadə olunmalıdır, söz düzgün tapılmalıdır. “Toyuq qızın tökdüyü buğdanı yeyir, qorxaq quşlar uçub gedirdi” cümləsində fikir düzgündür, ancaq o qədər də dəqiq deyil; “Toyuqlar qızın səpdiyi dəni dənləyir, ürkək quşlar uçub gedirdi” variantı daha dəqiqdir. “inəkləri mal damından çıxarıb otluğa ötürdü ” cümləsini də bu cür redaktə etmək olar. “İnəkləri tövlədən çıxarıb örüşə ötürdü”.

Beləliklə, nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaq nəzərdə tutulur. Nitqin dəqiqliyi məədəni nitq üçün nitqin düzgünlüyündən sonra ikinci vacib əlamət sayılır.

Nitqin ifadəliliyi dedikdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan ən uyarlı, üslub baxımdan ən məqsədəuyğun dil vəsaitini- variantını tapıb işlətmək nəzərdə tutulur. Bu daha çox fikrin bədii – emosional şəkildə ifadə olunması deməkdir. Yəni, nitq o qədər gözəl olsa, onun təsiri də bir o qədər güclü olar. Nitqin ifadəli qurulması üçün insanda müəyyən qbiliyyət olmalıdır. Ona görə də ifadəlilik prinsipi daha çox yazıçı dilindən tələb olunur. Məs: S. Vurğun “Komsomol poeması”nda Şahsuvarın öldüyünü əslində “ölüm” sözünü işlətmədən bu misralarla verir:

Endi Şahsuvarın göz qapaqları,

Bir daha baxmadı günəşə sarı

Bəzən nitqin ifadəliliyi əvəzinə, nitqin gözəlliyi ifadəsini də işlədirlər.

Nitq mədəniyyətinin göstərilən tələblərindən bəzisi daha ümumi xarakter daşıyır, məsələn, dilin qayda-qanunlarına əməl etmədən fikrin ifadə edilməsi qeyri – mümkündür. sözün yazılışı, onun ədəbi tələffüzü, leksik mənası, sözlərin dəyişməsi, cümlənin sintaktik quruluşu dil normalarına uyğun olmasa, sözsüz, bizi düzgün anlamayacaqlar. Ona görə də dil normalarına əməl etmək dil daşıyıcılarının hamısı üçün vacibdir. Deməli, nitq normaları ictimai əhəmiyyət daşıyır, hamı üçündür.

Nitq mədəniyyətinin elə məsələləri də var ki, xüsusi səciyyə daşıyır. Bu onunla bağlıdır ki, hamı eyni dərəcədə dəqiq ifadəli, emosional danışa və yaza bilmir. Dil vasitələrindən hərə öz fərdi qabiliyyəti dairəsində istifadə edir. Cəmiyyətdə insanların diqqətinin mədəni nitq vərdişlərinə yönəldilməsi, dilçilikdə ayrıca əməli bir sahənin- nitq mədəniyyəti bölməsinin mövcudluğu da bu cəhətlə bağlıdır.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin