Morfologiya


Nitq mədəniiyəti anlayışı. Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir



Yüklə 0,49 Mb.
səhifə25/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   21   22   23   24   25   26   27   28   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

1Nitq mədəniiyəti anlayışı. Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir.

Cəmiyyətdə onun hər üzvünün məişətdə, ictimai yerlərdə: müxtəlif məclislərdə, işdə, məktəbdə, küçədə ... müəyyən qaydalara uyğun, bəzən yazılmamış ənənəvilikdən gələn qanunlarla tənzimlənən davranış normaları olduğu kimi, yazıda və şifahi ünsiyyətdə də müəyyən nitq mədəniyyəti olmalıdır. Siz aşağı sinifdən indiyə kimi dilimizin fonetik, leksik, qrammatik qayda – qanunları ilə məktəb proqramı çərçivəsində tanış olmusunuz. Bax həmin normalara düzgün əməl olunması hər birimizin borcudur. Lakin nitqin mədəni olması üçün hələ bunlar da kifayət deyil; mədəni nitq dilin daxili qaydalarını pozmadan ünsiyyətin (yazılı və şifahi) mövzusundan, kimə ünvanlanmasından, onun məqsədindən asılı olaraq fikrin ifadə edilməsidir, şifahi ünsiyyət zamanı [gəlmişdirlər] , [onlar da razıdırlar], [xoş gəlmişsiniz] kimi ifadələrin işlədilməsi dil norması ilə səhv deyil, ancaq canlı ünsiyyət üçün sünidir. Bu ifadələr belə tələffüz olunmalıdır: [gəlmişlər],[onnar da razıdılar], [xoş gəlmisiz//gəldiniz]. Göründüyü kimi, ikinci variant danışığı daha səmimi edir, onun təsirini artırır. Yazan və danışan zaman biz təkcə dil normalarını formal olaraq gözləməli deyilik, çalışmalıyıq ki, fikrimiz aydın, səlis, mümkün qədər ifadəli, dinləyənin səviyyəsinə və zövqünə uyğun şəkildə qurulsun, xüsusən şifahi nitqin təsirini artırmaq üçün dilimizin zəngin imkanlarından istifadə edilsin. Nitq elə qurulmalıdır ki, oxuyan, eşidən yorulmasın, diqqəti yayınmasın. Şifahi nitqin intonasiyası, tonu, fasiləsi elə təşkil olunmalıdır ki, dinləyici “yad səsdən bezməsin”. Yazılı nitqin də öz qayda – qanunları da var ki, oxucunun diqqətini səfərbər edə bilir.

Xüsusi natiqliklə yüksək nitq mədəniyyətinin eyniləşdirilməsi düz deyil. Natiqlik ayrıca sənət növüdür. Ancaq nitq mədəniyyətinə yiyələnmək o qədər də çətin deyil; bunu çox adam bacarar. Bu o demək deyil ki, hamı natiq ola bilər. Ana dilinin qaydalarına yerli – yerində əməl etməklə biz yüksək nitq mədəniyyətinə sahib ola bilərik. Özüünü mədəni hesab edən hər kəs danışığının mədəni səviyyəsinə də nail olmalıdır.

“Mədəniyyət ” sözü ərəbcə şəhər mənası verən “mədinə ” kəlməsindən yaranmışdır. Bu da onu deməyə əsas verir ki, şəhər özlüyündə insan cəmiyyətinin yüksək sivilizasiyası ilə seçilən yaşayış məskəni olmuşdur. XXəsrdə xalqımızın ümumi mədəni səviyyəsi yüksəlmiş, elmin, təhsilin inkişafı, yazılı mətbuatın, radio və televiziyanın, son vaxtlar isə internet şəbəkəsinin inkişafı nitq mədəniyyətində də müsbət dəyişikliklərə gətirib çıxarmışdır. Indi XXI əsrin vətəndaşı olan hər kəs mümükün qədər öz nümunəvi nitqi ilə seçilməli, nitq mədəniyyətinin prinsiplərinə bələd olmalıdır.

Hər bir millətin mədəni səviyyəsinin əsas göstəricilərindən biri onun nümayəndələrinin həm yazılı,həm şifahi nitqin gözəlliyidir. Bunun üçün aşağıdakılar əsasdır.


  1. dilin özünün səlisliyi, zənginliyi, gözəl nitq üçün lazım olan imkanların varlığı;

  2. həmin dildən istifadə edənlərin ümumi səviyyəsi ilə yanaşı, dildən istifadə imkanlarının genişliyi, dil sisteminə bələdliyi dərəcəsinin yüksəkliyi.

Bunlardan birincisi dilin özündədir, bizdən – nitq daşıyıcısından asılı deyil, necə deyərlər, obyektiv şəklidə mövcuddur. Ikincisi isə bizdən – dil daşıyıcısından , onun səviyyəsindən, elmi və ictimai- siyasi, mədəni hazırlığından asılıdır.

Dilimiz həm səs tərkibi, həm leksikası, həm də qrammatik quruluşu cəhətdən çox zəngindir. Onun vasitəsilə ən mürəkkəb insan hisslərini, fəlsəfi qanunauyğunluqları, ən incə daxili duyğuları ifadə etmək olur. Dilimizin bu imkanlarına bələd olan görkəmli şəxsiyyətlərimiz bunu yeri gələndə qeyd etmişlər. Məsələn, böyük müğənnimiz Bülbül italyancada 6, azərbaycan dilində 9 sait səsin olmasını əsas tutub şirin türkcəmizi musiqililik cəhətdən italyan dilindən üstün hesab etmişdir.

XIIIəsrdən bəri bu dildə yaranan zəngin yazılı əədəbiyyatımız dünyanın ən inkişaf etmiş xalqlarının ədəbiyyatı ilə müqayisə edilə bilər. Bunun,əlbəttə, əsas səbəbi zəngin dilimiz, o dildə yazanların yüksək nitq mədəniyyətidir. Insan öz dilini gözəl bilməlidir. Əgər o dil bizim gözəl, geniş imkanlı ana dilimizdirsə, hər kəsdən yüksək nitq mədəniyyəti tələb etməyə haqqımız vardır.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin