Morfologiya


AZƏRBAYCAN DİLİNDƏ SÖZ YARADICILIĞININ ƏSAS ÜSULLARI



Yüklə 0,49 Mb.
səhifə23/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   19   20   21   22   23   24   25   26   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

17. AZƏRBAYCAN DİLİNDƏ SÖZ YARADICILIĞININ ƏSAS ÜSULLARI

Morfemika – dilçiliyin sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölməsidir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanırlar. Leksik şəkilçilər qoşulduqları sözü dəyişib yeni mənalı sözlər yaradır.

Qrammatik şəkilçilər isə sözlərin formasını dəyişir, yeni mənalı söz yaratmır.

Dildəki ayrı-ayrı sözlər kimi morfemlər də omonim ola bilir.

L eksik şəkilçilər omonim olduqları kimi sinonim və antonim də ola bilirlər.

bişərəf-şərəfsiz

biqeyrət-qeyrətsiz

duzlu-duzsuz

Azərbaycan dilindəki leksik şəkilçilər işlənmə yerinə görə ön və son şəkilçilər qrupuna bölünür. Məsələn:

Nakişi, nalayiq, bitərəf, anormal.

Bəzən bir sözə bir deyil, iki və daha artıq şəkilçi artırıla bilir. Məsələn, qızdırıcı, yazıçılıq.

Dildə yeni sözlər bir neçə yolla yaranır: leksik, morfoloji və sintaktik yol.

Dildə sözlərin öz əvvəlki mənasından fərqli olan yeni məna kəsb etməsinə leksik yolla söz yaratmaq deyilir. Məsələn, Ay sözü Yerin peykini və onun Yer ətrafında fırlanma dövrünü (30 gün) ifadə edir. Morfoloji yolla söz yaratma prosesi söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Məsələn, duzlu, səliqəli və s.

Sintaktik yolla söz yaratma prosesi iki və daha artıq sözün birləşərək bir məna ifadə etməsi yolu ilə yaranır. Məsələn, asta-asta, səhər-axşam, yorğan-döşək, yarımada və s.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin