Morfologiya


DİLÇİLİK VƏ ONUN DİGƏR ELMLƏR İÇƏRİSİNDƏ YERİ



Yüklə 0,49 Mb.
səhifə2/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   2   3   4   5   6   7   8   9   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

DİLÇİLİK VƏ ONUN DİGƏR ELMLƏR İÇƏRİSİNDƏ YERİ

Dil müxtəlif baxımlardan öyrənilir. Buna görə də dilçiliyin müxtəlif sahələri – şöbələri var. Bunlardan fonetika, leksikologiya, frazeologiya, morfologiya və sintaksisə bələdsiniz. Dilçiliyin gündəlik fəaliyyətdə ehtiyac duyulan daha bir neçə sahəsi haqqında da məlumat veriləcək: etimologiya, lüğətçilik, dialektologiya, ilə bağlı ümumi təsəvvür yaradılacaq, Azərbaycan dilinin tarixi barədə nisbətən geniş söhbət aparılacaq, gündəlik yazılı və şifahi ünsiyyətdə təcrübi baxımdan çox gərəkli olan nitq mədəniyyəti və üslubiyyat isə geniş öyrəniləcəkdir. Etimologiya. Etimologiya sözü yunanca etimon (əsl, həqiqət, sözün əsl mənası) və logos (təlim, elm) hissələrindən təşkil olunub. Dilçiliyin bu sahəsi sözün mənşəyini, nədən törəməsini öyrənir (etimologiya həm də mənşə sözünün sinonimi kimi işlənir). Elə sözlər var ki, çox qədimlərdə yaranıb, bu gün dildə işlənir, ancaq indiki halında onun ilkin lüğəvi məzmunu qavranmır, kökü izah oluna bilmir. Belə halda etimologiya elmi köməyə çatır. Ya elmi əsaslara söykənən elmi etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının (yalançı etimologiyanın) imkanlarından istifadə olunur.

Sözün əslini bərpa etmək, onun başqa söz və mənalarla əlaqəsini öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlil deyilir. Etimoloji təhlillərdə nəticə həmişə eyni dəqiqlikdə olmur. Ona görə də ayrı-ayrı sözlərin etimologiyası haqqında bəzən bir neçə fikir olur (yalançı, uydurma etimologiyanı elmi etimologiyadan fərqləndirmək vacibdir).

Bu baxımdan bəzi sözlərin etimoloji təhlilinə diqqət yetirək:



Arsak. İndiki Qarabağın qədim adı Arsakdır. Arsak sözü bugünkü dilimizdə işlənmir və lüğət tərkibimizin hazırkı materialı ilə onu şərh etmək mümkün deyil. Etimoloji təhlil aşkar edir ki, bu yer adı (toponim), iki sözdən – hissədən ibarətdir: ar və sak. Sak qədim türk tayfalarının birinin adıdır. Ar isə ər sözünün fonetik cəhətdən dəyişməsinin, ahəng qanunun tələbi ilə sak sözünə uyğunlaşmasının nəticəsidir. Ər sözü qədim dilimizdə igid, cəngavər, qoçaq mənalarında olub. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə səciyyələndiyi üçün bu yer Ərsak-Arsak adlanmışdır. Maraqlıdır ki, yerin bugünkü adı Qarabağ da iki qədim sözdən ibarətdir: yenə bağ qədim türk tayfasıdır, qara isə dilimizin keçmişində “böyük” mənasında işlənib. Deməli, baqlar kəmiyyətcə çox və nüfuzca böyük olduğundan qara baqlar adlanmışlar. Görünür, bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş, qarabaqlar üstünlük təşkil etdiyi üçün yer onların adı ilə adlanmağa başlamışdır. Yəqin, burada o cəhətin də rolu olub ki, arsak sözü arxaikləşmiş, insanlar qarabaq sözünü bugünkü anlayışda mənalandırmış (qara – rəng və baq – bağ) və toponimi bildikləri məna ilə yaşatmışlar.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin