Morfologiya



Yüklə 0,49 Mb.
səhifə4/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   2   3   4   5   6   7   8   9   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Dialektologiya. Ədəbi dildə, mətbuatda, radioteleviziyada işlənən nitqdən başqa, müəyyən ərazilərlə bağlı danışıq təzahürləri, müxtəlif regionlarda təsadüf olunan məhəlli dil xüsusiyyətləri də mövcuddur. Həmin yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir. Məsələn, ədəbi dilimizdə indiki zaman şəkilçisi –ır, -ir, -ur, -ür şəklində dörd variantda işlənir, ancaq Qazax dialektində -er, -or, -ör formalarında üç variantda söylənir. Ədəbi dildə: gəlir, alır, görür, qurur; Qazax dialektində: gəler, aler, görör, quror. Bundan başqa, şivələrdə - məhəlli danışıqlarda ədəbi dilimizdə işlənməyən xeyli söz vardır ki, onların bir qismi tarixən ana dilimizdə olub, sonra istifadədən çıxmışdır. Dialektlər həmin sözləri (hətta bəzən başqa türk dillərində indi də işlənənləri) qoruyub saxlayır. Dilimizin tarixini, onun keçdiyi inkişaf yolunu öyrənməkdə dialektlər ən etibarlı mənbədir.

Dialekt və şivəni öyrənən dilçilik sahəsi dialektologiya adlanır.



YAZI

İnsanlar səsli dillə ancaq müəyyən məsafədə ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu məsafədə dil öz əlaqə yaratmaq imkanını itirir. Şüur inkişaf etdikcə, cəmiyyətdə mədəni göstəricilər müəyyən səviyyəyə çatdıqca insanlar səsin-ünün yetmədiyi radiuslardan da danışmağa - əlaqə yaratmağa, hətta özlərindən sonra gələcək nəsillərlə də ünsiyyət saxlamağa ehtiyac hiss edirlər. Bu ehtiyac insanları ən böyük kəşflərindən birini etməyi – yazını yaratmağa gətirib çıxardı. Yazı bəşəriyyətin ən böyük mədəni dəyərlərindən biridir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir. Bugünkü yazıda hər səs bir işarə ilə (hərflə) ifadə olunur. Ancaq ilk yazı hərflərdən ibarət olmayıb. İnsanların ilk yazılı əlaqəsi əşyalarla olub: məktub yerinə bir-birinə müəyyən şeylər göndəriblər. Məsələn, İran hökmdarı Dara ulu babalarımız olan iskitlərin üstünə hücum edərkən onlardan belə bir “məktub” alır: bir qabda (“zərfdə”) canlı quş, siçan, qurbağa və beş dənə ox. Farslar bu “məktub”u oxuya biliblər: “Ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz”. Belə yazılardan bizim nağıllarımızda tez-tez istifadə olunur. Məsələn, “Qara vəzir” nağılında hind padşahı Mələk xanıma bir qarpız və bir bıçaq göndərir. Qarpızın kənarına kiçik bir nişan qoyulmuşdu. Mələk xanım bu “məktub”u belə oxuyur: “Bütün dünya mənim əlimdədir. Sənin dövlətin bu qarpızın (yəni dünyanın) üstündəki o kiçik nişan kimi bir şeydir. İstədiyim vaxt səni məhv edərəm”.

Əşyavi yazıdan sonra şəkli (piktoqrafik) yazı meydana çıxır: hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilir. Daha sonra fikri (ideoqrafik) yazıdan istifadə olunur. Bu yazı növlərində yaxınlıq çoxdur. Məsələn, şəkli yazıda göz şəkli gözü, baş şəkli başı, günəş şəkli günəşi, it şəkli iti bildirir. Fikri yazıda isə həmin şəkillər müvafiq olaraq, görmək, düşüncə, işıq və sədaqət anlayışlarını ifadə edir. Şəkli və fikri yazı hərfi yazıya doğru əhəmiyyətli addımlar idi.

Nəhayət, yazının ən mükəmməl, ən çevik forması olan hərfi (fonoqrafik) yazı törədi. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı səsləri ifadə olunur. Hərfi yazının da ilk mərhələsində bir neçə səsi bir neçə işarə ilə veriblər – buna heca yazısı (sillabik yazı) deyiblər. Məsələn, qədim misirlilər, assuriyalılar heca yazısından istifadə ediblər.

Dünyada ilk yazı daş, metal, ağac üstündə oyma şəklində olmuşdur.

Şəkli və fikri yazılardan bu gün də istifadə olunur. Məsələn, ayaqqabı dükanının vitrinlərində və ya qapısında ayaqqabı şəkli çəkilir. Yaxud lotereya təbliğ edən plakatda “2.500 manata udmaq olar” sözlərindən sonra maşın, fotoaparat və s. əşyaların şəkilləri verilir. Bunlar piktoqrafik yazı nümunələridir. Kimya dərslərində istifadə olunan işarələr isə ideoqrafik yazı nümunələridir. Çünki bunlar müəyyən sözlərlə ifadə olunur. Məsələn H – hidrogen, N2O – su, NaCl – xörək duzu sözlərini bildirir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin