Morfologiya


Qoşasaitli sözlərin yazılışı və tələffüzü



Yüklə 0,49 Mb.
səhifə9/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat - [sa:t], maaş-[ma:ş], camaat - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii- [bədi:], təbii - [təbi:] və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima - [dayima], zəif - [zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşə], maneə - [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət - [saadət], fəaliyyat - [fa:liyət], müavin [mavi], müalicə - [malicə], müəyyən - [məyyən], müəllim - [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin  ikincisi uzun tələffüz olunmur: Əliağa - [Əlağa, əmioğlu - [əmoğlu], əliaçıq - [əlaçıx], bacioğlu - [bacioğlu], xalaoğlu - [xaloğlu] və s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin  heç biri baş vermir.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin