Morfologiya



Yüklə 0,49 Mb.
səhifə10/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

    Bu səhifədəki naviqasiya:
  • Qeyd
6. AZƏRBAYCAN DİLİNDƏ VURĞU.

Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn:Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.


Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim - bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) - dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn: sonra - [so:ra], bəzi- [bə:zi] və s.
Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin