Morfologiya


SÖZÜN TƏRKİBİ VƏ SÖZ YARADICILIĞI



Yüklə 0,49 Mb.
səhifə22/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   18   19   20   21   22   23   24   25   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

16.SÖZÜN TƏRKİBİ VƏ SÖZ YARADICILIĞI.

Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.


Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır:na, bi, ba, la, a, anti və s. Məsələn:namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s. Bu şəkilçilərdən ilk dördü ərəb — fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.

Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var:

1. Leksik şəkilçilərin köməyi ilə yeni – düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+lük, gül+dan və s.

    Leksik şəkilçilərin köməyi ilə düzəltmə sözlərin yaranması qaydası morfoloji üsul adlanır.

2. İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni – mürəkkəb sözlərin yaranması. Məsələn: ayaq və qab = ayaqqabı, uca və boy = ucaboy, aş və süzən = aşsüzən və s.

Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin