3 Dil, nitq və nitq fəaliyyəti. Azərbaycan ədəbi dili
Dil ünsiyyət vasitəsi vəzifəsini yerinə yetirən şərti işarələr sistemidir. Dünyada mövcud olan 3500 – dən çox dilin hər birinin özünəməxsus səs və leksik tərkibi, qrammatik quruluşu, başqa sözlə daxili sistemi vardır.
Ünsiyyət vasitəsi olan dildən fərqli olaraq, nitq ünsiyyət prosesidir. Dil ümumi, nitq isə fərdidir. Dil hamıya eyni dərəcədə xidmət göstərir, nitq isə dil daşıyıcısının qabiliyyətindən səviyyəsindən asılı olaraq, hərədə bir cür meydana çıxır. Nitq hər hansı məlumatın çatdırılma üsuluna uyğun olaraq hər bir fərdin dilə bələdliyi səviyyəsində sırf özünəməxsus şəkildə əmələ gəlir.
Dil əsasdır, nitq ondan törəmədir. Bizim hər birimiz niyqimizi dil vasitəsilə qururuq. Dil nitq vasitəsilə bir növ “görünür”, faktlaşır, zahirə çıxır. Dil tarixən çox az dəyişir, dil sistem kimi möhkəmdir, nitq isə nisbətən dəyişikliyə uğrayır. Dilimiz əsrlər öncə də Azərbaycan dili (türkcəsi) idi, indi də Azərbaycan dilidir. Ancaq müasir nitqimiz o dövrdəkindən çox fərqlidir.
Nitq fəaliyyəti özünəməxsus fizioloji akt olmaqla, həm də nitqin reallaşmasına imkan verən ictimai və psixoloji aktların sistemidir. Nitq fəaliyyəti – ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesinə çevrilməsi mürəkkəb, çoxtərəfli hadisədir, ictimai, psixoloji və fizioloji aktların sistemidir. Biz nitqimizi bunların qarşılıqlı fəaliyyəti əsasında qururuq. Nitq dinləyib başa düşmə, danışma, görüb – oxuma, düşünüb – yazma formalarında təzahür edir.
ədəbi dil xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla cəmiyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır. ədəbi dil tarixən sabit ümumişlək qaydaları ilə məhdud ərazidə fəaliyyət göstərn, məhəlli danışıq dili olan dialektə qarşı durur və normallığı ilə ondan fərqlənir.
ədəbi dilin yazılı və şifahi formaları vardır. Çifahi ədəbi dil çox qədimdir, o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Müasir dövrdə ədbi dilin şifahi forması radio və televiziyanın geniş tətbiqi sayəsində xeyli dərəcədə təkmilləşmiş və genişlənmişdir.
Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı da genişlənmişdir. Indi elmi və bədii əsərlərlə, dövlət sənədləri ilə yanaşı, qəzet və jurnalların, müxtəlif məzmunlu kitabların, reklam və plakatların, divar lövhələrinin də dili yazılı ədəbi dil nümunəsidir.
Dostları ilə paylaş: |