Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə60/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

Nöqtələr


◘Bir şeyin hesabla vücuda gətirilməsi “xələqə” adlanır. “Xərəqə” isə bir şeyin hesabsız paralanmasıdır. “Xərəqu”, yəni diqqət və götür-qoysuz bir mətləbi açıqlamaq, ya da hesabsız düzəltmək və dəlilsiz iddia etməkdir.1

◘Quranın bildirdiyinə əsasən, məsihilər həzrət İsanı, yəhudilər isə həzrət Üzeyri Allahın oğlu sayırdılar.2 Bəziləri də mələkləri Allahın övladları kimi qəbul edirdi. Zərdüştilər cinlərdən olan Əhriməni Allaha rəqib qərar vermişdilər. Onlar bütün pislikləri Əhrimənə aid edirdilər. Bəzi ərəblər də Allahla cin arasında hansısa qohumluğun olduğuna inanırdılar.3 Bu ayə həmin gümanları batil sayaraq buyurur: “Allah bütün bu sifətlərdən pak və üstündür.”


Bildirişlər


1. Cəhalət xurafata meylin köküdür. (İnsanın Allaha əqidəsi elmə əsaslanmalıdır.)

2. Yaranmış yaradana necə şərik ola bilər?!

3. İzdivac və övlad sahibi olma hansısa naqisliyi tamlaşdırmaq üçündür. Allah bu sayaq eyblərdən pakdır.
101. ﴿بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ أَنَّى يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ وَخَلَقَ كُلَّ شَيْءٍ وهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

O, göyləri və yeri yaradandır. Onun üçün yoldaş olmadığı halda övladı necə ola bilər?! O hər şeyi yaratmış və hər şeyi biləndir.”


102. ﴿ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ

Odur Allah, sizin Rəbbiniz. Ondan başqa məbud yoxdur. O hər şeyin yaradıcısıdır. Beləcə, Ona pərəstiş edin. O hər şeyin vəkilidir.”


Nöqtələr


◘“Bədi” dedikdə heç bir təqlidsiz və təkrarsız, ixtira etməklə yaratmaq nəzərdə tutulur.

◘Göyləri və yeri heç bir təqlid və öncədən plan çəkmədən yaradanın övlad və ailəyə nə ehtiyacı var? O, qərara gəlməklə istədiyini yaradır.

◘Allahın hər şeyi yaratması xilqətdəki tövhid, hər şeyə vəkil olması, işdəki tövhiddir.4

Bildirişlər


1. Aləmin yaradıcısı qüvvətlidir. Onun ailə və övlada ehtiyacı yoxdur.

2. Quranın tanıtdırdığı Allahla başqalarının əqidə bağladığı Allahı müqayisə edin.

3. İslam əqidəsində Yaradan (Xaliq) və Pərvərdigar (Rəbb) birdir. (Müşriklər isə yaradanı Allah adlandırır, amma bir neçə Rəbb olmasına inanırlar.)

4. Allahın mütləq yaradan olması tövhid dəlilidir.

5. Həm yaradılış, həm də davam Allahın iradəsindən asılıdır.

6. Allahın rübubiyyət və xaliqliyi pərəstişin fəlsəfəsidir.


103. ﴿لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

Gözlər Onu dərk etməz, amma O, gözləri dərk edər. O, görünməyən, (dəqiq, ayırd edən) və agahdır.”


Nöqtələr


◘“Bəsər” sözü həm göz, həm də bəsirət mənalarını bildirir.2 Bu əsasla ayəni belə mənalandırmaq olar: Nə zahiri göz Allahı görə bilir, nə də qəlb onun mərifəti dərinliyinə varır.

◘“Lətif” sözünün bir neçə mənası var: “Verdiyini az, xalqın itaətini çox sayır; Dəqiq, işlərin gizli tərəfindən xəbərdarlıq və hər incəliyi ayırd etmə; zərif və nadir şeylərin xaliqi; müdara və yoldaşlıq əhli; vəfa əhlinə mükafat verən, cəfa əhlini bağışlayan.

◘İmam Riza (ə) buyurmuşdur: “Düşüncə və xəyallar Allahı əhatə etmir. Onun zatı dərk olunası deyil.”3

◘Allah heç vəchlə görünməz. Baxın ki, həzrət Musa xalqın istəyi ilə Allahı görmək istədikdə hansı cavab aldı.4 Sünnə əhlindən bəziləri deyir: “Allah qiyamət günü görünər. Onlar “Qiyamət” surəsinin 23-cü ayəsinə əsaslanırlar.5 Onlar unudurlar ki, Allah cisim və maddə deyil. «Allahı görmək» dedikdə isə qəlb gözündən söhbət gedir. Çünki gözlə yalnız cismi görmək olar. Məkan, məhdudiyyət, rəng və başqa maddi səciyyələr ehtiyac nişanəsidir və Allah belə ehtiyaclardan uzaqdır.

◘Həzrət Əli (ə) buyurur: “Nəinki təkcə göz Onu görmür, hətta düşüncə də Onu qavraya bilməz.”6 Sədi bu barədə deyir:
Ey xəyaldan üstün, gümandan üstün,

Hər eşidiləndən, bəyandan üstün.

Məclis tamam oldu, ötüşdü ömür.

Deyiləndən artıq yoxdur səs-səmir.


◘“Gözləri dərk etmək” dedikdə Onun insan baxışlarından xəbərdarlığı nəzərdə tutulur. Necə ki, «səmi» və «bəsir» dedikdə Allahın eşidilən və görülənlərdən xəbərdar olması anlaşılır.

Bildirişlər


1. Allah maddi cisim deyildir.

2. Kimsə Allahın zatından xəbərdar deyil.

3. Heç bir pərdə və maneə ilahi elmin qarşısını ala bilməz.

4. Bütün çirkinliklərimizi bilsə də, yenə də bizə lütf göstərir.

5. Allah varlıq aləmindəki bütün incəliklərdən və sirlərdən xəbərdardır.
104. ﴿قَدْ جَاءكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ

Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.”


Nöqtələr


◘95-ci ayədən hazırkı ayəyədək Allahın tanıtdırılması və şirkin tənqid mövzusuna yer ayrıldı. Bu ayə ötən ayələrin nəticə və xülasəsi kimidir.

◘Quranda bu ayənin oxşarı çoxdur. Bildirilir ki, insanın iman və ya küfrünün, yaxşılıq və ya pisliyinin, bəsirət və ya korluğunun nəticəsi onun özünə aiddir.1


Bildirişlər


1. Quranın nazil olması ilə kimsə üçün üzr və bəhanə yeri qalmadı.

2. İnsanlar yol seçimində azaddır.

3. Xalqın xəbərdar edilməsi Allahın rübubiyyət şənindəndir.

4. İmanın faydası və küfrün zərəri insanın özünə qayıdır və Allaha təsirsizdir.

5. Xalqın bir dəstəsinin cəzalanması ilahi təlimlərin batil olması göstəricisi deyil. Bu cəza insanın özünün qəlbən kor olması nişanəsidir.

6. Peyğəmbərin vəzifəsi məcbur etmək yox, bəyan etməkdir.


105. ﴿وَكَذَلِكَ نُصَرِّفُ الآيَاتِ وَلِيَقُولُواْ دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ

Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: “Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin