Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə16/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

Nöqtələr


◘İstər dəlil, istər mübahilə, istərsə də müştərək sözlərə üz tutmaq yolu ilə tövhid və haqqa çağırış zəruridir.

◘“Təfsire-Məraği”də nəql olunur: Udəyy ibn Hatəm İslamı qəbul etdikdən sonra peyğəmbərə belə ərz etdi: “Biz məsihi olduğumuz vaxt heç vaxt bir-birimizi özümüzə Rəbb qərar verməmişik. Bəs bu cümlənin mənası nədir?”

Həzrət Peyğəmbər (s) buyurdu: “Məgər sizin alimləriniz Allahın hökmünü dəyişmirdilərmi?” İbn Hatəm bunu təsdiq etdi. Həzrət buyurdu: “Allahın qanununu dəyişən alimə itaət bir növ ona bəndəlikdir.”

Bildirişlər


1. Müsəlmanlar müştərək məsələlərdə kitab əhli ilə razılığa gəlməlidirlər.

2. Vəhdətə dəvətdə öncül olmaq lazımdır.

3. Əgər bütün haqq məqsədlərə çatmaq mümkün olmadısa, bu məqsədlərdən bəzilərinə çatmaq üçün öz səyinizi əsirgəməyin.

4. Təbliğ mərhələlərindən biri müştərək məsələlərə dəvətdir. Müştərək məsələlərə dəvətdə Quran yaxşı bir mehvər ola bilər. Çünki Quranda həm peyğəmbərlərin tarixi var, həm də o, təhriflərdən uzaqdır.

5. Təbliğ zamanı qarşı tərəfin haqq əqidələrinə və müqəddəsliklərinə ehtiram göstərmək lazımdır.

6. Bir Allaha sitayiş və şirkdən uzaqlıq bütün səmavi dinlərin müştərək cəhətləridir.

7. Tövhid insanın ucalıq səbəbidir. “Təaləv” sözü ucalığa dəvət zamanı işlədilir.

8. Başqalarına sorğu-sualsız itaət onları Rəbb kimi qəbul etmək nişanəsidir. Halbuki bütün insanlar bir-birləri ilə bərabərdirlər.

9. Azad düşüncə və müstəqil şəxsiyyət Quran şüarıdır.

10. Müxaliflərin etirazı bizim iradə və imanımıza təsir göstərməməlidir.

11. Hər bir təbliğatçı əvvəlcədən xalqın etirazını ehtimal etməlidir ki, bu etirazla rastlaşdıqda məyus olmasın.

12. Yetərli dəlillərdən sonra mübahisəni kəsin.

13. Allaha bəndəlik, şirkin və qeyri-ilahi hakimlərin rədd edilməsi həqiqi müsəlmanlıq xüsusiyyətlərindəndir.
65. ﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَآجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّورَاةُ وَالإنجِيلُ إِلاَّ مِن بَعْدِهِ أَفَلاَ تَعْقِلُونَ

Ey kitab əhli! Nə üçün İbrahim haqqında höcətləşirsiniz? (Hər biriniz onu öz dininizdən sayırsınız?) Halbuki Tövrat və İncil ondan sonra nazil olmuşdur. Nə üçün düşünmürsünüz?”


Nöqtələr


◘Həm yəhudilər, həm də məsihilər İbrahimi öz dinlərinə aid edirdilər. Bu mübahisələr o qədər qızışmışdı ki, Quran növbəti iki ayədə bu məsələyə münasibətini açıqladı. Ayə onların iddialarını rədd edərək bildirir: İbrahim onun vaxtında nazil olmamış bir kitaba necə tabe ola bilərdi?! Axı o, Tövrat və İncildən qabaq olmuşdur. Heç olmasa dediklərinizi tarixlə tutuşdurun.

Bildirişlər


1. Moizə zamanı qarşı tərəfin sabit ləqəblərindən və əqidə ünvanlarından istifadə edin.

2. Elm və kitab elə bir dəyərə malikdir ki, ona yaxın olanlar da möhtərəm sayılır. Kitab əhli, qələm əhli, elm əhli bu qəbildəndir.

3. Öz mövqeyinizi sübuta yetirmək üçün böyük şəxsiyyətləri özünüzə aid etməyə çalışmayın. Şəxsiyyətləri özünüzə aid etmək əvəzində onların yoluna tabe olun.

4. Öz iddialarınızı məniq, fitrət və tarixlə sübuta yetirin.


66. ﴿ هَاأَنتُمْ هَؤُلاء حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ

Siz o adamlarsınız ki, bildiyiniz şeylər haqqında höcətləşirsiniz. Bəs bilmədiyiniz şeylər haqqında nə üçün mübahisə edirsiniz? Halbuki Allah sizin bilmədiyinizdən xəbərdardır.”


Nöqtələr


◘Bu ayədə kitab əhlinə xəbərdarlıq olunur ki, onlar bildikləri şeylər haqqında yersiz suallar verirlər. Halbuki bu adamlar həzrət İsanın həyatından xəbərdardırlar və onun qidaya, məskənə və libasa ehtiyaclı olduğunu öz gözləri ilə görmüşlər. Bütün bunlara baxmayaraq, yenə də bu mövzuda mübahisə edirlər. Bir dəstə onu yalançı, digər bir dəstə isə Allahın övladı hesab edir.1 Onlar nişanələri Tövrat və İncildə bəyan olunmuş və yaxşı tanıdıqları həzrət Məhəmməd (s) haqqında da mübahisə edirlər.2 Onlara xatırladılır ki, siz cidal əhlisiniz və bir nəticəyə çatmayacaqsınız. Bilmədiyiniz şeylər haqqında isə danışmağınız yersizdir. Məsələn nə bilirsiniz ki, həzrət İbrahimin məzhəbi nə olub?

Bildirişlər


1. Lovğa və höcətkeş insanları alçaldın.

2. Höcətkeş və inadkar adamlar ən aydın məsələ haqqında da mübahisə edirlər.

3. Həqiqəti üzə çıxarmaq məqsədi ilə mübahisə aparmaq dəyərlidir. İşə maneçilik məqsədi ilə aparılan mübahisə isə tənqid olunur.
67. ﴿ مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

(Yəhudi və Məsihilərin iddialarının əksinə olaraq) İbrahim nə yəhudi idi, nə də məsihi. O, haqpərəst və Allaha təslim olmuş bir fərd idi və heç vaxt müşriklərdən olmamışdı.”


Nöqtələr


◘“Haqqa meyl” mənası ayənin mətnində “hənəf” sözü ilə ifadə olunmuşdur. Həqiqətlə müxalifçilik, batilə meyl isə “cənəf” adlanır. Beləcə, doğru yolda olan insana “hənif” deyilir. Amma bütpərəstlər bu sözü özlərinə aid edir və müşriklərə də “hünəfa” (həniflər) deyirlər.

◘“Müslimən” sözünü “hənifən” sözü ilə yanaşı işlətməklə, Quran həm İbrahimin şirkdən pak olduğunu bildirmiş, həm də müqəddəs bir sözü şirk ləkəsindən qorumuşdur. Həzrət Əli (ə) buyurmuşdur: “İbrahimin dini həzrət Məhəmmədin (s) dini idi.”1

◘İmam Sadiq (ə) “hənifən muslimən” təbirinin təfsirində buyurmuşdur: İbrahim zərrəcə bütpərəstliyə yol verməmiş xalis və üstün bir şəxs idi.”2
68. ﴿ إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ

Həqiqətən, İbrahimə ən layiqli fərdlər ona itaət edənlər, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin himayəçisidir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin