Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə79/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

Nöqtələr


◘Xalqa zülm və xəyanət insanın özünə xəyanətdir. Çünki belə bir xəyanətin acı sonluqları var:

a) Xalqa zülm və xəyanət ruhun səfasını və ədalətə meylini aradan götürür.

b) Zülm və xəyanət sabah ayağa qalxası məzlumları məhrumiyyətə düçar edən amildir.

v) Zülm və xəyanət insan üçün ilahi qəhr-qəzəb və cəhənnəm hazırlayan səbəbdir.

q) Zülm və xəyanət cəmiyyəti çirkaba batırır. Bu çirkab xainin öz ətəyindən də yapışır.

Bildirişlər


1. Xainin müdafiəsi haramdır. Xəyanətlə razılaşmaq günaha şəriklik mənası daşıyır.

2. İslam hakimi məzlumların arxası olmalıdır. Hakim zalımları himayə etməməlidir.

3. Heç bir zor, hədə, şərait, ictimai fikir xainlə həmkarlığa yol açmır.

4. Cəmiyyətin rəhbərləri və qazilər xainləri tanımalıdırlar. Düzgün mövqe tutmaq üçün onların planlarından xəbərdar olmaq lazımdır.

5. Həm keçmişə görə istiğfar etməli, həm də gələcəyə diqqətli olmalı!

6. Quran anlamında cəmiyyətin fərdləri bir bədənin üzvləri kimidir. Cəmiyyətə xəyanət insanın özünə xəyanətidir.

7. Cüzi və bilməyərəkdən baş verən xəyanət fitnəkarların xəyanəti ilə eyni deyil.

8. Xəyanətlə xalqa məhəbbət bağını qırandan Allah da Öz məhəbbətini qət edəcək.

9. İnsanda sevilmək istəyi var. İnsanın tərbiyəsi üçün bu istəkdən istifadə olunmalıdır.

10. Allahın sevgisi və qəzəbi peyğəmbərin və möminlərin seçimində meyardır.


108. ﴿ يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلاَ يَسْتَخْفُونَ مِنَ اللّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لاَ يَرْضَى مِنَ الْقَوْلِ وَكَانَ اللّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا

(Onlar öz xəyanətlərini) xalqdan gizlədirlər. Amma Allahdan gizlədə bilməzlər. Belə ki, Allah bəyənilməmiş sözlər danışdıqları vaxt onlarladır. Allah onların gördüyü işlərdən xəbərdardır.”


Bildirişlər


1. Məxfi gecə məclislərində fitnə hazırlamaq xain münafiqlərin iş üsullarıdır.

2. Allahın hüzuruna, bütün sözlərdən və işlərdən xəbərdar olmasına iman ən mühüm təqva amilidir.

3. Allah bizim əməllərimizi yaxından görür.

4. Danışıq da əməldəndir. Ayədə bəyənilməmiş danışıqlar qeyd olunsa da, əməllər də bu qəbildəndir.


109. ﴿ هَاأَنتُمْ هَـؤُلاء جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَن يُجَادِلُ اللّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلاً

Bəli, siz həmin kəslərsiniz ki, dünya həyatında onların tərəfini tutdunuz. Bəs qiyamət günü Allahın qarşısında onların tərəfini kim saxlayacaq? (Həmin gün) onların vəkili və müdafiəçisi kim olacaq?”


Nöqtələr


◘107, 108 və 109-cu ayələrdə üç zümrəyə üç xəbərdarlıq olundu: Qaziyə deyildi: diqqətli olsun ki, haqqa təcavüz etməsin. Xainə deyildi ki, Allah sənin işlərini görür. Xaini müdafiə edənlərə deyildi ki, sizin səylərinizin qiyamətdə faydası olmayacaq.

Bildirişlər


1. Ey xainlər, bu gün sizi himayə edənlərə görə sevinməyin. Çünki sabah da var. Xainlərin müdafiəsi müvəqqəti və davamsızdır.

2. Dünyada məhkəmənin hökmü nüfuzludur. Amma günahkar tənha qalacağı qiyamət gününün hesabı haqqında düşünməlidir.

3. Xainin vəkili, müdafiəçisi olmayaq. Vəkillərin yalanına aldanmayaq.

4. Dünyada haqqını ala bilməyən məzlumlar narahat olmasınlar. Qiyamətdə onların arxası var və zalımlar öz hesablarına çatar.


110. ﴿ وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا

Hər kəs pislik etsə, ya özünə sitəm qılsa, sonra Allahdan bağışlanma diləsə, Allahın bağışlayan və mehriban olduğunu görəcək.”


Nöqtələr


◘Əvvəlki ayədə xain hədələnirdisə, bu ayədə onun üçün tövbə qapısı açılır.

◘«Su» (“pis”) sözü həm də başqalarına zərər vurmaq mənasını bildirir. Demək, ayədə həm xalqa zülm, həm də insanın özünə zülmü bəyan olunur. Bəziləri «su» sözünün kiçik günaha, “nəfsə zülm” təbirinin böyük günaha aid olduğunu bildirirlər.1


Bildirişlər


1. İnsan özünə də zülm edə bilməz. Günah əslində insanın özünə zülm etməsidir.

2. Xatakarlar üçün geri dönüş yolu var.

3. Bəndənin istiğfarı ilə Allahın bağışlaması arasında fasilə yoxdur.

4. Həqiqi tövbə o qədər şirindir ki, insan ilahi rəhməti öz qəlbində hiss edir.

5. Allah təkcə pislikləri bağışlamır, O, həm də mehribandır.
111. ﴿ وَمَن يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَى نَفْسِهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا

Hər kəs günaha batsa, özünə ziyan etmişdir. Allah bilən və hikmət sahibidir.”


Nöqtələr


◘İlahi hədlərin pozulması olan günah qəlbin səfasını, ruhun təqvasını və ədaləti aradan götürür. Bu, ən böyük zərərdir. Bundan əlavə, varlıq nizamında və ilahi düzümdə xalqa zülmün nəticəsi gec ya tez zalımın özünə çatır.

Bildirişlər


1. Hər bir günah insanın ruhuna və canına birbaşa təsir göstərir.

2. İnsan məcbur deyil və azad şəkildə günaha batır.

3. Məqsədsiz əməl yox, günahla nəticələnən pis niyyət ruha mənfi təsir göstərir.

4. Günahın pis nəticəsini günahkara qaytarma səhv yox, hikmətli bir işdir.

5. Agahlıq və elm işin hikmətli olması şərtidir.
112. ﴿ وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا

Hər kəs xata və ya günaha yol versə, sonra bunu gxünahsız bir şəxsin boynuna atsa, şübhəsiz ki, böhtan və aşkar günah yükünü çiyninə almışdır.”


Nöqtələr


◘“Xata” sözü büdrəmə mənasını bildirir. Bu həm bilərəkdən, həm də bilməyərəkdən ola bilər. “İsm” (“اثم”) isə bilərəkdən baş verən günahı ifadə edir.

◘Böhtan imanın, ədalətin, etimadın puç olmasına gətirən böyük günahlardandır. Böhtan axirət əzabı səbəbidir. İmam Sadiq (ə) buyurmuşdur: “Günahsıza böhtan əzəmətli dağlardan ağırdır.”1

◘Böhtan elə bir yalana deyilir ki, bunu eşidən insan heyrətə gəlir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Qeybət odur ki, din qardaşının Allah tərəfindən örtülmüş eybini açasan. Amma onda olmayan bir şeyi dilə gətirmək böhtandır.”2




Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin