Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə83/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

Bildirişlər


1. Hər zaman, xüsusi ilə cəbhələrdə hərəkətlə müşayiət olunan dua zəruridir. Hərəkət yerinə dua etmək düzgün deyil.

2. Səbir və qələbə bir-birinin şərtidir. Səbir nəticəsində qələbə əldə olunar.

3. Öz dualarınızı “Rəbbəna”, yəni “ey Rəbbimiz” müraciəti ilə başlayın.

4. Çətinliklər zamanı insanın böyük səbrə ehtiyacı var. “Əfriğ” firavan nüzul mənasındadır. “Səbrən” sözü “nəkərə” formasında işləndiyindən böyük səbir nişanəsidir.

5. İmtahanlardan keçmək və onlardakı müvəffəqiyyət sizi qürrələndirməsin. Daim Allahdan yardım diləyin.

6. Çalışmaq insanın vəzifəsidir. Qələbə isə Allahın əlindədir.

7. Savaşda qələbə o zaman dəyərli olur ki, döyüşçülərin məqsədi haqqın batildən üstünlüyü olsun. Şəxsi üstünlük istəyi qələbəni dəyərsiz edir.
251. ﴿فَهَزَمُوهُم بِإِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَآتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاء وَلَوْلاَ دَفْعُ اللّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الأَرْضُ وَلَـكِنَّ اللّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ

Sonra onlar (Talut və köməkçiləri) Allahın izni ilə düşmən qoşununu məğlub etdilər. (Talutun köməkçilərindən olan şücaətli, mömin gənc) Davud Calutu öldürdü. Allah ona hökumət və hikmət əta etdi, istədiyindən ona öyrətdi. Əgər Allah xalqın bir hissəsini başqaları ilə dəf etməsə, hökmən yer üzünü fəsad bürüyər. Amma Allahın aləmlərə lütf və ehsanı var.”


Nöqtələr


◘Rəvayətlərə görə Davud həmin bu döyüşdəki şücaətinə görə peyğəmbərlik məqamına çatdı. Onun övladı Süleyman da ilahi peyğəmbərlərdən oldu.

◘Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) buyurdu: “Allah bir saleh müsəlmana görə onun yüz min qonşusunun üzərindən bəlanı uzaqlaşdırar.” Sonra həzrət həmin ayəni oxumuşdur.1

◘Ötən ayələrdən məlum olur ki, bir neçə şey qələbə amilidir: güclü və layiqli rəhbər, mömin ardıcıllar, təvəkkül, səbir və ardıcıllıq, ilahi məqsəd.

Bildirişlər


1. Səy və cihad sizdən olsa da, düşmənin məğlubiyyəti Allahın əlindədir.

2. Mücahidlərin xalisanə duaları qəbul olur.

3. Parlaq istedad, ləyaqət, fədakarlıq və müsbət keçmiş olmasa, kimsə Allahın xüsusi lütfünə çatmaz.

4. Cəbhə və cihadda qılıncın ağzı düşmən komandanlığına doğru olsun.

5. Döyüşdə mərdanəlik göstərənlərin adını yaşadın.

6. Düşmən rəhbərin məhvi onun qoşununun məhvinə bərabərdir.

7. Təcavüzkar və zalımın qarşısında müqavimət göstərilməsə, fəsad yer üzünü bürüyəcək.

8. Fəsad əhli ilə müharibə zəruridir. Zərərli ünsür aradan götürülməsə, başqa ünsürlər də həmin yola sövq ediləcək.

9. İlahi iradə və fəzl təbii yollarla gerçəkləşir.

10. Təcavüzkara qarşı cihad və müdafiə hökmü ilahi fəzldir.


252. ﴿تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

Haqq olaraq sənə oxuduqlarımız ilahi ayələrdir. Doğurdan da, sən (İlahi tərəfindən) göndərilmişlərdənsən.”


Nöqtələr


◘Bu ayə ilə Quranın ikinci cüzü başa çatır. Sonda buyurulur ki, ötən ayələrdə xatırlanan hadisələr ibrət üçündür.

Minlərlə insanın bir anda ölümü və peyğəmbərin duası ilə onların yenidən dirilməsi, ad-sansız, amma ləyaqətli və bilikli gənc çobana rəhbərlik məqamının əta olunması, azsaylı dəstənin çoxsaylı düşmən dəstəsinə qalib gəlməsi, bir gəncin şücaəti və ona peyğəmbərlik məqamının verilməsi və bütün başqa nöqtələr ilahi ayələrin cilvəsi, İslam peyğəmbərinin (s) buyuruqlarının və risalətinin haqq olması nişanəsidir.


Üçüncü cüz


253. ﴿تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِنِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ

O peyğəmbərlərin bəzisini bəzilərindən üstün etdik. Onlardan eləsi oldu ki, Allah onunla danışdı və bəzilərinin dərəcəsini yuxarı qaldırdı. Məryəm oğlu İsaya aşkar nişanələr verdik, onu Ruhul-qüdslə (Cəbraillə) gücləndirdik. Allah istəsəydi, onlardan (peyğəmbərlərdən) sonrakılar aşkar dəlil gəldikdən sonra bir-birləri ilə savaşa qalxmazdılar. (Amma Allah xalqı yol seçimində azad buraxmışdır.) Amma onlar bir-birləri ilə ixtilaf etdilər. Bəziləri iman gətirdi, bəziləri kafir oldu. Allah istəsəydi, (möminlər və kafirlər) savaşa qalxmazdılar. Amma Allah istədiyini yerinə yetirir.


Nöqtələr


◘Hədislərə görə peyğəmbərlərin sayı yüz iyirmi dörd min nəfər olsa da, Quranda onlardan yalnız iyirmi beşinin adı çəkilmişdir.1 Peyğəmbərlərin məqamları və dərəcələri eyni deyil. Onların hər birinin öz yeri və imtiyazları var. Məsələn, İslam peyğəmbərinin fərqli xüsusiyyətləri onun xatəmiyyəti (son peyğəmbər olması), “ümmiliyi” (heç vaxt dərs oxumaması), kitabının təhrif edilməməsi, İbrahim peyğəmbərin imtiyazı vahid ümmət olması, nəslinin mübarəkliyi, Nuh peyğəmbərin imtiyazı uzun ömürlüyü, Allah tərəfindən xüsusi salam almasıdır. Bu ayədə isə həzrət Musa və həzrət İsanın imtiyazı bəyan olunmuşdur. Musa Allah kəlamının dinləyicisi, İsa Ruhul-qüds tərəfindən qüvvətləndirilmiş şəxs kimi tanıtdırılır. “Dərəcat” sözü çoxsaylı üstünlüklər nişanəsidir.

◘Fəxr-Razi “Təfsiri-Kəbirdə” bu ayə ilə bağlı söz açarkən İslam peyğəmbərinin iyirmiyə yaxın imtiyazını bəyan etmişdir. Məsələn, İslam peyğəmbərinin möcüzəsi olan Qurani-Kərim bütün möcüzələrdən üstündür. Onun digər bir imtiyazı bütün digər peyğəmbərlərə şahid olmasıdır.2


Bildirişlər


1. Peyğəmbərlərin yetərincə üstün məqamları vardır. “Tilkə” sözü (“o” işarə əvəzliyi) uzağa və uca məqama işarədir.

2. Bütün peyğəmbərlər eyni rütbədə deyillər. Vahid məqsəd onların xüsusi kamilliklərə malik olmasına mane olmur.

3. Ötən peyğəmbərlərin uca tutulması lazımdır. Uyğun ayədə Musa və İsa haqqında xoş sözlər söylənilir.

4. Allahın sünnə və qanunu insanın azad buraxılmasıdır. Allah Öz bəndələrini məcburi şəkildə də haqq yola döndərə bilər. Amma həqiqi inkişaf azadlıq sayəsində mümkün olur. Bu ayədə iki dəfə rastlaşırıq ki, əgər Allah istəsəydi, xalq arasında ixtilaf və savaş baş verməzdi.

5. Əksər ixtilafların kökü cəhalət və qəflət yox, nəfs istəkləri, həsəd və eqoistlikdir.

6. Peyğəmbərlərin yolu aşkar dəlillərlə təqdim olunur.

7. Müharibə alovunu qızışdıran səbəblərdən biri də etiqadi ixtilaflardır. Əlbəttə ki, din ixtilaf mənşəyi deyil. İxtilafı törədən insanlardır.

8. Xalq arasındakı əqidə ixtilafları onların azadlığını göstərir.


254. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

Ey iman gətirənlər! Alış-verişin, dostluq və şəfaətin olmayacağı gün çatmamış sizə verdiklərimizdən infaq edin. (Bilin ki,) kafirlər həmin zalımlardır. (Həm özlərinə, həm də başqalarına zülm edirlər.)”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin