Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə95/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   89   90   91   92   93   94   95   96   97

Bildirişlər


1. Ələ götürmək və ixtiyarda olmaq vəsiqənin şərtidir. İmam Baqir (ə) buyurmuşdur: “Qəbzsiz girov qoyulmur.”1

2. Tələb müqabilində vəsiqə alın.

3. Hökmlərdə fərdlərin yeri müxtəlifdir. Etibarlı şəxsə girovsuz, etibarsız şəxsə isə girovla verilir.

4. Müamilələr zamanı etibarların itməsinə yol verməyin. Girov götürməyin fəlsəfəsi arxayınlıqdır. Əgər girov qoyulmadan arxayınlıq yaranırsa, girov qoymaq zəruri olmur.

5. Xalqın haqlarından xəbərdar insanlar məzlumlar qarşısında məsuliyyət daşıyır.

6. Haqqı demək zəruri olan yerdə susmaq haramdır.

7. Daxili çaşqınlıq zahiri çaşqınlığa səbəb olur. Günahkar qəlb şahidliyin gizlədilməsi səbəbidir.

8. Allahın hər işdən xəbərdar olması iman, təqva və həqiqətlərin bəyan səbəbidir.


284. ﴿لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Göylərdə və yerdə olan hər şey yalnız Allahındır. Qəlbinizdə olanı aşkarlasanız da, gizlətsəniz də Allah onlara əsasən sizinlə hesab çəkər. İstədiyini bağışlayar və istədiyini cəzalandırar. Allah hər şeyə qadirdir.”


Nöqtələr


◘Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “İnsanın iki növ qəlb haləti var: Bəzən ixtiyarsız olaraq qəlbdən bir şey ötüşür. İnsan belə təsəvvürlərə görə günaha batmır. Çünki belə təsəvvürlər bizim ixtiyarımızda deyil. Amma insanın pis əməllərinə səbəb olan və ruhumuzun dərinliyində möhkəmlənmiş ruhi hallara görə cəza var.

◘Olsun ki, ayədə küfr, haqqın gizlədilməsi kimi qəlbə aid günahlar nəzərdə tutulmuşdur. İnsanı günaha aparan müqəddimə təsəvvürlər ayənin məqsədi olmaya da bilər.

◘İnsan öz ruhiyyəsinə, qəlb halına görə məsuldur. Bu məsələ Quranda dəfələrlə işarə olunmuşdur. O cümlədən:

- “Allah sizi qəlblərinizin kəsb etdiyinə görə cəzalandırar.”1

-“Doğrudan da, gizlədənin qəlbi günahkardır.”2

- “Həqiqətən, qulaq, göz və qəlb hər biri sorğuya çəkilər.”3

- O kəslər ki, möminlər arasında pislik yaymaq istərlər, onları dünya və axirətdə şiddətli əzab gözləyir.”4

◘Həzrət Əli (ə) buyurmuşdur: “Xalq öz düşüncə və niyyətlərinə görə cəzalandırılar.”5


Bildirişlər


1. Allah həm mütləq malikdir , həm də mütləq alimdir. , həm mütləq qadirdir

2. Kuzənin çölünə çıxan nəm onun içindəkindəndir. İnsanın əməlləri onun düşüncə tərzi və iç etiqadının göstəricisidir.

3. Tərbiyəçi xalqı ümid və qorxu arasında saxlamalıdır.
285. ﴿آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ

Peyğəmbər Allahı tərəfindən ona nazil edilənə iman gətirmişdir. Bütün möminlər Allaha, mələklərə, kitablara, Onun göndərdiklərinə imanlıdırlar (və deyirlər): biz Onun peyğəmbərlərindən heç birinə fərq qoymuruq, (hamısına imanlıyıq). Dedilər: Biz (haqqın nidasını) eşitdik və itaət etdik. Pərvərdigara! Sənin bağışlamağını (diləyirik) və qayıdışımız sənə doğrudur.”


Nöqtələr


◘Bu ayədə üsulidin - tövhid, nübüvvət və məad - bəyan olunmuşdur. Sonrakı ayədə insanın ilahi vəzifələri yerinə yetirmək üçün hazırlığı, Allahdan rəhmət və bağışlanma istəyi bəyan olunur. Ona görə də hədisdə bildirilir ki, bu və sonrakı ayənin xüsusi dəyəri var və onların tilavəti xəzinə kimidir.

◘Peyğəmbərə ehtiram lazımdır. Allah rəsulunun hesabı başqalarından ayrıdır. Ona görə də bu ayədə əvvəlcə İslam peyğəmbərinin adı və ona iman, sonra isə möminlərin adı və əqidələri zikr olunur.




Bildirişlər


1. Məktəb onun rəhbərinin simasında aydınlaşır.

2. Din təbliğatçıları öz dəvətlərinə inanmalıdırlar.

3. Səmavi kitabların nazil olmasında məqsəd insanların tərbiyəsidir.

4. Bütün peyğəmbərlər eyni məqsədə malik olduğundan onların hamısı üçün iman zəruridir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.

5. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.

6. İman və əməllə yanaşı Allahın mərhəmətinə ümid də lazımdır. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.

7. Bəxşiş rübubiyyət şənindəndir və tərbiyə zəminəsidir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
286. ﴿لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

Allah hər kəsi yalnız gücü qədərində vəzifəli edir. Hər kəs gördüyü hər bir işi öz faydası üçün edir. Etdiyi pis işlər isə öz zərərinə kəsb edilmişdir. (Möminlər deyirlər:) Pərvərdigara! Əgər (vəzifələrimizi) yaddan çıxarıb xəta etdiksə, bizi cəzalandırma. Pərvərdigara! Bizim üçün ağır vəzifə qərar vermə. Necə ki, (günahlarına görə) bizdən qabaqkılar üçün (ağır vəzifə) qərar verdin. Pərvərdigara! Bizim üçün taqətimiz çatmayacaq cəzalar müəyyənləşdirmə. Bizi bağışla və Öz mərhəmətində qərar ver. Sən bizim mövlamızsan, bizi kafir qövmə qalib et.”


Nöqtələr


◘Bəzən unutqanlığın səbəbi insanın öz səhlənkarlığı olur. Belə olduqda insan cəzalandırılır. Necə ki, Allah-təala buyurur: Bizim ayələrimiz sənə gəldikdə, sən onları unutdun. Necə ki, bu gün də unudulmuşlardan olmusan.”1 Ona görə də bu ayədə xətakarlıqla yanaşı, unutqanlığın da bağışlanması istənilir. Tüğyan və fəsad səbəbindən əvvəlki ümmətlərə verilmiş cəzalar xatırlanmaqla bağışlanma rica olunur.

Bu ayədə insan Allahın bütün lütf mərhələlərini istəyir: Birinci mərhələ əfvdir və bu mərhələdə bütün günah və xətalarının əsərləri aradan götürülür. İkinci mərhələ bağışlanma və ruhun günah tozundan təmizlənməsi mərhələsidir. Üçüncü mərhələ Allahın mərhəmətindən bəhrələnmə və kafirlərə qaliblik mərhələsidir.

◘Bir neçə ayədə güc həddində vəzifələr təyini haqqında danışılır: Hazırkı ayə; “Həcc” 78; “Bəqərə”, 185. İslam peyğəmbəri buyurmuşdur: “Mən asan və yüngül dinlə məbus olmuşam.”2


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin