Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə53/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

Bildirişlər


1. Allah-təala Öz peyğəmbərinə də xəbərdarlıq edir.

2. İman və ilahi rəhbərlik sərmayəsinin əldən verilməsi ciddi ziyandır.


Ayə 96:

﴿إِنَّ الَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لاَ يُؤْمِنُونَ﴾

Həqiqətən, haqqında Rəbbinin göstərişi gerçəkləşən kəslər iman gətirməzlər.”


Ayə 97:

﴿وَلَوْ جَاءتْهُمْ كُلُّ آيَةٍ حَتَّى يَرَوُاْ الْعَذَابَ الأَلِيمَ﴾

Onlar üçün hər növ möcüzə gəlsə də, Allahın ağrılı əzabını görməyincə (iman gətirməzlər.)”


Nöqtələr


◘97-98-ci ayələrə əsasən, “kəlimətu Rəbbikə” dedikdə ilahi qəhr-qəzəb başa düşülür.

Bildirişlər


1. İlahi qəhr-qəzəb kafirlərin haqqıdır.2

2. Təkzib və ardıcıl inadkarlığa görə kafirlərin imandan məhrum edilməsi Allahın rübubiyyət tələbi və ilahi sünnədir.

3. Bütün xalqın iman gətirməsi intizarında olmayaq.

4. Günahkarlar Allahın əzabını gördükləri vaxt dəhşətə gəlib iman gətirərlər. Amma bunun nə faydası var?!



Ayə 98:

﴿فَلَوْلاَ كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلاَّ قَوْمَ يُونُسَ لَمَّآ آمَنُواْ كَشَفْنَا عَنْهُمْ عَذَابَ الخِزْيِ فِي الْحَيَاةَ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ﴾

Nə üçün heç bir şəhər əhli (vaxtında) iman gətirmir ki, (imanı ona) fayda versin?! Yalnız Yunusun qövmü istisnadır. (Son fürsətdə iman gətirdikləri vaxt) biz zəliledici əzabı dünya həyatında onlardan uzaqlaşdırdıq və Bir müddət onlara bəhrə verdik.”


Nöqtələr


◘Bu surədə həzrət Nuh və Musanın tarixi ətraflı şəkildə, Yunus qövmünün tövbəsi isə qismən bəyan olunsa da, surə “Yunus” adlandırılmışdır. Bunun səbəbi Yunus qövmünün son fürsətdə tövbə etməsi və bu tövbənin Allah tərəfindən qəbul edilməsinin əhəmiyyəti ola bilər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Yunus otuz yaşından altmış üç yaşınadək təbliğ etdi. Bu müddət ərzində ona yalnız iki nəfər iman gətirdi. Həzrət Yunus xalqa nifrin etdi və onlardan uzaqlaşdı. Ona iman gətirən iki nəfərdən biri müdrik adam idi. O, peyğəmbərin xalqı tərk etdiyini görüb uca səslə fəryad çəkdi. Bu fəryad qarşıdakı təhlükədən danışırdı. Xalq peşman olub həmin möminin bələdçiliyi ilə şəhərdən çıxdı. Övladlarından ayrılmış bu insanlar Allah dərgahına üz tutub tövbə etdilər. Həzrət Yunus geri döndükdə həmin qövmü həlak olmamış gördü. Sonradan bunun səbəbi peyğəmbərə aydınlaşdırıldı.1


Bildirişlər


1. İnsan uçurum kənarında da özünü qoruya bilər.

2. Vaxtında qılınan tövbə ilahi əzabı aradan qaldırır. (Keçmiş qövmlər arasından yalnız həzrət Yunusun qövmü vaxtında tövbə qılıb, iman gətirmişdir.)

3. Xalqın taleyi onun öz əlindədir.

4. Dünya xoşbəxtliyinin dünya rəmzi də imandır.

5. Dua və yalvarış həm bəlanı aradan qaldırır, həm də ləzzət verir.

Ayə 99:

﴿وَلَوْ شَاء رَبُّكَ لآمَنَ مَن فِي الأَرْضِ كُلُّهُمْ جَمِيعًا أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُواْ مُؤْمِنِينَ﴾

Əgər Rəbbin istəsəydi, yer üzünün bütün əhli (məcburi şəkildə) birdəfəyə iman gətirərdi. (Amma qanun budur ki, azad şəkildə iman gətirilsin.) Sən xalqı iman gətirməyə məcburmu edirsən?!”


Nöqtələr


◘Allah-təala həm qüdrət, həm də hikmət sahibidir: O elə bir məqamda qüdrətindən istifadə edir ki, bu rəftar hikmətə zidd olmasın. İlahi hikmətə əsasən xalq azad olmalı, məcburi surətdə iman gətirməməlidir. Müşriklər isə deyirdilər: “Allah istəsəydi biz müşrik olmazdıq. Demək, bizim şirkimiz Allahın istəyidir...”1 Bu ayə müşriklərin uyğun iradına cavab ola bilər. Əgər Allah məcburi iş görürsə, nə üçün imana yox, şirkə məcbur etməlidir?!

Bildirişlər


1. İman məcburiyyət yox, seçim əsasında əldə olunmalıdır.

2. Peyğəmbər öz canıyananlığı səbəbindən xalqın iman gətirməsini israr edirdi.


Ayə 100:

﴿وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَجْعَلُ الرِّجْسَ عَلَى الَّذِينَ لاَ يَعْقِلُونَ﴾

Halbuki, Allahın izn və iradəsi olmadan kimsə iman gətirə bilməz və Allah çirkinliyi (küfrü) düşünməyən kəslər üçün qərar verər.”


Bildirişlər


1. Ötən ayəyə əsasən, xalq iman gətirməyə məcbur edilmir, həm də Allahın hidayət və tövfiqi olmadan kimsə imana müvəffəq olmur.2

2. Küfr çirkinlikdir.

3. Yalnız düşüncə əhli ilahi lütf və iman tövfiqinə nail ola bilir. İxtiyari olaraq düşünməyən kəs Allahın qəzəbinə gəlir.

4. Sağlam əql iman üçün zəmindir. İmansızlıq düşüncəsizlik nişanəsidir.




Ayə 101:

﴿قُلِ انظُرُواْ مَاذَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا تُغْنِي الآيَاتُ وَالنُّذُرُ عَن قَوْمٍ لاَّ يُؤْمِنُونَ﴾

De ki, göylərdə və yerdə nə olduğuna (ibrət gözü ilə) baxın. Amma iman gətirməyənlər üçün nişanə və xəbərdarlıqların faydası yoxdur.”


Nöqtələr


◘Ötən ayədə düşüncəsizlik küfr dəlili sayıldı. Bu ayədə isə təfəkkür və düşüncə iman yolu kimi tanıtdırılır.

◘“Nuzur” ya “nəzir” sözünün oxşarıdır (peyğəmbər mənasında), ya da “inzar” sözünün cəm formasıdır (xəbərdarlıqlar mənasında).


Bildirişlər


1. Yaranışın mütaliəsi və bu mövzuda düşüncə Allahı tanımağın ən sadə və ümumi yoludur.

2. İnsanın qərar çıxarmasında onun iradəsindən qaynaqlanan baxış səmərəlidir. Bir şeyə sadəcə baxmaq faydasızdır.

3. İlahi ayələr və xəbərdarlıqlar yalnız inadkar olmayan pak insanlara təsir edir.

4. İnsan əqidə məktəbi seçimində azaddır. Əgər insan azad olmasaydı, peyğəmbərlərə və səmavi kitablara qarşı çıxmazdı.


Ayə 102:

﴿فَهَلْ يَنتَظِرُونَ إِلاَّ مِثْلَ أَيَّامِ الَّذِينَ خَلَوْاْ مِن قَبْلِهِمْ قُلْ فَانتَظِرُواْ إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ﴾

(İlahi ayələrə və peyğəmbərlərə qarşı çıxanlar) keçmişdəkilərin (zillət dolu) ruzgarından başqa bir ruzgar intizarındamıdırlar? De ki, intizarda olun, mən də sizinlə (birlikdə) intizardayam. (Keçmişdəkilərin düçar olduğu bəlaya siz də düçar olarsınız.)



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin