Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə73/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

Nöqtələr


◘“İsra” kökündən olan “əsri” sözü gecə hərəkət mənasını bildirir.

◘“İlləmrəətəkə” cümləsi ya Luta zövcəsindən savay öz əhlini gecə köçürmək əmrini verir, ya da zövcəsindən savay kimsənin geriyə baxmamasını tapşırır. Lutun zövcəsi həmin məntəqədən çıxarkən günahkar qövmə görə nigaran olduğundan köçdən geri qaldı və nəticədə əzaba düçar oldu.


Bildirişlər


1. Allah bir qövmü həlak etməmiş onun peyğəmbərini xəbərdar edir.

2. Mömin o qədər cəld və ruhi hazırlıqlı olmalıdır ki, qısa bir müddətdə yerini dəyişə bilsin.

3. İnqilab və günahkar məntəqənin məhvi zamanı mal-mülk və ev əşyalarına vaxt ayırmayaq.

4. Peyğəmbərlə qohumluq qurtuluş səbəbi deyil.

5. Dəyər sistemi qohumluq yox, ləyaqət prinsipi üzərində qurulmuşdur.

6. İnsanlar yol seçimində azaddır. Hətta peyğəmbərin arvadı belə onun evindəcə azğınlıq yolunu seçir.

7. Dini şəxsiyyətlərin hesabını qohum-əqrəbanın hesabından ayıraq.

8. Allah hər bir iş üçün vaxt müəyyənləşdirmişdir.

9. Allahın qəhr-qəzəbi üçün tələsməyək.
Ayə 82:

﴿فَلَمَّا جَاء أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ﴾

Elə ki (qəhr-qəzəb) əmrimiz gəldi, həmin məmləkəti alt-üst etdik, lay-lay gil daşlardan başlarına yağış yağdırdıq.”


Ayə 83:

﴿مُّسَوَّمَةً عِندَ رَبِّكَ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ﴾

(O daşlar) Rəbbinin yanında nişanlanmışdı. Bu (daşqalaq cəzası) başqa sitəmkarlardan uzaq deyil.”


Nöqtələr


◘“Siccil” dedikdə elə bir kütlə başa düşülür ki, o nə gil kimi yumşaqdır, nə də daş kimi bərk. “Mənzud” sözü isə üst-üstə, ard-arda mənasını bildirir. Nişanlanmış daş dedikdə, ya hər bir daşın xüsusi bir şəxs üçün nişanlandığı, ya da həmin daşların yer daşlarından fərqləndiyi nəzərdə tutulur.

◘Bu ayə Lut qövmünün aqibətini bəyan edir. Xülasə olaraq deyə bilərik ki, həzrət Lut öz qövmünün peyğəmbəri idi, həzrət İbrahimin dövründə yaşamışdı və onun dinini təbliğ edirdi. Həzrət Lut həzrət İbrahimlə birlikdə Fələstinə yola düşdü və sonra Mötəfikat adlı məntəqəyə gedib oranın bütpərəst, aşkar livat edən əhlini doğru yola çağırdı. Həzrət Lut nə qədər çalışdısa nəsihətlərinin təsiri olmadı və nəhayət, onu qovmaqla hədələdilər. Onlar Luta dedilər: “Ey Lut, əgər nəsihətini kəsməsən səni sürgün edərik.”1 Nəhayət əzab mələkləri nazil oldu. Onlar öncə həzrət İbrahimi, sonra həzrət Lutu məsələdən xəbərdar edib həmin məntəqəni viran qoydular.

◘“Hicr” surəsinin 73-cü ayəsində bildirilir ki, Lut qövmünü dəhşətli bir səs bürüdü. Ola bilsin ki, məntəqəni viran qoyan da həmin o səs oldu. Yerin təkindən göyə sıxılan böyük daşlar sonradan onların başına endi.2 Bəlkə də daş yağdığı əsnada ərşdən gələn dəhşətli səs məntəqəni öz ağuşuna almışdır.

Bildirişlər


1. İnsan fitrətini viran qoyan kəslərin cəzası yurdlarının başlarına çevrilməsidir.

2. Allah Öz qüdrəti ilə su yerinə daş yağdıra bilər.

3. Əxlaqi və cinsi azğınlıq zülmdür.

4. Qərb və Amerika kimi həmcinsbazlığa (homeseksualizmə) rəsmi azadlıq verənlər Allahın qəhr-qəzəbini gözləsinlər. Bu məntəqələri viran olmaq təhlükəsi gözləyir.


Ayə 84:

﴿وَإِلَى مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ وَلاَ تَنقُصُواْ الْمِكْيَالَ وَالْمِيزَانَ إِنِّي أَرَاكُم بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ﴾

Mədyənə doğru qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün başqa bir məbud yoxdur. Ölçü və çəkini əskiltməyin. Həqiqətən, mən bu işdə sizin üçün xeyir görürəm. Doğrusu, mən sizi bürüyəcək günün (Qiyamət gününün) əzabından qorxuram.”


Nöqtələr


◘Bu günki adı “Məan”, Tövratdakı adı “Mədyan” olan Mədyən şəhəri Əqəbə körfəzinin şərqində yerləşmişdir. Bu şəhərin əhalisi həzrət İsmailin övladları idi. Onların Misir, Livan və Fələstinlə ticarət əlaqələri vardı. Bəziləri də Sina dağı ətrafında yerləşən bir qəbilənin “Mədyən” adlandırıldığını bildirmişlər.

◘Ümmətlər müxtəlif dövrlərdə müxtəlif fəsadlar törətmişlər. Lut qövmü cinsi azğınlığa uğramışdısa, Şüeyb qövmü əskik satır, ticarət qanunlarını pozurdu.


Bildirişlər


1. Peyğəmbərlərin besəti ilahi sünnə, davamlı tarixi cərəyan olmuşdur.

2. Həzrət Şüeybin risaləti yalnız Mədyən məntəqəsinə aid idi.

3. Hər bir qövm üçün onun öz arasından peyğəmbər seçilir.

4. Bir Allaha pərəstiş müvəhhid baxışlara əsaslanır.

5. Allaha ibadət etmək kifayət etmir, müşriklərdən üz döndərmək də zəruridir.

6. Peyğəmbərlər yalnız etiqadi və əxlaqi məsələlərə nəzarətlə kifayətlənmir, iqtisadiyyata diqqət yetirir, iqtisadi fəsadlarla mübarizə aparırdılar.

7. İstisadi fəsaddan və fırıldaqçılıqdan qurtulmağın yolu təkcə rifah və təminat deyil. İmam Sadiq (ə) “həqiqətən sizə xeyir görürəm” təbirinin bolluq və ucuzluğa işarə olduğunu bildirir.1

8. Xalqı pis işdən çəkindirmək üçün onu həvəsləndirmək lazımdır.

9. Yaranış və məad etiqadına dəvət bütün peyğəmbərlərin ilkin dəvətləri olmuşudur.

10. Hesab gününə inam bütün işlərdə təqva zəminidir.

11. Allahın qəzəbindən qaçmaq olmaz.
Ayə 85:

﴿وَيَا قَوْمِ أَوْفُواْ الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ وَلاَ تَبْخَسُواْ النَّاسَ أَشْيَاءهُمْ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ﴾

(Həzrət Şüeyb təkid etdi ki,) ey mənim qövmüm, ölçü və tərəzini insaf və ədalətlə tamamlayın və xalqın malını əskiltməyin. Fəsad törədib yer üzünü xaraba qoymayın.”


Nöqtələr


◘“Bəxs” kökündən olan “təbxəsu” sözü əskiltmək mənasını bildirir. “La təsəv” sözü isə fəsad törətməmək mənasındadır.

Bildirişlər


1. Hərtərəfli ədalətin bərqərarı peyğəmbər hərəkatının nailiyyətlərindəndir.

2. Günah cəmiyyətdə adət şəkli aldıqda ardıcıl xatırlatmalarla onu aradan qaldırmaq lazımdır. Bu ayədə ölçü və çəki məsələsi bir neçə dəfə yada salınır.

3. Alış-verişə, iqtisadi proseslərə nəzarət lazımdır.

4. Yalnız möminlərə yox, bütün xalqa münasibətdə ədalət prinsipini gözləmək zəruridir.

5. Əskiltməmək təkcə çəkisi və ölçüsü olan, dartıla bilən şeylərə aid deyil. Xalqla alış-verişin bütün sahələrində ədalət gözlənilməlidir.

6. İqtisadi məsələlərlə xalqın haqqını tapdamaq fəsadın ən bariz nümunələrindəndir. Çünki qeyri-sağlam iqtisadiyyat cəmiyyəti məhv edir.

7. Fəsaddan da pisi fəsad ruhiyyəsində olmaqdır.

Ayə 86:

﴿بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ﴾

Əgər imanınız olsa, Allahın sizin üçün saxladığı (halal mal, əskiltməklə əldə etdiyiniz maldan) daha üstündür. Mən sizə nəzarətçi deyiləm.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin