Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə72/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

Nöqtələr


◘“İhra” sözündən olan “yuhrəun” sözü “qovmaq” mənasını bildirir. Yəni cilovu qırılmış bu azğın qövmü alovlanmış şəhvət həzrət Lutun qonaqlarına doğru qovurdu.

◘“Əthər” (daha pak) dedikdə izdivacın daha pak, livatın (homoseksualizmin) isə pak olduğu nəzərdə tutulmur. Sadəcə, müdara məqsədi ilə izdivacın günahdan üstün olduğu bildirilir.1

◘İztirab, sıxıntı və çətinliklər içində istedadlar və ruhi hallar çiçəklənir. Əgər mələklər həzrət Lutun yanına gələn kimi özlərini tanıtdırsaydılar, Lut ah-nalə çəkib izdivac təklif etməz, onlara nəsihət verərdi.

Sual: Necə olur ki, peyğəmbər öz mömin qızını kafir kişiyə təklif edir?



Cavab: Bəlkə də evlənmədən öncə iman şərt qoyulacaq idi ki, evlənən tərəflər iman gətirsinlər. Ya da ki, “bənati” dedikdə, xalqın qızları nəzərdə tutulmuşdur. Çünki peyğəmbər ümmətin atası olduğundan, xalqın qızlarını öz qızı kimi təqdim edir. Belə də ola bilər ki, həmin dövrdə uyğun izdivaca icazə verilirmiş.

Bildirişlər


1. Bəzən cəmiyyət o qədər pozulur ki, xalq qaçaraq günaha üz tutur.

2. Azğın nəfs insanı günaha çəkir.

3. Bir günah o biri günaha yol açır.

4. Pis işlərin qarşısını almaq üçün öncə düzgün yol və xeyir işlər xalqa göstərilməlidir.

5. İffət və paklıq guşənişinlik yox, təbii get-gəl arasında paklığı gözləməkdir. (Həzrət Lut xalqın qarşısında qızlarına işarə etdi.)

6. Cəmiyyətin hidayəti üçün moizə bəs etmir. Bəzən fədakarlığa, isara ehtiyac var.

7. Qız atası izdivac təklif edə bilər.

8. Cinsi ehtirası söndürmək üçün yeganə düzgün yol izdivacdır.

9. Cəmiyyətdə günah adiləşmişsə də, insan “nəhy əz munkər” etməyə, insanları pis işdən çəkindirməyə borcludur.

10. Həmcinsbazlıq (homoseksualizm) keçmiş dinlərdə də haram və mənfur sayılmışdır.

11. Təsir ehtimalı az olsa da, pis işdən çəkindirmək zəruridir.

12. Qonağa hörmətsizlik ev sahibinə hörmətsizlik sayılır.

13. Qonaqpərvərlik o qədər dəyərlidir ki, ən şərif insanlar bu yolda böyük əziyyətlərə qatlaşmışlar.

14. Qonağın müdafiəsi insanlıq haqqıdırsa, qonağa biganəlik namərdlikdir.

15. “Nəhy əz münkər” edərkən, xalqı pis işdən çəkindirərkən onların mərhəmət hisslərindən bəhrələnək.

16. Həmcinsbazlıq kişilik, rəşadət və qeyrətlə bir araya sığmır.


Ayə 79:

﴿قَالُواْ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ﴾

(Lut qövmü) dedi: “Sən özün bilirsən ki, sənin qızlarından heç bir istəyimiz yoxdur. Nə istədiyimizi özün yaxşı bilirsən.”




Ayə 80:

﴿قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَى رُكْنٍ شَدِيدٍ﴾

(Həzrət Lut) dedi: “Kaş ki, sizə qarşı bir gücüm olaydı, ya da möhkəm bir arxaya sığınaydım!”


Nöqtələr


◘Həzrət Lut bu ayədə buyurur ki, əgər mənim mömin tərəfdarlarım olsaydı, sizinlə mübarizə edib, qonaqlarımın müdafiəsinə qalxar, ən azı əmin-aman bir yerə aparardım.

◘İslam Peyğəmbərindən (s) nəql olunmuş bir hədisdən belə anlaşılır ki, o, dünyaya vida deyib Allaha qovuşdu və öz qövmünün şərindən azad oldu.1

◘Həmcinsbazlıq böyük günahlardandır. Bu günahın cəzası edam və qamçıdır. Uyğun cəza günahkarın etirafı və ya ədalətli şəxslərin şəhadəti ilə icra olunur.

Quran və hədislərdə livatın (həmcinsbazlıq) günahı


◘Quranın müxtəlif ayələrində həzrət Lut və onun qövmünün əhvalatı bəyan olunmaqla bu qövmün çirkin əməli böyük günah kimi tanıtdırılır və ciddi şəkildə haram buyurulur. Uyğun günahla bağlı bəzi təbirləri nəzərdən keçirək. Çirkin iş2; israf3; günah4; zülm5; xəbislik6; cəhalət7; azğınlıq.8

◘Rəvayətlərdə də bu günahla bağlı sərt hədələr nəzərə çarpır. Rəvayətlərdə bildirilir ki, əgər bir cavanla livat edilsə, Allahın ərşi lərzəyə gələr və qiyamətdə Allah onlarla danışmaz.9 İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxsi iki dəfə daşqalaq etmək qərarı çıxarılsa, o şəxs livat əhlidir.”10 Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Başqalarını livata çağıran şəxs xalqı özünə livata dəvət edənədək dünyadan köçməz.”11 Livatda hər iki tərəf edam olunur. Belə bir cəzanın səbəbi, rəvayətlərə əsasən, həmin günahın insan nəslini kəsməsi və fəsaddır.12

◘Rəvayətlərdə özünü kişiyə oxşadan qadınlar və özünü qadına oxşadan kişilər çirkin livat əməli üçün zəmin yaratdıqlarından şiddətlə məzəmmət olunurlar.

Bildirişlər


1. İnsan günah nəticəsində elə məsx olur (dəyişilir) ki, ən təbii yol ona çirkin, ən çirkin yol ona gözəl görünür.

2. Qüdrət, imkan, tərəfdar sahibi olmaq cəmiyyəti islah etmək fikrində olan peyğəmbər və islahatçıların ilkin istəyidir.

3. Əgər qüdrət, hökumət, təşkilat və silahlı qüvvə olmasa, peyğəmbərlər də çirkin işlərin qarşısını ala bilməz.

4. Çalışaq ki, fəsadın qarşısını alaq. Bunu bacarmadıqda günahkar mühitdən uzaqlaşaq.

5. Bəzən peyğəmbərlər də öz qövmləri arasında qərib olmuşlar.

6. Qonağın müdafiəsi və onun təhqirinin qarşısının alınması üçün atılan hər bir addım zəruridir.


Ayə 81:

﴿قَالُواْ يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُواْ إِلَيْكَ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَلاَ يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلاَّ امْرَأَتَكَ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ﴾

(İş bu yerə çatdıqda qonaqlar) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. (Bizə görə narahat olma, çünki) onlar heç vaxt sənə əl uzada bilməyəcəklər. Gecənin bir vaxtı ailəni (bu məmləkətdən) çıxar və sizdən heç biriniz (arxaya) dönüb baxmasın. Amma zövcəni (özünlə götürmə, çünki) hamıya çatacaq bəladan ona da yetişəcək. Həqiqətən, onların (məhv) vaxtı sübhdür. Sübh yaxın deyilmi?!”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin