Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə46/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

Nöqtələr


◘Ötən ayədə qeyd olunduğu kimi, Quranın şəfa, moizə və rəhmət olmasını nəzərə alaraq bu ayədən belə bir nəticə çıxarmaq olur ki, fəzl və rəhmət dedikdə Qurana bağlılıq nəzərdə tutulur. Həzrət Əli (ə) buyurmuşdur: “Qiyamət günü nida olunar ki, Quran əkinində məşğul olanlardan savay hər bir əkinçi bəlaya giriftar olar...1 “Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allahdan İslam və Quran düşüncəsi nemətini aldığı halda özünü bədbəxt sayan kəs həqiqətən bədbəxtdir. Qiyamət gününədək bədbəxtlik möhürü onun alnındadır.” Sonra həzrət bu ayəni tilavət etmişdir.2 Digər bir rəvayətlərdə buyurulur: “Həyatınızın xoşbəxt, ölümünüzün şəhid ölümü olması üçün Quranın sorağına gedin və Qiyamət gününün həsrətindən qurtulun. Çünki Quran Rəhman Allahın kəlamı, şeytanın şərindən aman, əməl mizanının üstünlük və ağırlığıdır.”3

◘Rəvayətlərdə “fəzl və rəhmət” təbiri “nübuvvət və imamət” kimi təfsir olunmuşdur.4 Necə ki, ilahi nemətlərlə fəzl və rəhmət Allahın xüsusi nemətləri mənasında açıqlanır.5

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İman əhli bilsin ki, din neməti kafirlərin bütün var-dövlətlərindən üstündür və bu neməti əldə edənlər şadlanmalıdırlar.”6

Bildirişlər


1. Şəfa, moizə, hidayət və rəhmət olan Quran kimi qanunla fəxr edək. O bütün bəşəri qanunlardan üstündür.

2. Var-dövlət və məqama görə yox, vilayət nemətinə görə şadlanaq.

3. Nemətləri Allahın fəzli bilək. Belə olsa şadlığımız ilahi rəng alar və təkəbbürə səbəb olmaz.7

4. Yalnız Quran neməti sevinc doğurmalıdır.

5. Maddi nemətlər bəzən fitnə-fəsada səbəb olur və bu nemətlər ötəridir. Mənəvi nemətlər isə davamlıdır və təkamül səbəbidir.

6. Mənəvi nemətlər bütün maddi nemətlərdən üstündür. (Qurandan bəhrələnmiş insanı öz yoxsulluğu və başqalarının var-dövləti kədərləndirməməlidir.)


Ayə 59:

﴿قُلْ أَرَأَيْتُم مَّا أَنزَلَ اللّهُ لَكُم مِّن رِّزْقٍ فَجَعَلْتُم مِّنْهُ حَرَامًا وَحَلاَلاً قُلْ آللّهُ أَذِنَ لَكُمْ أَمْ عَلَى اللّهِ تَفْتَرُونَ﴾

De ki, gördünüzmü, Allah sizin üçün nə ruzi nazil etdisə, (özbaşına) bəzisini haram, bəzisini halal etdiniz? De ki, Allah sizə icazə vermişdi, yoxsa iftira qoşursunuz?”


Nöqtələr


◘Müşriklərin əsassız qadağalarının nümunələri “Maidə” surəsinin 103-cü ayəsində bəyan olunmuşdur: onlar əkinlərindən bütlər və bütkədələr üçün pay qərar verib, bunu özlərinə haram edirdilər. Ya da heyvanların qarnında olanları kişilərə halal, qadınlara haram bilirdilər.” “Ənam” surəsinin 139-cu ayəsində isə belə buyurulur: “Amma Quran bütün bunları Allaha qarşı iftira sayır.

Bildirişlər


1. Qidalara münasibətdə əsas və ümumi qanun onların halal olmasıdır. Yəni bir şeyin haramlığı vəhy yolu ilə sübuta yetməmişsə, halaldır.

2. Ruzi Allah tərəfindən nazil olur.

3. Dini hökmlərdən, şəriətdən qabağa keçmək, Allahın haram buyurduğunu halal, halal buyurduğunu haram saymaq olmaz.

4. Şəriət və qanunçuluq Allaha məxsusdur.

5. Şəri hakimiyyət həvalə olunmuş, “təşrii vilayətə” malik olan kəslər Allahın izni ilə nələrisə halal, nələrisə haram edə bilərlər.

6. Dinə uyuşmayan, bidətli qanun hazırlayıb onu Allaha aid etmək günahdır.

7. Quran Allah tərəfindən icazə verilməmiş və vəhy kökü olmayan yanlış adət və ənənələri məhkum edir.
Ayə 60:

﴿وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَشْكُرُونَ﴾

Allaha iftira yaxanlar qiyamət gününü (onun cəzalarını) necə zənn edirlər? Həqiqətən, Allah xalqa bəxşiş və ehsan sahibidir. Amma onların çoxu şükür etmir.”


Nöqtələr


◘İslam Peyğəmbəri (s) var-dövləti, imkanı olduğu halda səliqə-səhmansız yaşayan bir kişini məzəmmət edib buyurdu: “Allahın nemətlərini nümayiş etdir. Allah bəndəsinə verdiyi nemətin əsərlərinin ən gözəl şəkildə görünməsini sevir.”1

Bildirişlər


1. Allaha iftira yaxmağın cəzası var. Allahın dünya həyatında bizə verdiyi möhlət qürur doğurmasın, Qiyamət mühakiməsini yaddan çıxarmayaq.

2. Allahın halal nemətlərinin qadağan olunması dünyəvi məhrumiyyət və qiyamət peşmançılığı ilə nəticələnir.

3. İlahi nemətlərdən istifadədə nə ifrata, nə də təfritə yol var. Nə maddiyyata əsir olmaq, nə də halal nemətlərdən üz döndərmək yaxşı sayılır.

4. Nemətlər bizim istəyimiz yox, Allahın fəzlidir. Belə isə, şükür edək.

5. Allahın halal nemətlərini haram etmək bir növ naşükürlükdür.
Ayə 61:

﴿وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلاَ تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلاَّ كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء وَلاَ أَصْغَرَ مِن ذَلِكَ وَلا أَكْبَرَ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ﴾

Nə halda olsan, Qurandan nə qədər oxusan, nə iş görsən ona başlayan kimi Biz sizə şahidik və nə yer üzündə, nə də səmada zərrə ağırlığında bir şey Rəbbinə gizli deyil. Ondan kiçiyi, ondan böyüyü nə varsa aşkar kitabda qeyd olunmuşdur.”


Nöqtələr


◘“Kitabun mubin” dedikdə ya lövhi-məhfuz (müqəddəratın qeyd olunduğu lövhə), ya da Allahın bütün varlıq aləmini əhatə edən elmi nəzərdə tutulur. Bu elmə həm insanların əməlləri, həm də yerdə və göydə olan kiçikli-böyüklü mövcudlar daxildir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) bu ayəni oxuduqda şiddətlə ağlayardı.”1


Bildirişlər


1. Peyğəmbər (s) nümunə olduğundan onun bütün işləri mühümdür.

2. Allahın rəsulu da nəzarət altındadır.

3. Quran tilavətində diqqətli olmaq lazımdır ki, səhvə yol verilməsin. Bütün işlərimiz şahidlərin nəzarəti altındadır.

4. Allah bəşəriyyətin həm düşüncəsinə, həm danışığına, həm də əməlinə şahiddir.

5. Quran tilavəti risalət məqamı və insanların bütün əməlləri ilə bir sırada dayanır. Ayədə bildirilir ki, Allah həm peyğəmbərlərin işinə, həm xalqın əməllərinə, həm də Quran tilavətinə şahiddir. Bu bəyanat Quran tilavətinin əhəmiyyətini göstərir.

6. Cahan Allahın hüzurundadır, Allah bütün əməllərimizə şahiddir. Bizə möhlət verilməsinin səbəbi Allahın nədənsə xəbərsiz olması deyil.

7. Əməllərimizə həm Allah, həm də mələklər şahiddir.

8. Allahın hüzuruna diqqət insanda həya hissi yaradır.

9. Allah yaxından və uzaqdan, kiçikdən və böyükdən, zahirdən və batindən eyni cür xəbərdardır.
Ayə 62:

﴿أَلا إِنَّ أَوْلِيَاء اللّهِ لاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾

Agah olun ki, şübhəsiz, Allahın övliyaları üçün nə bir qorxu var, nə də qəmgin olarlar.”


Ayə 63:

﴿الَّذِينَ آمَنُواْ وَكَانُواْ يَتَّقُونَ﴾

İman gətirənlər və təqva yolunu tutanlar (üçün qorxu yoxdur)”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin