Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə108/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   104   105   106   107   108   109   110   111   ...   146

SALAMA BİR BAXIŞ


Salam namazdan əlavə müsəlmanların islami cəmiyyətdə ünsiyyət və ədəb qaydalarındandır. Salam məhəbbət və dostluq səbəbidir. Salam təvazö nişanəsidir, həm də böyük mükafatla nəticələnir.

Allah behişt əhlinə salam göndərir;1

Allah-təala Peyğəmbərə (s) göstəriş verir ki, mö’minlərlə qarşılaşarkən onlara salam versin;2

Mələklər nicat tapmışlara salam verirlər;3

Behişt əhli bir-birləri ilə qarşılaşdıqda salam deyirlər.4

Bunlar salam barəsində danışılan ayələrin bir hissəsi idi.

Salam, onun mükafatı və keyfiyyəti haqda bir çox hədislər zikr olunmuşdur. Burada bir neçə nümunə ilə kifayətlənirik:

“Ən xəsis insan xəsisliklə salam verən şəxsdir.”5

İmam Sadiq (ə) hamıya salam verməyi təvazö və təkəbbürdən uzaqlıq hesab edir.6

Bə’zən salam vermək təşviq, salam verməmək bir növ danlaq və nəhy əz münkər hesab olunur. İslam peyğəmbəri (s) buyurur: “Məst, heykəltəraş, qumarbaz və bu kimi şəxslərə salam verməyin.”1

Başqa bir hədisdə deyilir: “İlahi lütfə və girami Peyğəmbər (s) əxlaqına ən yaxın şəxs öncə salam verən şəxsdir.”2 İmam Riza (ə) buyurur: “Salam verərkən (yaxud salamın cavabını alarkən) varlı ilə kasıb arasında fərq qoyan şəxs qiyamət günü Allahın qəzəbinə düçar olar.”3

Salam vermək müstəhəb, salamın cavabını almaq vacibdir. Verilmiş salama nisbətən daha gözəl cavab vermək bəyənilmişdir. Qur’an buyurur: “Sizi “salam” ilə salamlasalar, ondan daha yaxşı salamlayın, ya da ona bənzər (salamla) cavab verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.”4

Salam vermək kiçikliyə səbəb olmur. Əksinə, bu iş izzət və sevimlilik səbəbidir.

Allahın Rəsulu (s) hamıya, hətta uşaqlara salam verir və bu işlə fəxr edirdi.5

Hədisdə deyilir: “Bir salam üçün 70 savab var. 69 savab salam verən şəxsin, bir savab isə cavab verən şəxsin payına düşür.”6

Qur’an göstəriş verir: “Evlərə girəndə bir-birinizə salam verin. Bu Allah tərəfindən pak və mübarək salamdır.”7 İmam Baqir (ə) bu ayəni belə təfsir edir: “Məqsəd insanın ev əhlinə salam verməsidir.”8 Çünki zövcə və övladlar insan üçün öz canı kimidir. Qur’an baxımından bu növ münasibət pak və mübarək münasibətdir, eyni zamanda həyat səfası olub narahatlığı aradan qaldırır.

Salam əskiklik yox, iftixar səbəbidir. Amma daha yaxşı olar ki, uşaq böyüyə, ötüb-keçən dayanana, az dəstə çox dəstəyə salam versin.1

Əmirəl-mö’minindən (ə) bir rəvayətlə salam mövzusunu sona çatdırırıq. Həzrət (s) buyurur: “Allahın rəsulu (s) qadınlara və kişilərə salam verirdi.” Amma həzrət Əli (ə) özü cavan qadınlara salam vermirdi. O həzrət buyurur: “Qorxuram onların yumşaq cavabı mənə tə’sir etsin və savabdan çox vəsvəsəyə düçar olam.”

Əllamə Məclisi bu hədisi belə izah edir: “Həzrət (s) bu əməllə ümmətə öyrətmək istəyirdi ki, cavan qadınlarla əlaqələri azaltsınlar. Əslində mə’sum imam heç zaman vəsvəsəyə düçar olmur.”2


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin