Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


CAMAAT NAMAZI VƏ SAİR NAMAZLAR



Yüklə 1,03 Mb.
səhifə116/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   112   113   114   115   116   117   118   119   ...   146

CAMAAT NAMAZI VƏ SAİR NAMAZLAR


İslam ayinlərinin mühüm ictimai yönümləri var. Bir çox İslami proqramlarda vəhdət və birlik əsasında bu yönümə xüsusi diqqət ayrılmışdır.

Camaatla birlikdə gündəlik vacib namazların qılınması bu proqramlardandır.

İndi isə camaat namazının əhəmiyyətinə və onun müxtəlif nəticələrinə işarə edəcəyik.

CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ


Camaat namazının ictimai və fərdi tə’sirləri ilə yanaşı, digər mükafatları da vardır. Bu haqda bə’zi rəvayətlərə diqqət yetirin:

Allahın rəsulu (s) buyurur: “Azan səsini eşidib heç bir dəlil olmadan camaat namazında iştirak etməyən şəxsin namazı dəyərsizdir.”1

Başqa bir hədisdə camaat namazını təhqir etmək Allahı təhqir etmək hesab olunmuşdur.2

Daim camaat namazı qılmaq insanı münafiqlikdən sığortalayır.3

Məscid və camaat namazı məqsədi ilə atılan hər bir addım üçün savab nəzərdə tutulmuşdur.4 Camaat namazı üçün evdən xaric olan şəxs və ya məsciddə camaat namazının başlanmasnı gözləyən şəxs həmin arada namaz qılan şəxsin savabını alır.5

Camaat namazında iştirak edənlərin sayı nə qədər çox olsa, namaza verilən mükafat da bir o qədər çox olar. Camaat namazının fəziləti haqqında maraqlı bir hədis var: “Əgər iqtida edən bir nəfər olsa, 150 namazın mükafatı verilər;

Əgər iqtida edən 2 nəfər olsa, 600 namazın mükafatı verilər;

Əgər iqtida edən 3 nəfər olsa, 1200 nəfərin mükafatı verilər;

Əgər iqtida edən 4 nəfər olsa, 2400 namazın mükafatı verilər;

Əgər iqtida edən 5 nəfər olsa, 4800 namazın mükafatı verilər;

Əgər iqtida edən 6 nəfər olsa, 9600 namazın mükafatı verilər;

Əgər iqtida edən 7 nəfər olsa, 19200 namazın mükafatı verilər;

Əgər iqtida edən 8 nəfər olsa, 36400 namazın mükafatı verilər;

Əgər iqtida edənlərin sayı imamla birlikdə 10 nəfərə çatarsa, 72800 namazın mükafatı verilər.

Lakin namaz qılanların sayı 10 nəfəri keçərsə, verilən mükafatın sayını Allahdan savay kimsə bilməz.1

Başqa bir hədisdə deyilir: “Hər kəs camaat namazını sevsə, Allah və mələklər onu sevər.”2

Peyğəmbər (s) zamanı camaat namazı qılan şəxslər azaldıqda həzrət (s) insanlar arasında axtarış aparır və buyururdu: “Sübh və işa namazında iştirak etmək münafiqlər üçün hər şeydən ağırdır.”3

Qur’an namaz zamanı yorğunluq və halsızlığın münafiq sifətlərindən olduğunu bildirmişdir.4 Çünki sübhlər qalxıb istidə və soyuqda uzaq yol keçib camaat namazında iştirak etmək həqiqi iman və eşq nişanəsidir.

Cəmiyyət namazı hansısa xüsusi məntəqəyə aid deyil. İnsan harada olmasından asılı olmayaraq, yaxşı olar ki, camaat namazı qılsın və başqalarını da də’vət etsin.

Allahın rəsulu (s) camaat namazının əhəmiyyəti barəsində buyurur: “Camaatla qılınan namaz 40 il evdə tək qılınan namazdan üstündür. Soruşdular: “Bir günün namazımı?” Buyurdu: “Bəlkə də, bir namaz!”1 “Cəmiyyət namazının sıraları dördüncü səmada mələklərin sırası kimidir.”2

Allah rəsulunun (s) imamlığı ilə birinci namaz bərpa olundu. Bu namazda həzrət Əli (ə) və Cəfər Təyyar (həzrət Əlinin (ə) qardaşı) iştirak edirdi. Əbu Talib övladı həzrət Əlinin (ə) Peyğəmbərə (s) iqtida etdiyini gördükdə o biri övladı Cəfərə dedi: “Sən də Peyğəmbərə (s) iqtida et.” Də’vəti aşkarlamaq göstərişi verən “Fəsdə’ bima tu’mər” ayəsi nazil olduqdan sonra həmin iki iki-üç nəfərlik camaat namazı bərpa olundu.3


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin