NİYYƏTİN DÜNYƏVİ TƏ’SİRLƏRİ
İxlasın mə’nəvi faydaları və axirət mükafatları ilə yanaşı bir sıra dünyəvi tə’sirləri də var:
1. Cəmiyyətin idarə olunması
Əgər cəmiyyətin məs’ul şəxsləri xalis niyyət və ədalətlə işləsələr, cəmiyyət daha yaxşı idarə olunar. Həzrət Əli (ə) Malik Əştərə buyurur: “Yaxşı niyyət vasitəsi ilə ictimai ədalətin icrası üçün kömək al.”2
Xalis xeyirxahlıq ruhiyyəsi ədalətin yaranması üçün ən güclü vasitədir.
2. İqtisadiyyatın dirçəlişi
İxlaslı, xeyirxah və açıq qəlbli insanlar hətta iqtisadi işlərdə müvəffəqdirlər. Onların ixlası ictimai nüfuzun qorunmasına və xalqın müamilədə onlara e’tibar etməsinə səbəb olur. Bəlkə qeyd olunacaq dəyərli kəlam da hazırkı məsələyə aiddir: “Hər kəsin ruzisi onun niyyəti qədərindədir.”3
3. Müsbət ictimai əlaqələr
Xoş niyyətli insanların qəlblərdə yeri var. Onlar hətta səhv etsələr də, gözəl niyyətlərinə xatir həyatda acılıq görmürlər və xalq onları sevir. Həzrət Əli (ə) buyurur: “Hər kəsin gözəl niyyəti olarsa daha gözəl həyatı və daha gözəl mövqeyi olar. Belə şəxslə dostluq lazımdır!”1
Bunlar xoş niyyətin gözəl nəticələri idi. Lakin alçaq niyyətlər insanın qarşısına acı hadislər çıxarır. Belə niyyətlər axirət çətinliklərindən əlavə ictimai bəlalarla sonuclanır. Həzrət Əli (ə) buyurur: “Niyyət düzgün olmazsa, bəla nazil olar.”2
Xoş məqsəd və güclü niyyətlərlə zəif insanlar mühüm işlər görür. Ən güclü və ilahi məqsəd olsa, yorğunluğa, ümidsizliyə yer qalmaz. Buna görə heç bir ilahi övliyada əsəb zəifliyi görünməmişdir. Çünki qəlbləri və ruhları xalis ilahi niyyətlə alovlanır və ondan kömək alır. Onlar bütün çətinliklərin, düşmənlərin və qüvvələrin qarşısında dururlar. Nümunə üçün ümmətin imamını göstərmək olar. Sakit qəlblə Allahı düşünür və bütün şər qüvvələri yerində oturdurdu.
İmam Hüseyn (ə) aşura günü qarşıdakı şəhadətləri və ailəsinin əsarətini görürdü. Tənhalaşdıqca, dostları şəhadətə çatdıqca simasında eşq canlanırdı. Allaha arxalanıb buyururdu: “Bu hadisələri mənə asanlaşdıran odur ki, hamının Allah qarşısında durduğunu və Onun şahid olduğunu görürəm”
Həzrət Əli (ə) buyurur: “Niyyət güclü və möhkəm olanda bədən zəiflik hiss etmir.”3
Bəlkə də bu hədis niyyətin insan əməlində psixoloji tə’sirinə bir işarədir.
Dostları ilə paylaş: |