- Şəbəkə kabelləri: Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.
-İncə koaksial kabel;
-Qalın koaksial kabel.
İncə koaksial kabellər RG-58 olaraq markalanır və 50 om müqavimətə malik olurlar. Bu kabel 10BASE 2- Ethernet lokal şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 10 Mbit/san - dir. Heç bir əlavə qurğudan istifadə etmədən informasiya 185-200 m-ə qədər ötürülə bilir.
Qalın koaksial kabellər RG-8 və ya RG-11 olaraq markalanır və 50 om müqavimətə malik olurlar. Bu kabellər sarı rəngdə olub və üzərində aralarındakı məsafə 2.5 m olan qara nöqtələr qoyulur. Kompüterlər yalnız bu nöqtələrdən kabelə bağlana bilərlər. Bu kabel 10BASE 5- Ethernet lokal şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 500 Mbit/san-dir. Heç bir əlavə qurğu istifadə etmədən informasiya 500 m-ə qədər ötürülə bilir.
Burulmuş cütlü kabellər. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. UTP (ekranlaşdırılmamış) və STP (ekranlaşdırılmış) olaraq markalanır. İnformasiyanın ötürülmə sürəti 10-100 Mbit/san-dir. Əsas üstünlüyü ucuz olması və asanlıqla quraşdırıla bilməsidir. Məlumatları kənar
75
dalğaların təsirindən qorumaq üçün ekranlaşdırılmış (STP) burulmuş cütlükdən istifadə olunur. Bu tip kabeller Ethernet 10/100 BASE-T şəbəkələrində istifadə olunur.
Optik kabellər.Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektriki dalğalara və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə qeqabitlə (Qbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabelller Ethernet 100 BASE-F şəbəkələrlində istifadə olunur.
-Konnektorlar (birləşdiricilər)- kabel hissələrini və kabeli kompüterə birləşdirən qurğu;
-Verilənlərin ötürülməsi və qəbulu üçün şəbəkə interfeys adapterləri. Verilənlərin ötürülməsi mühitinə daxil olmanı müəyyən protokola uyğun olaraq idarə edir. Şəbəkəyə qoşulmuş kompüterlərin sistem bloklarında yerləşdirilir. Adapterlərin razemlarına şəbəkə kabeli birləşdirilir;
-Transiverlər- kabellə ötürülən verilənlərin ötürülmə keyfiyyətini yüksəldir. Şəbəkədən siqnalların qəbuluna cavab veriri və konflikləri müəyyənləşdirir.
-Hablar (konsentratorlar) və kommutasiya habları (kommutatorlar)- kompüter şəbəkələrinin topologiyalarını, funksional və sürət imkanlarını genişləndirir. Müxtəlif tipli portlardan ibarət hab müxtəlif kabel sistemlərinə malik şəbəkə seqmentlərini birləşdirməyə imkan veriri Habın portuna ayrıca şəbəkə qovşağşnş qoşmaqla bərabər, digər habı və ya kabel seqmentini də qoşmaq olar;
-Təkrarlayıcılar (repiterlər)- kabellərin uzunluğu çox böyük olduqda ötürülən siqnalları gücləndirir.
Kompüter şəbəkələrinin coğrafi əhatəsinə və ya yerləşməsinə görə təsnifatı:
Coğrafi yerləşmə və ya əhatəsinə görə şəbəkələr lokal, şəhər, ərazi, korporativ və qlobal şəbəkələrə bölünürlər.
-Lokal şəbəkələr (LHŞ, LAN- Local Area NetWork)- otaq, mərtəbə, bina, müəssisə hüdudu ilə məhdudlaşmış kompüterləri əlaqələndirən şəbəkədir.
-Qlobal şəbəkə (QHŞ, WAN — World Area NetWork)- bir-birindən coğrafi olaraq uzaqda yerləşən kompüterləri birləşdirən şəbəkədir. Lokal şəbəkələrdən kommunikasiya(peyklə, kabellərlə və s. əlaqələndirilmiş) məsafəsinin böyük olması ilə fərqlənir. Qlobal şəbəkələr lokal şəbəkələri bir-biri ilə birləşdirir. Qlobal şəbəkələrdə həm xidmətlər, həm də istifadə olunan qurğu və avadanlıqlara nəzarət pulludur. Buna görə də qlobal şəbəkələri kommersiya şəbəkələri də adlandırırlar.
Şəhər şəbəkəsi (ŞHŞ, MAN — Metropolitan Area NetWork)- böyük şəhərlərin informasiya tələblərinin ödənilməsinə xidmət edən şəbəkələrdir.
Lokal şəbəkələrin birləşdirilməsində istifadə edilən qurğu və avadanlıqlar:
Lokal şəbəkələrin yaradılmasında aşağıdakı qurğulardan geniş istifadə edilir:
-Körpülər (ingiliscə Bridge)- iki lokal şəbəkəni birləşdirir. Şəbəkələr arasında heç bir dəyişiklik etmədən verilənləri paket şəklində ötürür. Bundan əlavə körpülər şəbəkəni lokal verilənlər axınından qoruyaraq, xaricə digər şəbəkə seqmentləri üçün təyin edilmiş verilənləri ötürməklə paketləri filtrləyə də bilərlər;
Marşrutlaşdırıcılar (ingiliscə Router)- körpülərdən fərqli olaraq ümumi protokollu şəbəkələri daha səmərəli birləşdirirlər. Məsələn marşrutlaşdırıcı iri həcmli məlumatları daha kiçik hissələrə bölməklə lokal şəbəkələrin müxtəlif ölçülü paketlərlə qarşılıqlı əlaqəsini təmin edir. bundan əlavə marşrutlayıcı paketi konkret ünvana göndərə bilər. paketin hərəkəti üçün ən yaxşı yolu seçə bilər;
Körpü marşrutlaşdırıcısı (ingiliscə Brouter)- bu körpü və marşrutlaşdırıcının hibridi olub, əvvəlcə mümkün olan yerdə marşrutlaşdırmanı həyata keçirir, müvəffəqiyyətsizlik halında körpü rejiminə keçir;
Şlüz (ingiliscə GateWay)- körpülərdən fərqli olaraq müxtəlif şəbəkə protokollarına malik şəbəkələri birləşdirir. Burada şlüzə bir şəbəkədən daxil olan məlumat onun ötürüləcəyi şəbəkənin tələblərinə uyğun olaraq çevrilir və sonra ötürülür. Beləliklə şlüzlər yalnız şəbəkələri birləşdirmir, həm də onların vahid şəbəkə kimi işləməsini təmin edir. Şlüzlər vasitəsilə lokal şəbəkələr universal güclü kompüterlər olan meynfreylərə də birləşdirilə bilir.
Qeyd edək ki, hazırki dövrdə müvəffəqiyyətlə simsiz şəbəkələrdən də istifadə edilir. Adətən simsiz şəbəkələrdən o yerlərdə istifadə edilir ki. həmin yerlərdə kabellərdən istifadə mümkün deyil və ya
onlardan istifadə problemlər yaradır. Buna tarixi binaları, metal və dəmir beton döşəməli otaqları, qısa müddətə icarəyə götürülmüş ofisləri, anbarları, sərgi və konfrans zallarını misal göstərmək olar. Simsiz şəbəkələrin aşağıdakı topologiyaları mövcuddur:
-“Hamı hamı ilə” topologiyası. Burada şəbəkə informasiyanın ötürülməsi mühiti kimi radiodalğalardan istifadə edən. bütün istiqamətlərdə antennalarla təmin olunan şəbəkə radio adapterlərinin köməyi ilə reallaşdırılır. Bu şəbəkələrin fəaliyyət dairəsi 50-200 m olur.
Şəbəkənin simsiz və kabel hissələri arasındakı əlaqə üçün giriş nöqtəsi 9 radiokörpü) adlanan xüsusi qurğulardan istifadə edilir. Qeyd edək ki, bu məqsədlə simsiz və kabel şəbəkə adapterlərinə malik adi kompüterdən də istifadə etmək olar.
“Nöqtə-nöqtə” topologiyası. Simsiz şəbəkələrin istifadəsinin digər bir sahəsi verilənlərin ötürülməsi infrastrukturu (ümumi daxilolma kabel şəbəkələri, yüksəkkeyfiyyətli telefon xətləri) olmayan bir-birindən uzaqda olan lokal şəbəkələr seqmentləri arasında əlaqənin təşkilidir. Bu halda iki bir-birindən uzaqda olan seqmentlər arasında əlaqənin yaradılması üçün istiqamətlənmiş tipli antennalara malik radiokörpülərdən istifadə edilir.
“Ulduz” tipli topologiya. Əgər şəbəkədə bir neçə seqmenti birləşdirmək lazımdırsa “ulduz” tipli topologiyadan istifadə edilir. Bu halda mərkəzi qovşaqda bütün istiqamətli antenna, uzaqda olan qovşaqlarda isə istiqamətlənmiş antenna quraşdırılır. quraşdırılır.
Qeyd etmək lazımdır ki, simsiz şəbəkə magistrallarından istifadə aşağı sürətlə işləyən modemlərdən istifadədən imtinaya imkan verir.
Dostları ilə paylaş: |