Mövzu 30
İdarəetmə və rabitə modullarının funksional qovşaqları və elementləri
C &C08-128 tipli ATS-in kommutasiya sistemindən böyük tutumlu stansiyalar qurularkən istifadə edilir.
ATS-in İM/RM sistemli idarəetmə-rabitə modulu:
-mərkəzi emal modulundan-MEM (CPM);
- mərkəzi kommutasiya sahəsindan MKS(CNET);
- rabitənin idarəetmə modulundan RİM(CCM);
- xidmət növləri emalı modulundan XNEM (SPM);
Şəkil 8.2. C&C08-128-in struktur sxemi
- bölünən avadanlıqlar modulundan BAM (SRM);
- xətti interfeys modulundan XİM (LİM);
- sistemin sinxronlaşna modulundan SSM (STM);
- əlavə idarəetmə modulundan ƏİM (BAM);
- qəza siqnallaşmasının inteqral blokundan QSİB (ALM) ibarətdir.
C&C08-in kommutasiya sistemi böyük sayda standart fiziki interfeyslərdən və kifayər qədər böyük həcmli şəbəkə birləşməsi matrisindən (cədvəlindən) təşgil olunur. Müxtəlif tutumlu kommutasiya sistemi yaratmaq üçün bu interfeyslər şəbəkə avadanlığı rolunu görür və müvafiq proqram təminatı yükləndikdə siqnallaşma protokolu funksiyasını yerinə yetirirlər.
Dostları ilə paylaş: |